Elmi şuranın növbəti iclası keçirilib Apr 07, 2021 | 01:04 / ELMİ İCLASLAR

AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi ilə  Elmi şuranın növbəti iclası skayp vasitəsilə baş tutub.

Tədbirdə yeni qəbul olunmuş dissertant və doktorantların elmi işlərinin mövzuları müzakirə edilib. Doktorantların “Azərbaycan Respublikasında işğaldan azad olunmuş ərazilərində mədəni irs potensialından davamlı turizmin inkişafında istifadə imkanları”,  “İşğaldan azad olunmuş ərazilərdə əhalinin həyat şəraitinin bərpası və təşkilinin yolları”, “Xəzər dənizi səthindən buxarlanmanın  məkan və zaman xüsusiyyətlərinin tədqiqi” mövzuları təsdiq edilib.

“Azərbaycanda müasir coğrafi tədqiqatların əsas istiqamətləri”, “Gəncə-Qazax iqtisadi rayonuna  xas xəstəliklərin yaranması və yayılmasında coğrafi şəraitin əhalinin sağlamlığına təsiri”, “Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda heyvandarlığın ərazi təşkili və inkişaf perspektivləri”, “Ceyrançöl alçaq dağlığı geosistemlərinin transformasiyası və landşaft-ekoloji planlaşdırılmasının əsas istiqamətləri”  dissertantların mövzuları  Elmi şura tərəfindən təsdiqlənib.

Sonra iclasda “Qarabağın coğrafiyası” kitabının hazırlanmasının gedişi haqqında, çapa hazırlanan monoqrafiyalara rəylərin verilməsi və digər bu kimi məsələlər müzakirə edilib.