Cİ-də dissertantura və doktoranturaya qəbul başa çatıb Apr 06, 2021 | 01:04 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda dissertantura və doktoranturaya qəbul uğurla başa çatıb.

İnstitutun doktoranturasına tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası, insan coğrafiyası və okeanologiya ixtisasları üzrə 3  nəfər  fəlsəfə doktoru hazırlığına qəbul olunmuşdur. 

Dissertanturaya fəlsəfə doktoru hazırlığı üzrə Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası, regional coğrafiya,  insan coğrafiyası və fiziki coğrafiya ixtisasları olmaqla 4 nəfər qəbul edilmiş, 2 iddiaçı isə elmlər doktoru hazırlığı üzrə uğur qazanmışdır.