Bəli, 10 noyabr üçtərəfli bəyənatından sonra biz öz sonsuz sevincimizin dadını çıxararkən düşmənin vay-şivəni erməni mətbuatının səhifələrini bəzəyirdi. Həmin dövrdə “Maariflənən Ermənistan” müxalifət partiyasının lideri Edmon Marukyan “Sputnik Armeniya” saytına verdiyi müsahibəsində deyirdi: “Qarabağla birlikdə 42 min kv.km sahəsi olan Ermənistan, hansınınkı baş naziri Nikol Paşinyandır, artıq yoxdur.”

Baxın, dünya tərəfindən tanınan sərhədlər daxilində Ermənistanın ərazisi 29 min kv.km-dir, işğal etdikləri 13 min kv.km Azərbaycan torpaqlarını bu abırsız erməni özününkü hesab edərək onu itirdiklərinə görə göz yaşı tökür və bu uğursuzluğun baisi kimi Paşinyanı günahlandırır. Digər bir erməni “ziyalısı”, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan isə acı təəssüflə qeyd edirdi: “1992-94-cü illərdə Dağlıq Qarabağın ərazisi 4400 kv.km idi. İndi isə 10 000 kv.km türklərə verilir, qalır 2500 kv.km”. Həyasızlıqları sərhəd tanımayan, beyinləri “böyük Ermənistan” xülyası ilə zəhərlənən bu bədbəxtlər anlamırlar və ya anlamaq istəmirlər ki, Dağlıq Qarabağ da, işğal altında olmuş ətraf rayonlar kimi, dünya qurumları tərəfindən tanınan Azərbaycan ərazisidir. Düzdür, Baqratyanın dediyi 2500 kv.km əraziyə hələlik biz yox, rus sülhməramlıları nəzarət edir və separatçı ermənilər orada bayraq dedikləri bir əski parçası altında, hələ ki, nəyəsə ümid edərək yaşayırlar, amma bu məsələnin də bir qədər zamana ehtiyacı var.

Bəs, o nə bayraqdır elə, ona bayraq demək olarmı?

Araşdıraq. Qarabağın azadlığı uğrunda gedən döyüş səhnələrini əks etdirən coxlu sayda qürurverici kadrlar arasında diqqətçəkən bir çox maraqlı epizodlar vardı ki, onlardan birində əsgərimiz azad edilmiş Suqovuşanda öz bayrağımızı qaldırarkən ermənilərin endirilmiş “bayrağını” təpiklə kanara tullamışdı və onun düşmənə nifrət dolu bu hərəkəti hamımıza xüsusi zövq vermişdi. Amma o "bayraq" Ermanistan ermənilərinin deyil, separatçı Qarabağ ermənilərinin “bayrağı” idi. Fərqi nədi?

Sualı cavablandırmazdan əvvəl Böyük Atatürklə bağlı bir ibrətamiz hadisəni xatırlayaq. Deyilənə görə, Qurtuluş Ordusunun başında yunan işğalından azad edilmiş İzmir şəhərinə gələn Atatürk onun üçün ayrılmış sarayın qarşısında yerə sərilmiş yunan bayrağını görüb ayaq saxlamış və onu qarşılayanlardan - “bu nə deməkdir?" - deyə soruşmuşdu. Onlar isə - “Paşam, işğal zamanı yunan kralı Konstantin bu sarayda qalanda türk bayrağını ayaqlayaraq keçmişdi” - deyirlər. Atatürk onlara belə cavab verir: “O səhv etmiş, bayraq hər bir xalqın qürurudur. Mən onun səhvini təkrar edəməm”. Bunu dedikdən sonra bayrağı yerdən götürərək qatlayıb kənara qoymuşdu.

Bax, budur, türkün böyüklüyü!

Bəs niyə Suqovuşandakı o “bayraq” Azərbaycan əsgərinin təpiyinə tuş gəldi?

Çünki o, heç bir dövlət və heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma bir quruma, separatçı bir topluma aiddir və bu səbəbdən bizim üçün sadəcə, bir əski parçasıdır!

Bütün ermənilərin bayrağı Ermənistan bayrağıdır, separatçı ermənilər isə həmin bayrağa ağ rəngli iki pilləvari element əlavə etməklə özlərinə guya bayraq icad ediblər. Ziqzaq şəkilli həmin elementi isə onlar “ənənəvi erməni xalçalarının naxışları” kimi qələmə verirlər. Erməni xislətinin, erməni saxtakarlığının daha bir bariz nümunəsi! Xalçaçılıqda hansı erməni ənənəsindən, naxışından danışmaq olar? Hardasa bir-iki Haykanuşun və Siranuşun 5-10 xalça toxumasına "xalqın ənənəsi" demək nə dərəcədə doğrudur?

Naxışlara gəlincə, şəkillərdəki Qarabağ xalçalarına baxın, “kətəbə” adlanan milli naxışlarımızın haşiyələnməsində pilləvari, ziqzaq şəkilli həmin elementlərin çox müxtəlif çeşidlərini görmək mümkündür.

 

 

Bu naxışlara nənki xalçalarımız, hətta memarlıq nümunələrimizdə də rast gəlmək olur. Şuşa qalasının Gəncə qapısı qalanın digər qapıları ilə müqayisədə dövrümüzə daha yaxşı saxlanmış vəziyyətdə çatmışdır və qapının arxitekturasında pilləvari naxışların parlaq nümunəsini görürük. “Şahmatvari və küknar düzülüşlü ağ və qara daşlardan toxunmuş hörgü, qalanın dərin oxvarı tağlı girişini effektiv şəkildə əhatə edir.”

Bəli, separatçı ermənilər özlərinə əziyyət verib başlarını çox da işlətməmiş, yenə də öz xislətlərinə sadiq qalmış, Şuşa qalasının Gəncə qapısında və ya Qarabağ xalçalarındakı milli naxışlarımızı mənimsəyərək özlərinə “bayraq” yapmışlar ki, bu üzdən onu heç bir dəyəri olmayan əski parçası adlandırmaq daha doğru yanaşmadır.

Ermənilər qonşu xalqlara məxsus maddi-mədəni irs nümunələrini oğurlamaqda, mənimsəməkdə xüsusi “istedada” malikdirlər. Bu yaxınlarda İrəvanda “Arsax xalçaları” adı altında Şuşadan, Qarabağdan çıxarılan xalçaların sərgisinin təşkili haqqında mediada yayılmış xəbərlə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bəyanatında deyildiyi kimi: “Bununla yanaşı, xalça elə nadir sənət nümunələrindəndir ki, toxunduğu bölgənin tarixini, o ərazidə yaşayan xalqa mənsubluğu barədə mühüm məlumatlar mənbəyidir. Xalçalarımızın erməniləşdirilməsində mənfur qonşularımızın əsas məqsədlərindən biri də Qarabağın tarixini saxtalaşdırmaqdır. Tarixən ermənilər xalça toxuculuğu ilə deyil, xalça ticarəti ilə məşğul olmuş, ticarət prosesində Azərbaycan xalçalarını erməni xalçaları kimi təqdim edərək yalan məlumatları dünyaya yaymağa cəhd etmişlər.”

 

 

Baxın, xalçaçılıq üzrə bəzi erməni və ermənipərəst “mütəxəssislər” tərəfindən hətta Altayda 1949-cu ildə arxeoloji qazıntılar zamanı tapılan, hazırda Ermitaj muzeyində saxlanılan və dünyanın ən qədim (Vəsr) xalçası olan məşhur Pazırık xalısının da guya qədim Ermənistanın "Arsax vilayətində" toxunulduğu haqqında sərsəm iddiaların ortalığa atılması, bu millətin hansı məntiqə malik olduğunun aydın göstəricisidir.

Daha sonra bəyanatda xalçaçılıq sənətinin qədimdən bəri Azərbaycan xalqının bəşəriyyətə miras qoyduğu nadir irs nümunələrindən biri olduğunu və bu səbəbdən onun 2010-cu ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanınması qeyd edilir.

Bütün bunlara baxmayaraq, ermənilər öz məqsədlərinə çatmaq üçün imzaladıqları beynəlxalq konvensiyalarda təsbit olunmuş qanun və qaydalara məhəl qoymadan hər cür çirkin əməllərə əl atır, bizə, eləcə də digər qonşu xalqlara mənsub maddi-mədəni nümunələri oğurlayaraq mənimsəməkdə davam edirlər. Bizim borcumuz isə elmin, kütləvi informasiya vasitələrinin və beynəlxalq hüququn imkanlarından istifadə edərək onların belə məkrli planlarının qarşısını almaq və əməllərini dünya ictimaiyyətinə açıqlamaqdan ibarət olmalıdır.

 

Azpolitika.info

11.03.2021