Son illər ölkəmizin bəzi su hövzələ­rində problemlər yaranıb. Xüsusilə, bir müddət əvvəl Kür çayının su­yunda kəskin azalma müşahidə olunurdu. Bu və digər şirin su höv­zələrində yaranmış vəziyyətin ara­dan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyev 27 iyul 2020-ci il-tarixində “Su ehtiyatlarından səmə­rəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbir­lər Planı” haqqında Sərəncam im­zalayıb.

Bu sənədin icrası ilə bağlı bir sıra qu­rumlar kimi AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu tərəfindən də işlərə start verilib. İnstitutun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov “Elm” qəzetinə müsahibəsində ölkəmizin su hövzələrindəki mövcud vəziyyət və gö­rülən işlər haqqında danışıb. Mü­sahibəni təqdim edirik.

Mirnuh müəllim, ölkəmiz­dəki su hövzələrinin hazırki vəziyyətini ümumi ola­raq necə dəyərləndirirsi­niz?

Azərbaycan Respublikası ərazisinin 60 faizdən çoxu arid və semiarid landşaftlardır. Bu ərazi­lərdə insanların həyat fəaliyyəti bi­lavasitə şirin su ehtiyatları ilə təmi­natla bağlıdır. Kür-Araz ovalığında kənd məskənlərinin və aqrolandşaftların yerləş­məsinin təhlili göstərir ki, bu tip antropogen landşaftların lokallaşdığı sahələr Kür və Araz çayları və onlara tökülən çaylar boyunca uzanan ərazilərdir. Lakin Yuxarı Şirvan, Yu­xan Qarabağ, Baş Mil və s. magistral suvar­ma kanallarının çəkilməsi ilə qeyd olunan landşaftlara çaylardan kənar ərazilərdə də rast gəlinir. Bu baxımdan şirin su mənbələ­rində yaranan qısamüddətli problem insanların həyat fəaliyyətinin bütün istiqamətlə­rində ciddi problemlərə səbəb olur.

Hazırda respublikamızda kənd təsərrü­fatı bitkilərinin mövsümlə əlaqədar vegeta­siya dövrünü əsasən başa vurması ilə bağlı olaraq suvarma suyuna tələbat azalıb. Buna baxmayaraq, əksər çaylarımızda sululuq ekoloji normalara uyğun bərpa olunmayıb. İlin bu dövründə iqlimdən asılı olaraq bəzi regionlara düşən intensiv yağıntılar bir sıra çaylarda sululuğun artmasına səbəb olub.

Daha çox hansı bölgələrdəki şirin su hövzələrində problemlər aydın görünür?

Şirin su çatışmazlığından ən çox əziy­yət çəkən regionlarımıza Mil, Muğan, Salyan, Cənub-Şərqi Şirvan, Qarabağ, Gəncə-Qa­zax düzlərini, Abşeron-Qobustan regionunun bəzi hissələrini, Lənkəran ovalığının şimal hissəsini, Acınohur-Ceyrançöl öndağlığını və s. göstərmək olar. 2020-ci ilin isti dövründə əsas böhranlı vəziyyət Neftçala və Salyan ra­yonları ərazisində yaranmışdı. Çünki sonun­cu iki rayonun yeganə şirin su mənbəyi Kür çayıdır. Kür çayı isə bu yay Xəzər dənizinə şirin suyunu çatdıra bilməmişdi. Buradakı ye­raltı sular səthə yaxın olsa da, yüksək mine­rallaşma qabiliyyəti onlardan məişətdə və su­varmada istifadəni məhdudlaşdırır.

Qeyd etdiyiniz kimi bir müddət əv­vəl Kür çayının suyunda kəskin azalma müşahidə olunurdu. Bununla bağlı nə deyə bilərsiniz?

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun rəhbərliyi Kür çayın­da problem yaranan kimi onu diqqətdə sax­layıb. Bu problemin öyrənilməsi məqsədi ilə akademik Ramiz Məmmədovun rəhbərliyi ilə institutun bir qrup alimi iyun-iyul ayların­da ərazidə iki dəfə ezamiyyətdə olub.

Araşdırmalar nəticəsində məlum olmuş­dur ki, Azərbaycanın baş su arteriyası olan Kür çayında suyun səviyyəsi 2020-ci ilin iyun ayında, yəni ilin isti dövrünün başlanğı­cında şirin suya tələbatın artacağının gözlə­nildiyi bir zamanda kəskin şəkildə aşağı düşüb.Tədqiqat apardığımız Kür çayı deltası­nın dəniz sahilindən çay yatağı boyunca axının əksinə olaraq Neftçala rayonunun Xıllı məntəqəsinə qədər şor dəniz suyunun ya­tağı tamamilə doldurduğunu müşahidə et­dik.

Təkrar səfər zamanı dəniz suyunun yataqboyu Salyan məntəqəsinə irəlilədiyinin və artıq Qaralar kəndinə çatdığının şahidi olduq. Bu zaman Bakı-Astara şosse yolunun Kür çayı üzərindəki körpünün yaxınlığında apardığımız müşahidələr göstərdi ki, Qara­lar kəndindən Salyana qədər olan çay yata­ğında çay və dəniz suyu bir-birinə qarışmış vəziyyətdədir. Lakin bu hissədə şor dəniz suyu daha ağır olduğu üçün alt qatlara en­miş, üstündə isə qismən çay suyu mövcud idi. Burada axın çox zəif olduğundan suyun bulanıqlığı xeyli azalmış, şəfafflığı artmışdı. Çayın bu hissəsində əvvəlki illərdə iyun ayında 100-150 metr enində yataqboyu bu­lanıq su axırdı. Müşahidə apardığımız dövr­də isə çayda suyun səviyyəsinin kəskin şə­kildə azalması ilə əlaqədar olaraq yatağın sulu hissəsinin eni 4-5 metrə qədər azal­mışdır. Çay yatağı boyunca ölçülərini tez- tez dəyişən uzunsov adalar və axınla əlaqə­si kəsilmiş kiçik gölməçələr əmələ gəlmişdi. Bəzi yerlərdə çay yatağının akkumulyativ sahilləri tamamilə sudan azad olmuşdu.

Su hövzələrində yaranmış prob­lemlərdən irəli gələrək ölkə başçısı İlham Əliyevin imzaladığı ”Su ehti­yatlarından səmərəli istifadənin tə­min edilməsinə dair 2020-2022-ci il­lər üçün Tədbirlər Planı” haqqında Sərəncamın icrası ilə bağlı Coğrafi­ya İnstitutunun əməkdaşları bir sıra su hövzələrində tədqiqatlara başla­yıblar. İlkin araşdırmalardan sonra vəziyyəti necə dəyərləndirirsiniz?

Cənab prezidentimiz, Ali Baş Koman­danımız İlham Əliyevin qeyd etdiyiniz sərəncamı respublikamızda su ehtiyyatlarının öyrənilməsi və onlardan səmərəli istifadə sahəsində köklü dəyişikliklər yaradacaq. Sərəncamda 10 yeni su anbarının yaradıl­ması, bəzilərində yenidənqurma işlərinin aparılması, suvarma kanallarına su keçilmə­yən üzlüklərin çəkilməsi, suvarmada yeni texnologiyaların tətbiqinin genişləndirilmə­si, yeni su mənbələrinin istifadəyə cəlb edil­məsi və digər kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Coğrafiya İnsti­tutu olaraq sərəncamdan irəli qələn vəzifələri yerinə yetirmək üçün bir sıra ərazilərdə araşdırmalar apardıq.

Sabirabad rayonunda Arazla Kürün qo­vuşduğu yerdə və ona yaxın ərazilərdə çay dərəsi boyunca apardığımız ilkin müşahidə­lər göstərdi ki, bu hissədə Araz çayında su­yun azalması daha böhranlı vəziyyətdədir. Yatağın sulu hissəsi normal vəziyyətdən 5 dəfədən çox kiçilib. Burada da yataqda ada­lar və axınla əlaqəsi qırılmış, durğun sulu gölməçələr əmələ gəlib. Yatağın axın olan hissəsində suyun dərinliyi ən yaxşı halda 80-100 sm-ə çatırdı. Tədqiq olunan ərazidə əsas təhlükəli vəziyyət Araz çayında yaran­mışdı. Çayın qurumuş yatağında allüvial lil çöküntüləri dərinliyi 50 sm-dən çox olan çat­larla parçalanaraq takırabənzər səth əmələ gətirib.

Hazırda Salyan rayonu ərazisində inşa edilən su anbarı və buradan qidalanan su kəmərləri Neftçala şəhəri və ətraf kəndlərə keyfiyyətli içməli su verilməsinə imkan yara­dacaq.

Ötən günlərdə ordumuzun Suqo­vuşan kəndini işğaldan azad etmə­si nəticəsində 28 ildən sonra Tərtər çayına suyun ötürülməsi bərpa olundu. Bu hadisə şirin su ehtiyat­larımızın da işğaldan azad olunma­sı anlamına gəlirmi?

Kiçik Qafqaz dağlarının Murovdağ silsi­ləsindən cənubda qalan hissəsi­nin bütün çayları, gölləri və bu­laqları uzun müddət erməni işğa­lında olmuşdu. Ermənilərin bura­dakı torpaq-bitki örtüyünə vəhşi­cəsinə müdaxiləsi, meşələrin qı­rılması, otlu-kolluqların intensiv yandırılması, hərbi istehkamların qurulması və s. son nəticədə səth axınının pozulmasına, çay­ları qidalandıran bulaqların quru­masına səbəb olub. Bu da aşağı axında çayların qurumasına və ya kəskin şəkildə suyunun azal­ması ilə nəticələnmişdir.

Qarabağ düzündən axan və mənbəyi erməni işğalı altında olan Xaçınçay tamami­lə qurumuş, çay yatağı isə zibilliyə və qum- çınqıl karxanasına çevrilmişdir. Hətta ilin ya- ğıntılı dövründə Xaçınçayın dərəsində axı­nın əmələ gəlməsi problemə çevrilib. Yaxın keçmişə qədər Xaçınçay çox qiymətli saq­qız ağacından ibarət düzən meşə ekosis­temlərinin inkişafında mühüm rola malik ol­muşdur.

Son günlər ordumuzun Suqovuşan isti­qamətindəki uğurlu döyüş əməliyyatları su ehtiyatlarımızın işğaldan azad olunması isti­qamətində böyük qələbənin başlanğıcıdır. Buradakı su anbarlarından mənbəyini götü­rən suvarma kanallarımız uzun illərdir suya həsrət qalmışdı. Bu da Qarabağ düzündəki əkin sahələrinin suvarılmasında çətinlik ya­radırdı. Ordumuzun yeni uğurları şirin su eh­tiyatlarımızdan səmərəli istifadə etməyə kö­mək edəcək.

Şanlı ordumuz Xudafərin körpüsü üzərində də artıq Azərbaycan bay­rağını sancıb. Bu tarixi körpünün iş­ğaldan azad olunmasının ölkəmizin şirin su ehtiyatlarına müsbət təsir edəcəyi şübhəsizdir. Bu ərazidə Araz çayı üzərində qurulan "Xuda­fərin” və ”Qız Qalası” hidroqovşaq- larının və su elektrik stansiyalarının əhəmiyyəti haqqında nə deyə bilər­siniz?

Ordumuzun yeni qələbələri şirin su ehtiyyatlarının da işğaldan azad olunmasına şərait yaradıb. Ən son uğurlu döyüş əməliy­yatları nəticəsində Araz, Həkəri, Oxçuçay, Bəsitçay, Bərgüşad, Köndələn və s. çaytan- mız düşmən işğalından qurtarılıb. Araz çayı üzərində İranla birlikdə tikilməsi nəzərdə tutulmuş "Xudafərin" su anbarı və "Qız qalası" hidroqovşağı Arazboyu düzənlik ərazilərdə 75 min ha əkin sahəsini suvarmağa imkan verəcəkdir. Bu su anbarında qurulacaq stansiyanın elektrik enerjisi istehsal gücü 102 MVt hesablanıb.

Elm qəzeti

30.10.2020