AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin Qarabağ mövzusunda yazdığı növbəti məqaləsi azpolitika.info saytında dərc edilib.
“Təpiyə layiq “bayraq” - Və ya erməni saxtakarlığının daha bir nümunəsi” adlı məqaləsində müəllif ermənilərin öz məqsədlərinə çatmaq üçün hər cür çirkin əməllərə əl atdıqlarını, bizə, eləcə də digər qonşu xalqlara mənsub maddi-mədəni nümunələri oğurlayaraq mənimsəməkdə davam etdiklərini qeyd edir.
Məqalədə müəllifi qıcıqlandıran səbəb qondarma dövlətin qondarma bayrağındakı ziqzaq şəkilli elementin ermənilər tərəfindən “ənənəvi erməni xalçalarının naxışları” kimi qələmə verilməsidir.
Əsgərimizin azad edilmiş Suqovuşanda öz bayrağımızı qaldırarkən ermənilərin endirilmiş “bayrağını” təpiklə kənara tullamasını xatırladan R.Fətəliyev onun düşmənə nifrət dolu bu hərəkətinin hamımıza xüsusi zövq verdiyini diqqətə çatdırır, Azərbaycan əsgərinin təpiyinə tuş gələn bayrağı heç bir dəyəri olmayan əski parçası adlandırır. O, “Erməni xislətinin, erməni saxtakarlığının daha bir bariz nümunəsi! Xalçaçılıqda hansı erməni ənənəsindən, naxışından danışmaq olar? Hardasa bir-iki Haykanuşun və Siranuşun 5-10 xalça toxumasına "xalqın ənənəsi" demək nə dərəcədə doğrudur?”, deyə etirazını bildirir.
Ermənilərin qonşu xalqlara məxsus maddi-mədəni irs nümunələrini oğurlamaqda, mənimsəməkdə xüsusi “istedada” malik olduqlarını vurğulayan alim elmin, kütləvi informasiya vasitələrinin və beynəlxalq hüququn imkanlarından istifadə edərək onların belə məkrli planlarının qarşısını almağın və əməllərini dünya ictimaiyyətinə açıqlamağın bizim borcumuz olduğunu dıqqətə çatdırır.
https://igaz.az/az/https://m.igaz.az/az/content/284