Cİ-də tədqiqatlar kameral və laborator şəraitdə davam etdirilir Sen 13, 2021 | 01:09 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda hesabat mövzusu üzrə tədqiqatlar kameral və laborator şəraitdə davam etdirilir.

Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin əməkdaşları qəbul olunmuş müasir metodlardan istifadə edərək laboratoriya şəraitində torpaq, su nümunələrində analizlər aparıblar.  Humus və ümumi azotun miqdarı- İ.V.Tyurin üsulu ilə, udulmuş Ca2+ və Mg2+ - D.V.İvanov üsulu ilə, pH su məhlulunda potensiometrlə, karbonatlıq (CO2) kalsimetr cihazında – Şeybler üsulu ilə, torpaqda və qrunt sularında asan həll olunan duzların analizi [E.V.Arunişkina], hiqroskopik nəmlik 105° C temperaturda 6 saat quruducu şkafda qurudularaq çəki üsulu ilə, qranulometrik tərkib – N.A.Kaçinski üsuli ilə N2P2O7 ilə işləməklə, torpaqda sıxlıq – N.A.Kaçinski üsulu ilə çöl şəraitində təyin olunmuşdur.