Təbii-təsərrüfat sistemlərinin təşkilinə dair ACC-nin konfransı keçiriləcək İyl 17, 2018 | 06:13

AZƏRBAYCANIN ARİD REGİONLARINDA TƏBİİ-TƏSƏRRÜFAT SİSTEMLƏRİNİN

TƏŞKİLİ VƏ İDARƏ OLUNMASI

 Müstəqillik illərində Azərbaycanda aparılan iqtisadi islahatların əsas istiqaməti regionların inkişafına yönəldilmişdir. Onların həyata keçirilməsi prosesində mövcud təsərrüfat obyektlərinin fəaliyyətinin bərpa edilməsi ilə yanaşı, təbii şərait və təbii ehtiyat potensialından istifadə etməklə yeni istehsal və xidmət müəssisələri yaradılır, sosial-mədəni obyektlər və nəqliyyat-kommunikasiya şəbəkəsi müasir tələblər səviyyəsində yenidən qurulur.

Regionların təbii-landşaft potensialının mühafizəsi, torpaq-bitki örtüyünün ekoloji tarazlığının qorunması, biomüxtəlifliyin saxlanılması Milli parkların potensialından istifadə edilməsi vacib vəzifələr kimi qarşıda durur. Bunlar qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına müsbət təsir göstərən amillərdəndir.

Həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, elmi yeniliklərin innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialından daha səmərəli istifadə edilməsi, gələcəkdə yerinə yetiriləcək tədbirlərin təsərrüfatın və əhalinin səmərəli ərazi təşkilində rolunun öyrənilməsi alimlər qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətlərdə məsələlərin müzakirə edilməsi məqsədilə 2018-ci ilin oktyabrında Ağdaş şəhərində Azərbaycan Coğrafiya Cəmiyyətinin Azərbaycanın arid regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda elmi-praktiki konfransının keçirilməsi nəzərdə tutulur.

Konfransın əsas bölmələri aşağıdakılardır:

  • Landşaftlardan istifadənin müasir vəziyyəti və perspektivləri
  • İqlim və su ehtiyatlarının qiymətləndirilməsi, idarə olunması və ekoloji problemləri
  • Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları
  • Regionlarıntəbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları
  • Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri
  • Torpaq-bitki örtüyünün mühafizəsi
  • Sosial-iqtisadi və demoqrafik inkişaf, onların regional problemləri və perspektiv istiqamətləri
  • Coğrafiyanın ali və orta məktəblərdə tədrisinin müasir problemləri

Məqalələr aşağıdakı qaydalar əsasında tərtib edilməlidir:

  1. Format A4, interval 1,5, yuxarı, aşağı, sağ və soldan 2 sm;
  2. Şrift Times New Roman, şriftin ölçüsü 14;
  3. Məqalənin yuxarısında qeyd edilməlidir: məqalənin adı, müəllifin adı, soyadı, atasının adı, işlədiyi təşkilatın adı, e-mail ünvanı;
  4. 2 dildə (rus/azərbaycan və ingilis dillərində) xülasə;
  5. Ədəbiyyat siyahısı və məqalədə onlara istinadlar;
  6. Məqalələr 5 səhifədən az olmamalıdır;
  7. Məqalələr elektron formada və çap olunmuş şəkildə təqdim olunmalıdır
  8. Bir müəllifdən yalnız bir məqalə qəbul edilir.

Qeyd: Konfransın materialları komissiya tərəfindən seçiləcək və AMEA Coğrafiya İnstitutunun “Coğrafiya və təbii resurslar” jurnalının xüsusi buraxılışı kimi nəşr ediləcəkdir. Konfransın mövzusuna uyğun gəlməyən və elmi məzmunu zəif olan məqalələr nəşr edilməyəcək.

Məqalələr 01 oktyabr 2018-ci il tarixinə kimi qəbul edilir (AMEA Coğrafiya İnstitutu, 827-ci otaq. Tel: 012 539 33 61, 050 590 43 88 (Eminov Zakir N). E-mail:  [email protected].

 

Təşkilat komitəsi