Cİ əməkdaşı radiasiya təhlükəsizliyi mövzusunda çıxış edib İyn 25, 2021 | 03:06 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu   Xəzər dənizinin monitorinqi şöbəsinin aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Türkmənistanın Təhsil Nazirliyi və Elmlər Akademiyasinın təşkilatçılığı ilə keçirilən  "Elm, texnika və innovativ texnologiyaların inkişafı" Beynəlxalq elmi konfransda iştirak edib.

Türkmənistanın müstəqilliyinin 30 illik  yubileyinə  həsr olunmuş tədbirdə İ.Zeynalov İnstitut əməkdaşları – c.ü.f.d. Ülkər Mahmudova, böyük laborantlar Elvira  Pirieva və Vüsalə İbrahimova ilə həmmmüəllif olduğu “Azərbaycanın radiasiya təhlükəsizliyinin qiymətləndirilməsində iqlim coğrafi qanunauyğunluqlar” mövzusunda məruzə edib. Alim çıxışında atmosferdə radionuklidlərin aşkarlanması üçün metod və vasitələrin qiymətləndirilməsini aparıb.

Konfrans iştirakçıları məruzəni dəyərləndirərək, onun elmi mahiyyətini xüsusi qeyd ediblər.