Özbəkistan EA Sİ direktoru məqalə çapı üçün müraciət edib Sen 02, 2021 | 01:09 / MÜHÜM HADİSƏLƏR

Özbəkistan Elmlər Akademiyasının Seysmologiya İnstitutunun direktoru Vaxob Rafikov Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişliyə ünvanlayıb. Məktubda elmi əlaqələrin genişlənməsi və hər iki ölkənin seysmoloqlarının əldə etdiyi elmi nəticələrlə yaxından tanış olmaq məqsədilə RSXM-nin əməkdaşlarının seysmologiya və seysmik təhlükələrin qiymətləndirilməsi sahəsində, o cümlədən Yer elmlərinin digər istiqamətləri üzrə apardıqları tədqiqatlar haqqında elmi məqalələrini dərc olunması üçün "Проблемы сейсмологии" (“Seysmologiyanın problemləri”) elmi jurnalına göndərməyi xahiş edib. Qeyd olunub ki, RSXM-nin və Azərbaycanda fəaliyyət göstərən Yer elmləri üzrə digər elmi müəssisələrin mütəxəssislərinin apardıqları tədqiqatların nəticələrinin bu jurnalda dərc olunması elmi nailiyyətləri geniş elmi ictimaiyyətə çatdırmağa və əldə olunmuş nəticələrin bugünkü səviyyəsini layiqli qiymətləndirməyə imkan verəcək.

Qeyd edək ki, Özbəkistan EA-nın  nəşr etdiyi "Проблемы сейсмологии" (“Seysmologiyanın problemləri”) elmi jurnalı 2019-cu ildən ildə iki dəfə nəşr olunur.  Jurnalda seysmologiya ilə əlaqəli geofizikanın bütün sahələrində seysmik təhlükənin qiymətləndirilməsi və seysmik rayonlaşdırma, zəlzələnin proqnozlaşdırılması, texnogen seysmiklik, seysmotektonik və geodinamika, mühəndislik seysmologiyası, seysmik monitorinq və əlaqədar coğrafi informasiya sistemləri haqqında elmi məqalələr dərc edilir.