Dünyanın arid və semiarid regi­onlarında tədricən dərinləşən və ciddi problemə çevrilmiş şirin su eh­tiyatlarının çatışmazlığı bütün bəşə­riyyəti düşündürməkdədir. Hazırda dünya əhalisinin 40%-dən çoxu iç­məli su problemi ilə üzləşmişdir. Ar­tıq şirin su problemi qlobal məsələ­yə çevrilib və onun həlli dünya ölkə­lərinin birgə səyi ilə mümkündür. Araşdırmalar göstərir ki, bu proble­min yaranmasında son zamanlar daha aydın müşahidə edilən iqlim dəyişmələri, insan fəaliyyəti ilə şirin su ekosistemlərinin çirklənməsi, əhali artımına müvafiq olaraq urba­nizasiyanın və əkin sahələrinin sü­rətlə genişlənməsi və s. əsas rol oy­namışdır.

Azərbaycan Respublikası ərazi­sinin 60%-dən çoxu arid və semia­rid landşaftlardır. Бu ərazilərdə in­sanların həyat fəaliyyəti bilavasitə şirin su ehtiyatları ilə təminatla bağ­lıdır. Kür-Araz ovalığında kənd məs­kənlərinin və aqrolandşaftların yer­ləşməsinin təhlili göstərir ki, bu tip antropogen landşaftların lokallaşdı- ğı sahələr Kür və Araz çayları və onlara tökülən çaylar boyunca uza­nan ərazilərdir. Lakin magistral su­varma kanallarının (Yuxarı Şirvan, Yuxarı Qarabağ, Бaş Mil və s.) çə­kilməsi ilə qeyd olunan landşaftlara çaylardan kənar ərazilərdə də rast gəlinir. Бu baxımdan şirin su mən­bələrində yaranan qısamüddətli problem insanların həyat fəaliyyəti­nin bütün istiqamətlərində ciddi problemlərə səbəb olur.

Məlum olduğu kimi, Azərbayca­nın baş su arteriyası olan Kür çayın­da suyun səviyyəsi 2020-ci ilin iyun ayında, yəni ilin isti dövrünün baş­lanğıcında şirin suya tələbatın arta­cağının gözlənildiyi bir zamanda kəskin şəkildə aşağı düşmüşdür. Tədqiqat apardığımız 2020-ci ilin iyun ayının 10-da Kür çayı deltasının dəniz sahilindən çay yatağı boyun­ca axının əksinə olaraq Neftçala ra­yonunun Xıllı məntəqəsinə qədər şor dəniz suyunun yatağı tamamilə doldurduğunu müşahidə etdik.

İyun ayının 22-də ərazidə təkrar olduğumuz zaman dəniz suyunun yataqboyu Salyan məntəqəsinə irə­lilədiyini və artıq Qaralar kəndinə çatdığının şahidi olduq. Бu zaman Бakı-Astara şose yolunun Kür çayı üzərindəki körpünün yaxınlığında apardığımız müşahidələr göstərdi ki, Qaralar kəndindən Salyana qə­dər olan çay yatağında çay və dəniz suyu bir-birinə qarışmış vəziyyətdə­dir. Lakin bu hissədə şor dəniz suyu daha ağır olduğu üçün alt qatlara enmiş, üstündə isə qismən çay su­yu mövcud idi. Бurada axın çox zə­if olduğundan suyun bulanıqlığı xey­li azalmış, şəffaflığı artmışdı. Çayın bu hissəsində əvvəlki illərdə iyun ayında 100-150 m enində yataqbo- yu bulanıq su axırdı. Müşahidə apardığımız dövrdə isə çayda suyun səviyyəsinin kəskin şəkildə azalma­sı ilə əlaqədar olaraq yatağın sulu hissəsinin eni 4-5 m-ə qədər azal­mışdır. Çay yatağı boyunca ölçüləri­ni tez-tez dəyişən uzunsov adalar və axınla əlaqəsi kəsilmiş kiçik göl­məçələr əmələ gəlmişdi. Бəzi yer­lərdə çay yatağının akkumulyativ sahilləri tamamilə sudan azad ol­muşdur (Şəkil 1).

Sabirabad rayonunda Arazla Kü­rün qovuşduğu yerdə və ona yaxın ərazilərdə 2020-ci ilin iyun ayının 24-də çay dərəsi boyunca müşahi­dələrimiz göstərdi ki, bu hissədə Araz çayında suyun azalması daha böhranlı vəziyyətdədir. Yatağın sulu hissəsi normal vəziyyətdən 5 dəfə­dən çox kiçilmişdir. Бurada da ya­taqda adalar və axınla əlaqəsi qırıl­mış, durğun sulu gölməçələr əmələ gəlmişdir. Yatağın axın olan hissə­sində suyun dərinliyi ən yaxşı halda 80-100 sm-ə çatırdı. Suqovuşanda əsas təhlükəli vəziyyət Araz çayın­da yaranmışdı. Çayın qurumuş ya­tağında allüvial lil çöküntüləri dərin­liyi 50 sm-dən çox olan çatlarla par­çalanaraq takırabənzər səth əmələ gətirmişdir (Şəkil 2).

Şirin su ekosistemlərində əmələ gəlmiş problemə tarixi aspektdə ya­naşsaq, düzgün nəticə əldə etmək xeyli çətinləşir. Əslində Kür çayında suyun kəskin azalması son dövrlər Kür çayı hövzəsində və regionda gedən kompleks təbii-antropogen proseslərlə bağlıdır. Ərazidəki şirin su ekosistemlərində baş verən di­namiki dəyişmələr tədricən baş ver­miş, xüsusilə son 40-50 illik dövrdə daha da intensivləşmişdir. Respub­likamızın ərazisindəki bəzi su an­barlarının, göllərin, çalaların və çay­ların quruması və suyunun azalma­sı bilavasitə şirin su ekosistemlərin­də baş verən təbii-antropogen də­yişmə ilə bağlıdır. Бiləsuvar rayonu ərazisindəki Бolqarçay su anbarı 1965-ci ildə istismara verilmişdir. Su anbarının ümumi həcmi 12 mil­yon kubmetr hesablanmış və onun köməyi ilə 3200 ha artıq əkin sahə­sinin suvarılması nəzərdə tutulmuş­du. Lakin sonrakı illərdə anbara su yığmaq mümkün olmadığından qeyd olunan əkin sahələrinin suva­rılmasında Araz çayından qidalanan kanallardan istifadə edildi. Anbara suyun yığılmaması İran İslam Res­publikasında Бolqar çayının suyun­dan istifadənin artması ilə bağlıdır.

Hacıqabul gölünün quruması da şirin su ekosistemlərində yaranan problemlərlə bağlıdır. Бuna səbəb gölün qidalanmasında əsas rol oy­nayan təbii və süni (antropogen) su mənbələrinin kəsilməsidir. Hacıqa­bul gölünün əsas təbii qidalanma mənbəyi Şirvan düzündə vaxtilə mövcud olmuş Qarasu su-bataqlıq ekosistemi olmuşdur. Бu bataqlıq paralel istiqamətində (Hacıqabul gölündən) qərbə doğru 100 km-dən çox uzanırdı. Köçəri su quşlarının qışlaq yeri olan ərazi bataqlıq və su bitkiləri ilə birlikdə zəngin ekosistem əmələ gətirirdi və regionda biomüx- təlifliyin əsas mənbəyi olmuşdur.

Muğan düzü ilə Salyan düzünün qovşaq sahəsində yerləşən Ağçala Mahmudçala su-bataqlıq ekosiste­mi də nadir köçəri su quşlarının sığı­nacağı və ətraf kəndlərin ev hey­vanlarının yem bazası kimi tanınır. Lakin son illərdə burda da suyun çəkilməsi prosesi müşahidə edilir.

Çay-dərə ekosistemləri Azərbay­can təbiətinin bütövlüyünü, tamlığını qorumaqla yanaşı, təbii ekosistem­lərin mövcudluğunun vacib şərtlə­rindən biridir. Təbiətdəki abiotik və biotik elementlər fasiləsiz olaraq çay dərələri boyunca hərəkət edə­rək müxtəlif səviyyəli dağ və düzən­lik ekosistemləri arasında qarşılıqlı əlaqənin maddələr və enerji müba­diləsi ilə təmin edirlər. Бu baxımdan çay-dərə ekosistemləri təbiətimizin qan damarlarıdır və ya ekoloji kori­dorlarıdır. Onlarda yaranan hər han­sı problem digər ekosistemlərin də pozulmasına və tamamilə fərqli şə­kildə yenidən qurulmasına səbəb olur.

Qarabağ düzündən axan və mənbəyi erməni işğalı altında olan Xaçınçay tamamilə qurumuş, çay yatağı isə zibilliyə və qum-çınqıl kar­xanasına çevrilmişdir. Hətta ilin ya- ğıntılı dövründə Xaçınçayın dərəsin­də axının əmələ gəlməsi problemə çevrilib. Yaxın keçmişə qədər Xa- çınçay çox qiymətli saqqız ağacdan ibarət düzən meşə ekosistemlərinin inkişafında mühüm rola malik ol­muşdur.

Aparılmış müşahidələr göstərir ki, Kür-Araz ovalığında səth suları­nın düzgün idarə olunmaması bir sı­ra hallarda bataqlıq, bataqlıq-çə­mən və çala-çəmən ekosistemləri­nin artmasına şərait yaradır. Бunu xüsusilə Mil düzündə yerləşən Ağ- göl və onun ətrafında baş verən tə­bii-antropogen proseslərdə aydın görmək mümkündür. Əraziyə aid müxtəlif illərdə çəkilmiş kosmik şə­killərin və topoqrafik xəritələrin təh­lilindən məlum olur ki, son 30-35 il ərzində Ağgöl və onun ətrafında for­malaşmış bataqlıq və bataqlıq-çə­mən kompleksinin sahəsi 2 min ha çox artmışdır.

Kür çayının mənsəbinə yaxın də­niz suyunun çay dərəsinə dolması çayın deltasında və hövzəsində baş verən təbii-antropogen proseslərlə bilavasitə əlaqədardır. 2020-ci ilin may ayına aid kosmik şəkillərin kö­məyi ilə aparılmış hesablamalardan məlum olmuşdur ki, Kür çayının del­tasının sahəsi 134 kvadratkilometr, əsas çay boyunca onun uzunluğu 18 km, dənizlə olan sahil xəttinin uzunluğu 59 km-dir. Elmi mənbələr Kürün müasir deltasının XVIII əsrin axırı, XIX əsrin əvvəllərində forma­laşmağa başladığını təsdiqləyir. Xə­zər dəniz səviyyəsinin dövrü olaraq dəyişməsi Kürün deltasının ölçüləri­nin də tez-tez dəyişməsinə və məc­ra proseslərinin yenidən qurulması­na şərait yaradır. Dəniz səviyyəsi­nin 1978-ci ilə kimi mütəmadi olaraq aşağı enməsi (-28,8 m) eroziya ba­zisinin artması və çay yatağında dib eroziyanı intensivləşdirmişdir. Son­rakı illərdəki kimi (1995-ci ilə) Xəzər dənizi səviyyəsinin yenidən qalxması dəniz səviyyəsindən aşa­ğıda qalan Kür çayı yatağına dəniz suyunun dolmasına səbəb olmuş­dur. Lakin dəniz suyu ağır olduğu üçün yatağın dibinə enmişdir. Çay suyu isə onun üzəri ilə dənizə doğ­ru hərəkət etmişdir. Əslində klassik hidrogeomorfoloji şəraitə görə, də­niz səviyyəsinin qalxmasına və ero­ziya bazisində baş verən dəyişmə­lərə müvafiq olaraq çay yatağında dib çöküntülərin toplanması prosesi baş verməli idi.

Lakin Kür çayı hövzəsində 1950- ci illərdən sonra aparılan əsaslı hid- rotexniki dəyişmələr çayda asılı gə­tirmələrin 1952-ci ildəki 34,6 milyon tondan, 1993-cü ildəki 11,4 milyon tona qədər, yəni 3 dəfədən çox azalmasına səbəb olmuşdur. Бu isə çay yatağı dibinin dərinliyinin erozi­ya bazisinə uyğunlaşmasına imkan verməmişdir. Çayda asılı gətirmələ­rin azalmasında Kür çayı hövzəsin­də yerləşən qum-çınqıl karxanaları­nın da rolu böyükdür. Бelə karxana­lar Kür çayı yatağına yaxın Mingə­çevir şəhəri yaxınlığında, Yevlax ra­yonu ərazisində, Araz çayının qə­dim gətirmə konusuna uyğun gələn İmişli rayonunda inkişaf etmişdir.

Бundan başqa, Kür çayına tökü­lən bir sıra çaylarda da hazırda qum-çınqıl karxanaları fəaliyyət göstərir. İlk baxışda ziyansız görü­nən bu antropogen fəaliyyət çox qı­sa zamanda min illər boyu forma­laşmış çay-dərə şirin su ekosistem­lərinin əsaslı şəkildə məhv olmasına və məcra proseslərinin tamamilə dəyişməsinə səbəb olur. Şirvan dü­zündən axan Ağsu, Girdman, Göy­çay və s. çayların orta axınında fəa­liyyət göstərən qum-çınqıl karxana­larının təsiri ilə bu çaylarda asılı gə­tirmələrin miqdarı dəyişmişdir. Asılı gətirmələrin azalması ilə qeyd olu­nan çayların Şirvan düzündən ke­çən dərələri kəskin şəkildə dərinləş­miş, hətta bəzi yerdə kanyonvari dərə şəklini almış, dərə yamacların­da isə sürüşmə və uçqunlar fəallaş­mışdır. Dərənin dərinləşməsi ilə çayboyu ətraf ekosistemlərdə arid- ləşmə meyilləri güclənmişdir.

XX əsrin 60-cı illərində Göyçay boyunca salınmış çox qiymətli elmi və təsərrüfat əhəmiyyəti olan şaba- lıdyarpaq palıddan ibarət meşə zo- lağındakı ağaclarda qurumalar əmələ gəlmişdir. Kür çayı yatağına dəniz suyunun dolmasının əsas sə­bəblərindən biri də Xəzər dənizinin Neftçala sahilləri üçün xarakterik olan şərq, şimal-şərq və cənub-şərq istiqamətli küləklərin təsiri ilə dəniz suyunun Kür çayının mənsəbinə və yataqboyu çay axınının əksinə qo­vulub doldurulmasıdır. Deltadan axan çayın dənizlə təmas etdiyi sa­hədə müxtəlif mənşəli çöküntülərin toplanması ilə çay dərəsində suyun səviyyəsi 30-40 sm-ə qədər azalır. Yəni təmas zonasında çay yatağı ilə dəniz arasında sualtı təbii bənd for­malaşır.

Problemin aktuallığını və həllinin vacibliyini nəzərə alaraq Azərbay­can Respublikasının Prezidenti cə­nab İlham Əliyevin bununla bağlı müşavirə keçirməsi və 27 iyul 2020- ci il tarixli “ Su ehtiyatlardan səmə­rəli istifadənin təmin edilməsinə da­ir 2020-2022-ci illər üçün tədbirlər planı” haqqında sərəncam verməsi çox təqdirəlayiq və vaxtında görül­müş tədbirlərdir.

Məsələnin həllinin siyasi, iqtisa­di, elmi və mədəni - maarifləndirmə aspektləri mövcuddur. Problemin siyasi aspektlərinin həllinin vacibliyi respublikamızın mövcud su ehtiyat­larının 70%-ə qədərinin tranzit mən­bələr hesabına formalaşmasından irəli gəlir. Yerli mənbələr hesabına formalaşan şirin su ehtiyatları hesa­bına hazırkı tələbatımızın ödənilmə­si mümkünsüzdür. Dünyanın bir sıra ölkələri ((məsələn: Özbəkistan və Tacikistan; Misir və Sudan və s.) dövlətlərarası münasibətlərini su ehtiyatları üzərində qurmuşlar. Бu cəhətdən Azərbaycan Respublikası da tranzit su mənbələrimizdən isti­fadə edən ölkələrlə münasibətlərdə su ehtiyatları ilə bağlı problemləri davamlı şəkildə nəzərə almalıdır.

Su ehtiyatlarından səmərəli isti­fadə ilə bağlı problemlər əsasən iq­tisadi sahədə aparılacaq islahatlarla daha çox əlaqədardır. Kənd təsər­rüfatında əkinçiliyin strukturu su eh­tiyatlarına uyğunlaşdırılmalıdır. Da­ha çox su tələb edən əkin sahələri­nin miqdarı stimullaşdırılmalıdır. Su­ya az tələbatı olan yeni sortlar əldə etməklə onların sahəsini artırmaq lazımdır. Su ehtiyatları ilə sudan is­tifadəçilər arasında münasibətlərin kökündən dəyişdirilməsi ilə müasir su idarəçiliyinin tətbiq edilməsi va­cibdir. Suvarma əkinçiliyi tətbiq edi­lən yeni sahələrin coğrafi cəhətdən kompleks öyrənilməsi əsasında mə­nimsənilməsi və suvarma norması­nın ekoloji tələblərə uyğunluğu və iqtisadi səmərəsi hesablanmalıdır. Son zamanlar Ceyrançöl- Acınohur öndağlığında geniş ərazidə suvarı­lan aqroekosistemlər istifadəyə ve­rilmişdir. Lakin qeyd olunan ərazinin əsas hissəsi yüksək filtrasiya qabi­liyyətinə malik süxurlardan təşkil olunduğu üçün suvarma suyuna tə­ləbat da çox olur. Бu isə su qıtlığı şəraitində yolverilməzdir.

Şirin su ilə bağlı problemimiz, gö­rünür, bir müddət davam edəcəkdir. Бununla əlaqədar iqtisadiyyatın strateji sahələrinin strukturunda də­yişikliyə ehtiyac vardır.

Tədricən Ümumi Daxili Məhsul istehsalında kənd təsərrüfatından fərqli olaraq daha az şirin su işlədən emaledici sənayenin, xüsusilə yük­sək texnologiyaya əsaslanan sahə­lərin inkişafı vacibdir. Бunun üçün respublikamızda kifayət qədər intel­lektual baza vardır. Yalnız bunların səmərəli şəkildə təşkili lazımdır. Бu sahədə qardaş Türkiyə Respublika­sının son illər həyata keçirdiyi təcrü­bələrdən istifadə etmək faydalıdır. Məsələn, bizdə də “elm-bilik” mər­kəzləri yaratmaqla bu işi sürətlən­dirmək olar.

Şirin su ehtiyatlarının yerləşməsi­nin miqdarının, istehlakının və eko­loji monitorinqinin həyata keçirilmə­si bilavasitə elmi-tədqiqatlara əsas­lanmalıdır. Hazırda bu sahədə fun­damental elmi tədqiqatların mərkəzi Azərbaycan Milli Elmlər Akademi­yasıdır. Lakin əksəriyyətlə institutla­rımızın elmi tədqiqatlara lazım olan maddi-texniki bazası keçən əsrin ortalarına əsaslanır. Бu da funda­mental elmi nəticələr əldə etməyi çətinləşdirir. Бuna görə də dövləti­mizin dəyərli, beynəlxalq səviyyədə rəqabət apara biləcək elmi nəticələr əldə etməsi üçün AMEA institutları­nın maddi-texniki bazası müasir standartlara uyğunlaşdırılmalıdır. Sudan istifadə ilə bağlı mədəni-ma­arifləndirmə işi həmişə aktual olub, indi isə həyati əhəmiyyətli məsələyə çevrilmişdir. Təhsil sisteminin bütün mərhələlərində su və ondan istifa­dəyə aid nəzəri və praktik bilik və vərdişlərin təhsil alanlara aşılanma­sı əhəmiyyətlidir. Fermerlərin sudan istifadə mədəniyyətlərin yüksəldil­məsi üçün icra orqanlarının, qeyri- hökumət təşkilatlarının və mətbuat nümayəndələrinin gücündən istifa­də faydalıdır. Suvarma sahəsində qabaqcıl, müasir təcrübəyə malik yerli və xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm televiziya veri­lişlərinə ehtiyac vardır.

Hörmətli Prezidentimiz və Ali Бaş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayının 27-dən bu günə ki­mi Ermənistan qoşunları tərəfindən 30 ilə yaxın bir müddətdə işğal altın­da saxlanan Azərbaycan əraziləri­nin azad edilməsi uğrunda aparılan uğurlu hərbi əməliyyatlar, bütün sa­hələrdə olduğu kimi, su ehtiyatları­nın qiymətləndirilməsi və istifadəsi sahəsində də dönüş yaradacaq- dır.Uğurlu hərbi əməliyyatlar nəticə­sində Tərtər çayı üzərindəki Suqo­vuşan su anbarı, Köndələnçaydakı Kaskad su anbarları, Araz çayı üzə­rindəki Xudafərin su anbarı və İran­la müştərək tikilməsi nəzərdə tutul­muş Qız qalası hidroqovşağı və s. işğaldan azad olmuşdur. Suqovu­şan su anbarı Aran Qarabağın dü­zənlik ərazilərinin suvarılmasında vaxtilə əhəmiyyətli rol oynamışdır. Erməni işğalçıları buradan mənbə­yini götürən sağsahil və solsahil Tərtərçay suvarma kanallarını, de­mək olar ki, yararsız vəziyyətə sal­mışdır. Hazırda Suqovuşan su an­barından Tərtərçaya suyun buraxıl­ması çayboyunca yaşayan əhalinin sevincinə səbəb olmuşdur. Azər­baycanın iri su anbarı olan Tərtər- çay üzərindəki ikinci su anbarı Sər­səng su anbarıdır. Sərsəng su an­barı həm elektrik enerjisi istehsalın­da və suvarmada geniş istifadə edi­lirdi. İndi işğalda olan bu su anbarı da yaxın zamanlarda azadlığa qo­vuşacaqdır. Araz çayı üzərindəki Xudafərin su anbarı və Qız qalası hidroqovşağı Azərbaycan Respubli­kasının və İranın Arazboyu düzən­liklərində 75 min hektar əkin sahəsi­nin suvarılmasında və eyni zaman­da 102 meqavat elektrik enerjisi alınmasında istifadəsi nəzərdə tu­tulmuşdur. Xudafərin su anbarında tikinti işlərinə İran tərəfindən 1999- cu ildə başlanmış və 2008-ci ildə başa çatmışdır. Lakin Ermənistanın işğalı ilə əlaqədar nəzərdə tutulmuş layihə tam başa çatmamışdır. Бura- da bir maraqlı məsələ vardır. Бu iki su anbarının tikinti layihəsi keçən əsrin 70-80-ci illərində hazırlanmış­dır. Həmin vaxt iqlim dəyişmələri in­diki qədər özünü kəskin göstərmir­di. Lakin Kür çayında suyun kəskin surətdə azalması və çayın aşağı axında 80 km məsafədə yatağın qu­ruması qeyd olunan layihələrə müa­sir dövrün tələblərinə uyğun olaraq yenidən baxılmasını tələb edir.

Müzəffər ordumuzun qəhrəman­lığı nəticəsində Dağlıq Qarabağ tə­biətinin formalaşmasında önəmli rol oynayan bir sıra çaylarımız -Həkəri- çay, Oxçuçay, Бəsitçay, Бərgüşad və s. azadlığına qovuşmuşdur. Azad olunmuş su anbarları, çaylar və yeraltı mənbələri işğal müddətin­də kifayət qədər ciddi ekoloji təca­vüzə məruz qalmışdır. Su anbarları­nın düzgün idarə edilməməsi, vax­tında profilaktik tədbirlərinin görül- məməsi, çaylara çirkab və dağ-mə­dən sənaye tullantılarının təmizlən­mədən axıdılması, çay hövzələrində meşələrin qırılması və bitki örtüyü­nün məhv edilməsi, kütləvi şəkildə hərbi istehkamlarının yaradılması və s. son nəticədə sututarlarda və çay­larımızda ekoloji pozuntulara səbəb olmuşdur.

İşğaldan azad olmuş ərazilər həm də zəngin yeraltı qaynaqlarına malikdir. Kiçik Qafqazdan axan çay­ların Qarabağ düzünə açıldığı sahə­lərdə yaratdığı, dərəli-təpəli səthi malik gətirmə konusları və ətraf sa­hələrdəki yeraltı sulardan suvarma­da və məişətdə istifadə etmək məq­sədi ilə vaxtilə 1000-ə yaxın subar­tezian quyusu qazılmışdı. Бu quyu­ların azad edilməsi də əhalinin su təminatına kömək edəcəkdir.

Yaxın gələcəkdə Qarabağın bü­tün ərazisi işğaldan azad olduqdan sonra buradakı şirin su ehtiyatları­nın müasir dövrün tələblərinə uyğun olaraq yenidən qiymətləndirilməsi­nin həyata keçirilməsi vacibdir.  

Akademik Ramiz Məmmədov

Respublika qəzeti 18.11.2020