"Peyk şəkillərinin ilkin təhlili" adlı kitab nəşr edilib May 12, 2021 | 11:05 / YENİ NƏŞRLƏR

AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov və Avstraliyanın Sidney şəhəri, Macquarie Universitetinin akademik üzvü, AMEA-nın fəxri üzvü, professor Dr. Əliəkbər Rəsulinin birgə müəllifliyi ilə "Peyk şəkillərinin ilkin təhlili" adlı kitab nəşr edilib.

Peyk şəkillərinin təhlili üzrə məlumat əldə etmək məqsədilə hazırlanmış dərslik coğrafiya və ekoloji menecment ixtisasında təhsil alan tələbələr, eləcə də gənc tədqiqatçılar üçün nəzərdə tutulub.  

Dörd fəsildən ibarət olan kitabda dərslər ArcGIS-də işləmə ardıcıllığı üzrə verilib və ArcGIS proqram təminatı daxilində ArcMap, ArcCatalog və Arctoolbox və Image Analysis pəncərəsindəki menyu alətləri ilə işləməyi öyrədir. Bu da Azərbaycan Respublikasının landşaft peyk şəkilləri üzərində işləyən tələbələr üçün çoxfunksiyalı alətlərlə tanış olmaq imkanı yaradır.

Kitab dünyanın səkkiz dilinə tərcümə edilərək nəşr edilib.