Təhsil  şöbəsi                     

Elektron poçtu:  yunusov.müseyib@mail. ru     

Şöbənin  rəhbəri: c.ü.f.d., dosent Müseyib İdris oğlu Yunusov

İşçilərin ümumi sayı: 3 

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Təhsil şöbəsi

- doktorantların, dissertantların və magistrlərin fəaliyyətinin AMEA  Rəyasət Heyətinin Elm və təhsil şöbəsi ilə əlaqələndirilməsini təmin edir, institutun ali məktəblərlə əlaqəsinin təşkil edir;

- magistratura, doktorantura və dissertantlıq yolu ilə yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, onların elmi fəaliyyətinin və attestasiya nəticələrinin təhlilini  həyata keçirir;

- imtahan sessiyalarının təşkilini, test tapşırıqlarının hazırlanmasını, test bankının yaradılmasını, proqram təminatının təşkilini təmin edir, imtahan sessiyalarında imtahan verən doktorant, dissertant və magistrlərın imtahan nəticələrinin təhlilini aparır;

- magistrlərin tədris planında nəzərdə tutulan fənlər üzrə məşğələlərdə iştirakını, magistr dissertasiyalarının hazırlanmasını və müdafiə olunmasını təşkil edir;

- monitorinqləri aparır  və hesabatlar  hazırlayır, nüfuzlu elmi jurnal və məcmuələrdə doktorantların elmi tədqiqatlarının nəticələrinin çap olunmasına dəstək olur və tövsiyələr verir.