Tarixdən məlumdur ki, qonşu ölkələr arasında sərhəd və ərazi mübahisə və iddiaları yaranır. Bunlar öz həllini tapmayanda uzun müddət kartoqrafiya və toponimiya müharibəsi kimi davam edə bilir. Bunu, məsələn, Qafqazın, Cənubi Qafqazın (keçmişdə Zaqafqazye), həmçinin Şimali Azərbaycanın köhnə XVIII-XX əsrin xəritələrinə baxan da, onları müqayisə edəndə bunu aydın şəkildə görmək olar.
Üç böyük dövlət - Rusiya, Türkiyə və iran arasında yerləşən Azərbaycana qarşı əsrlərlə həm işğalçılıq siyasəti, həm kartoqrafik-toponimiya müharibəsi aparılıb. Azərbaycana qarşı işğal siyasəti aparan ölkələr arasında Çar Rusiyanın xüsusi yeri var.
Rus çarı I Pyotr və ondan sonrakı çarların əsas məqsədlərindən biri azəri türklərinin torpaqlarını istila edərək, onları ”yeni” xəritələrdə yeni sərhədlərlə, "yeni” inzibati-ərazi bölgüsü çərçivələrdə göstərilməsinin reallığa çevrilməsi olmuşdur. Qafqaz uğrunda mübarizədə Rusiya xristian xalqlarından, həmçinin ermənilərdən istifadə etməyə çalışırdı və bunu I Pyotrun vaxtından dövlət siyasətinə çevirmişdi.
Dövlət işğalçılıq siyasətinin reallaşdırılması və ardınca ermənilərin Qafqaza köçürülməsi rus çarı I Pyotr tərəfindən başlamışdır (1682-1725). 1722-1723-cü illərdə Xəzərsahili ərazilərin istilasından sonra I Pyotr orada (söhbət Dərbənd və Şamaxı ətrafı ərazilərdən gedir) erməniləri məskunlaşdırmağa çalışırdı. I Pyotr hesab edirdi ki, ermənilərin Xəzərsahili ərazidə məskunlaşması Rusiyanın Qafqazda möhkəmlənməsi üçün ən yaxşı vasitə olacaq.
I Pyotr 10 noyabr 1724-cü il tarixli ali (əlahəzrət) sərəncamı ilə rəsmi şəkildə erməniləri işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşmağa dəvət edirdi və bununla onlara imtiyazlar müəyyən edirdi. I Pyotrun ermənilərlə bağlı siyasəti II Yekatirina (1762-1796), sonralar imperatorlar I Aleksandr (1801-1825) və I Nikolay (1826-1855) tərəfindən davam etdirilmişdir. Məsələn, I Aleksandr 1802-ci ildə öz sərəncamı ilə ermənilərə verilmiş bütün imtiyazları təsdiq etmişdir. I Nikolayın əmri ilə 1828-ci ildə Azərbaycan torpaqlarında "Erməni vilayəti” yaradıldı.
Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrindən sonra ermənilərin Qafqaza, əsasən Şimali Azərbaycana köçmələri rəsmi xarakter aldı. 21 mart 1828-ci il tarixində, yəni Azərbaycan xalqı üçün çox əziz olan Novruz bayramı günü imperator I Nikolayın əmri ilə işğal olunmuş Naxçıvan və İrəvan xanlıqlarının yerində "Erməni vilayəti” yaratmaq barədə əmr verildi və burada köçkün ermənilərin sayı mexaniki surətdə artmağa başladı (Qlinka S.A.,1831). Qısa Azərbaycana qarşı aparılan kartoqrafik-toponimiya müharibəsinin tarixi-coğrafi aspektlərini araşdırmaq üçün bir sıra xəritə və atlaslardan istifadə edilmişdir. Erməni və rus kartoqrafların tərtib etdiyi tarixi-coğrafi xəritələrdən istifadə edərək biz ermənilərin kartoqrafik-toponimiya aqressiyalarını (təcavüzü) ifşa etməyə çalışmışıq. Həmin xəritələrə və elmi ədəbiyyata əsaslanara bəzi faktları və statistik rəqəmləri göstərmək olar.
Ermənistanda və Dağlıq Qarabağda azərbaycanlıların tarixi izlərini məhv etmək yolunu seçmiş ermənilər millətçilik, qatı şovinizm-faşizm siyasətini müxtəlif məzmunlu tarixi-coğrafi xəritələrə və atlaslara köçürmüşlər. Məsələn, 2009-cu ildə Yerevanda erməni və rus ("Dağlıq Qarabağ Respublikasının atlası”) nəşr olunub. Sonra həmin atlas ingilis dilində çapdan çıxıb. Həcmi 96 səhifədən ibarət atlasda, 70-ə yaxın demək olar ki, hamısı yalançı, uydurma, saxta olan xətirə var.
İndiki Ermənistan adlanan Qərbi Azərbaycandan Rusiya imperiyasının, sonra isə Sovetlər imperiyasının həyata keçirtdiyi siyasətin nəticəsində azərbaycanlıların XIX əsrin 1828-1832-ci illərində, 50-ci, 70-ci və 90-cı illərində, sonra XX əsrin 1905-1907, 1918-1920, 1948-1953 və nəhayət 1988-1991-ci illərində öz tarixi-etnik torpaqlarından 8 dəfə kütləvi deportasiyaları baş vermişdir. iki yüz il dövlət səviyyəsində aparılmış bu insanlığa zidd olan, rüsvayçı müstəmləkəçilik siyasətinin nəticəsində Ermənistanda azərbaycanlıların hamısı deportasiya olunmuşdur. 1931-ci ildə Leninqradda çap olunmuş 1:500000 miqyaslı "Zaqafqaziya Federasiyasının siyasi-inzibati xəritəsi” də zəngin informasiya mənbəyi kimi istifadə edilmişdir. Həmin xəritə üzərində aparılan araşdırmalar göstərdi ki, 1920-1930-cu illərdə ermənilər azərbaycanlıların yaşayış məntəqə adlarının əsasən xatirə (şəxs), simvolik və s. adlarla əvəz olunmasına nail olmuşlar. Məsələn, Gümrü (1837-ci ildən Aleksandropol) - 1924-cü ildə Leninakan, Qarakilsə- Kirovakan, Calaloğlu - Stepanavan adlandırılmışdır. Xəritənin təhlili göstərdi ki, Sovet hakimiyyətinin ilk illərində ermənilər artıq bir çox qədim Azərbaycan-türk mənşəli toponimləri dəyişdirmişlər.
"Zaqafqaziya Federasiyasının siyasi-inzibati xəritəsi"nin toponimik məzmunu onu təsdiq etdi ki, müasir Ermənistan ərazisindəki coğrafi adların əksəriyyəti Azərbaycan-türk mənşəlidir. Bu xəritədə toponimlərin dil mənsubiyyətinə görə paylanması belədir: Azərbaycan-türk 78%, hibrid 3,9%, erməni 3,4%, rus 1,3%, ərəb 0,9%, iran 0,5%, dil mənsubiyyəti müəyyən edilməyənlər 12,0%-dir.
"Qarabağın dövlət yay otlaqları xəritəsi” XIX əsrin sonunda tərtib edilmiş çox dəyərli kartoqrafik əsərdir. Xəritə ”10 verst düymdə” (1:420000) miqyasda tərtib edilib və 1899-cu ildə Tiflisdə çap edilib. Xəritənin müəllifi tanınmış qafqazşünas alim M.A.Skibitski uzun müddət Qarabağda işləmiş və çox zəngin material toplaya bilmişdir. Onun tərtib etdiyi "Qarabağın dövlət yay otlaqları xəritəsi ’nin (1899) böyük üstünlüyü ondan ibarətdir ki, müəllif xəritə üzərində yazılmış bütün coğrafi adları (toponimləri) təhrifsiz, olduğu kimi qeyd edib. Həmin xəritədə M.A.Skibitski tərəfindən cəmi 1035coğrafi ad yazılmışdır. Bu toponimlərdən 84%-i (866 ad) Azərbaycan-türk mənşəli, 5%-i erməni mənşəli, 11%-i digər mənşəli coğrafi adlardır. Onların statistikası göstərir ki, tarixi Qarabağın toponimik fonunda Azərbaycan-türk mənşəli coğrafi adlar mütləq üstünlüyə malikdir. Öz əksini xəritədə tapan adlar təsdiq edir ki, bu torpaqların əsl sahibi kimdir. Bundan başqa Qarabağın xəritəsi (1899) əyani şəkildə tarixi Qarabağın düzən (aşağı) və dağlıq (yuxarı) hissələrinin vahidliyini göstərir. Ermənilərin qondarma, saxta "Dağlıq Qarabağ” ifadəsini tarixin zibilliyinə atmağın vaxtıdır.
Bütün bunları nəzərə alaraq demək lazımdır ki, bu ədalətsiz, zor gücünə idarə olunan dünyada öz tarixini və keçmişini unudan xalqın gələcəyi yoxdur. Azərbaycan türkləri bir xalq kimi hər vaxt müdrik alimlərimizin - tarixçi israfil Məmmədovun (2004) və dilçi (toponimist) İbrahim Bayramovun (2002) dediklərini genetik yaddaşa yazıb saxlamalıdırlar: “Azərbaycanın Qərb bölgəsi türksüz qalıb, orada ən azı 959 kəndimiz yerlə-yeksan edilib, ... təkcə son iki yüz ildə iki milyon soydaşımız qətlə yetirilib... Ümumiyyətlə, XX əsrdə iki milyona zərbaycanlı indiki Ermənistandan - Qərbi Azərbaycandan - tarixi-etnik torpaqlarından qovulmuşlar”.
Azərbaycan xalqına qarşı 300 illik dövrü əhatə edən təcavüzkar siyasət I Pyotrdan - XVIII əsrin əvvəlindən fasiləsiz olaraq davam edir. Üç yüz il ərzində Azərbaycan xalqına qarşı sayı bilinməyən repressiyalar, deportasiyalar, soyqırımlar, maddi-mədəni-mənəvi irsimizə vandal münasibətə baxmayaraq bizim xalq mübarizə aparır, yaşadır, yaradır və daim inkişaf edir. Zaman bizim xeyrimizə işləyir. 2020-ci ilin payızında Vətən müharibəsində əldə olunan zəfər Azərbaycan xalqının məğlubedilməzliyini və böyük däxili potensialını bütün dünyaya göstərdi. ikinci Qarabağ müharibəsindən sonra hamıya aydın oldu ki, "böyük Ermənistan” xülyası heç zaman gerçəkləşməyəcək. 10 noyabr 2020-ci il tarixində Azərbaycan xalqı bu erməni mifini tarixin zibilliyinə atdı və orda basdırdı.
Şamil ƏZİZOV
AMEA akademik Həsən Əliyev adına
Coğrafiya İnstitutunun şöbə müdiri,
coğrafiya üzrə fəlsəfə doktoru
29.01.2021