MAA-da kosmik texnologiyalara dair elmi konfrans keçiriləcək. Mart 30, 2023 | 03:03

 

04-05 may 2023-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş

"Azərbaycanda kosmik texnologiyalar və Heydər Əliyev dühası" adlı elmi konfrans keçiriləcək.

Konfransın təşkilatçısı: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi.

Konfransın məqsədi aerokosmik texnologiyalar və ekoloji monitorinq, Yerin təbii ehb'yatlannın kosmosdan müşahidəsi, pilotsuz uçuş aparatlannın layihələndirilməsi və idarə edilməsi, təbii və fiziki proseslərin informasiya-ölçmə sistemlərinin yaradılması, cihazqayırma mühəndisliyi və robototexniki sistemlər, süni intellekt sistemləri və digər sahələrdə əldə olunmuş nailiyyətlərin geniş auditoriyalara çatdınlmasından və reklamlndan ibarətdir.

Konfransda iştirak üçün dəvət olunur: aerokosmik tədqiqatlar, ətraf mühitin mühafizəsi, ekologiya mühəndisliyi, radioelektronika və mikroelektronika, intellektual sistemlərin layihələndirilməsi, robototexniki qurğulann işlənilməsi yə digər sahələrdə fəaliyyət göstərən elmi- tədqiqat, istehsalat və ali təhsil müəssisələri, özəl təşkilatlar və s. Təşkilat Komitəsi konfransa təqdim olunan məruzələrin seçim hüququna malikdir.

Konfransın işçi dili: azərbaycan, ingilis və rus.

Konfransın keçiriləcəyi yer: Milli Aerokosmik Agentliyi.

Məruzələrin çap olunmuş və elektron variantda son təqdim olunma tarixi : 20 aprel 2023-cü il Konfransın təşkilat komitəsi ilə əlaqə:

Məsul katib - Vəfa İsrafilova - Tel: 562-82-65; 051 646-46-50. e-mail: [email protected] 

Elmi konfransın bölmələri:

  • Bölmə 1. Məsafədən zondlamanın praktiki məsələləri.
  • Bölmə 2. Ekologiya və ətraf mühitin mühafizəsi.
  • Bölmə 3. Cihazqayırma texnologiyaları və idarəetmə sistemləri.
  • Bölmə 4. Radioelektron qurğular və ölçmə texnologiyaları.

 MƏRUZƏLƏRİN TƏRTİBATINA DAİR TƏLƏBLƏR

Məruzə hazırlanarkən aşağıdakı tələblər nəzərə alınmalıdır:

  1. Məruzələr azərbaycan, ingilis, rus dillərindən birində təqdim oluna bilər.
  2. Məruzə MS Word proqramında, A4 formatında (sol - 3,5 sm, sağ - 2,5 sm yuxarı və aşağı - 3 sm), Times New Roman şrifti ilə 12 pt ölçüdə, 1,0 sətirlərarası intervalla və mətndaxili yazıda 1 sm abzas buraxmaqla eninə hazırlanmalı, həcmi 4 səhifedən az və 8 səhifədən çox olmamalıdır.
  3. Məruzə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır: müəlliflərin adı, soyadı, atasının adı (ortada), müəlliflərin iş yeri (ortada), məruzənin adı (ortada), böyük hərflərlə, qalın şriftlə, sonda 6 pt interval, e-mail ünvanı.
  4. Ədəbiyyat siyahısı: hər bir istinad olunan mənbənin adı tərcümə olunmadan göstərilməli, məruzədə istifadə olunma ardıcıllığına uyğun olaraq nömrələnməlidir.
  5. Məruzənin yazılış dilindən (azərbaycan) fərqli 2 dildə (ingilis və rus) 2-3 cümlədən ibarət xülasə yazılmalıdır.
  6. Konfransa təqdim olunmuş və təşkilat komitəsi tərəfindən müsbət rəy almış məruzələr «AMAKA-nın Xəbərləri» jurnalının xüsusi nömrəsində dərc olunacaqdır.

 Nümunə

T.İ.Süleymanov

(Milli Aerokosmik Agentliyi)

E-mail: [email protected]

Kosmik təsvirlər əsasında landşaft elementlərinin geoinformasion qiymətləndirilməsi

Əsas hissə: məruzənin mətni

Ədəbiyyat siyahısı

  1. K.Ə.Əsgərov, E.F.Fətiyeva Müxtəlif zamanlı kosmik təsvirlər "AMAKA-nın Xəbərləri" 2021, №1, cild 24, s.3-9.

 

 Т.И.Сулейманов

Геоинформационная оценка ландшафтных элементов на основе космических изображений

Резюме

На основе космических снимков построены электронные цифровые карты 

 

T.İ.Süleymanov

Geoinformation assesment of landscape elements on the basis of space images

Abstract

On the basis of space images digital electronic maps were built