UDK (UOT) 796.5/947 Ə - 98

Nizami ƏYYUBOV AMEA akad. H.Ə.Əliyev adma Coğrafiya İnstitutu

[email protected]

Məmməd SADIQOV Azərbaycan Turizm və Menecment Universiteti

[email protected]

 

Ovçuluq və balıqçılıq turizminin inkişaf etdirilməsi zəruriliyi haqqında 

About the necessity of developing hunting and fishery tourism 

О необходимости развития охотоводческого и рыболоводческого туризма 

Xülasə: Məqalədə Azərbaycanda ovçuluq və balıqçılıq turizminin inkişaf etdirilməsi zəruriliyi əsaslandırılır və onun təbii- coğrafi şəraiti qiymətləndirilir, sahənin inkişafı üçün müvafiq məqsədəuyğun tədbirlərin görülməsi göstərilir.

Açar sözlər: ovçuluq, balıqçılıq, turizm, təbii-coğrafi, səmə­rəli, ehtiyatlar. Xəzər, Kür, Araz, təsərrüfat, ovlama. 

Abstract: The article deals with substantiation of necessity of development of hunting and fishery in Azerbaijan and assessment of its natural and geographical conditions as well as corresponding measures recommended to take in order to develop the noted areas.

Key words: hunting, fıshing, tourism, natural and geo-g- raphical, economic, rational, resources, the Caspiarı, Kura, Aras, economy. 

Резюме: В статье обосновывается необходимость развития охотоводческого и рыболоводческого туризма и оценивается его естественно-географическая база для юсообразного развития данной отрасли. 

Ключевые слова: охотоводство, рыболовство, туризм,естетственно-географические, экономические, рациональные ресурсы, Каспий, Кура, Араз, хозяйство, охота. 

Azərbaycan Respublikası iqtisadiyyatının dinamik inkişafını təmin etmək məqsədilə qeyri-neft sektorunun inkişafına dövlət səviyyəsində böyük önəm verilir. Ona görə də ümumi daxili məhsulun strukturunda bu sahənin payı getdikcə artır. Qeyri- yanacaq sektorunun tərkibində isə ölkəyə gələn valyuta gəlirlərinin artırılması, ölkədən xaricə isə azaldılması baxımından turizm- rekreasiya təsərrüfatının inkişaf etdirilməsi böyük əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, 2012-ci ildə ümumi daxili məhsulun strukturunda turistlərin yerləşdirilməsi və ictimai iaşədən gələn gəlirlərin payı 1,7% idisə, 2015-ci ildə bu göstərici artaraq 2,7% təşkil etmişdir (Azərbaycanın statistik göstəriciləri, 2013, 2016). Təbii ki, rekreasiya təsərrüfatının daha yaxşı inkişaf etdirilməsi üçün böyük təbii-coğrafi və antropogen potensiala malik olan res­publikamızda turizm sektorunun aşağı səviyyədə olması arzu­olunmaz haldır. Ona görə də Azərbaycana turizm axınının artırıl­ması, ölkədən kənara axının isə azaldılması hesabına valyuta gəlir­lərinin çoxaldılması, bu sahənin ümumi daxili məhsulda payının yüksəldilməsi zəruridir. Bunun üçün yerli və xarici turistlərin ölkənin rekreasiya təsərrüfatlarına cəlb edilməsinin müxtəlif yeni yollarının tapılması lazımdır. Onlardan biri Azərbaycanda demək olar ki, yox dərəcəsində olan ovçuluq və balıqçılıq turizminin inkişaf etdirilməsidir. Türkiyədə, Rusiyada, Ukraynada və s. ölkə­lərdə bu sahədə böyük təcrübə var və turistlərin cəlb edilməsində bu amilin əhəmiyyətli rolu var.

Balıqçılıq turizminin inkişafı üçün ölkəmizin böyük təbii- resurs potensialı var. Xəzərin 825 km-lik Azərbaycan sahilləri, Kür və Araz çayları, onların Qanıx, Qabım, Tərtər, Xram və s. kimi qolları, Böyük Qafqazın şm-şərq və Lənkəran zonasının Xəzərə tökülən çayları, Mingəçevir, Şəmkir, Yenikənd, Araz su qovşağı, Sərsəng, Bəhramtəpə və s. su anbarları, Sarısu, Hacıqabul, Ağgöl, Candargöl kimi böyük göllər, Yuxarı Qarabağ, Yuxarı Şirvan kimi böyük suvarma kanalları balıqçılıq turizminin inkişafı üçün böyük potensiallardır. Bu yerlərə yaxın yerləşən istirahət-turizm müəssisələrindən balıq tutmaq həvəskarları olan turistlərin turlarını təşkil etmək olar. Bunun üçün təbii ki, turizm müəssisələrinin müvafiq səriştəsi olan mütəxəsisi olmalı, onlar lazımi avadanlıq və ləvazimatlarla (müxtəlif tilovlar, tor, qarmaqlar. yemlər və s.) təchiz edilməlidirlər. Turistlərin yerləşmə müəssisələrinin ərazisində nohur balıqçılıq da təşkil edilə bilər. Turistlərin əylənərək tutduğu balıq təkrar su hövzəsinə buraxıla bilər və ya turistin özü üçün yemək hazırlana bilər. Tilovla tutulan balıqdan müəyyən miqdarda turistin aparmasına icazə verilə bilər. Bu da turistlərin bu sahəyə marağını daha da artırar. Xəzərin bütün çimərliklərində müvafiq pullu xidmət təşkil oluna bilər, bu isə iqtisadi cəhətdən səmərəli olmaqla bərabər, turistlərin asudə vaxtının səmərəli keçməsinə xidmət edər. Təbii ki, bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da balıq ehtiyatlarının qorunması, onlardan elmi əsaslarla istifadə edilməsi tələb olunur. Balıqların kürü tökmə dövründə tutulması qadağan olunmalı, daha çox böyüyə bilən balıq növlərinin xırda ikən tutulmasına icazə verilməməli, müvafiq maarifləndirici tədbirlər görülməli, təbliğat- təşviqat xarakterli lövhələr, posterlər yerləşdirilməlidir. Xəzərdə müxtəlif balıqların sahilə yaxınlaşmasına imkan verməyən, brakonyerlər tərəfindən daimi olaraq yerləşdirilən bütün növ ilişmə torlarının yığışdırılması zəruridir. Qeyri-qanuni kütləvi ovlama (elektrik cərəyanı, dinamit, kimyəvi zəhərləmələr) vasitələrinin qarşısı alınmalıdır. Balıqların Xəzərin sahil sularına yaxınlaşa bilməməsi burada olan zəngin planktonla qidalanmasına, həm də kürü tökməsinə mane olur, təbii artımı azalır. Çox təəssüf ki, Azərbaycan çaylarında və digər su hövzələrində balıqların kütləvi

qırılmasına yol verilir. Məsələn, Kür və xram çaylarında, suvarma kanallarında, kollektorlarda cərəyanla balıqların kütləvi qırılması mütəmadi hal almışdır. Çəkisi 1,5-10kq ola bilən balıqlar 100-200 qram çəkidə cərəyanla qırılır, daha xırda körpələr məhv olur. Müşahidələr göstərir ki, artıq Kür çayında Çəki (sazan), Şahmayı, Canar kimi balıqların demək olar ki, kökü kəsilmişdir. Bazarlarda satılan Çəki isə süni şəkildə yetişdirilir. Oisə keyfiyyətinə görə çay balıqlarından çox zəifdir. 

Ovçuluq turizmi üçün də Azərbaycanda geniş təbii imkanlar olsa da bu sahədə demək olar ki çox zəif inkişaf etmişdir. Çox təəssüf ki, sovet dönəmi ilə müqayisədə daha da zəifləmişdir. 2014-cü ilin məlumatına görə ölkəmizdə 12 ovçuluq təsərrüfatı olmuşdur və ovçuluq üçün təhkim edilmiş torpaq sahəsi 2654 min ha təşkil etmişdir. Ovçuluq təsərrüfatlarında olan dırnaqlıların sayı 2006-cı il ilə müqayisədə 14,73% artaraq 2015-ci ildə 18785-ə çatmışdır. Ovçuluq təsərrüfatlarında olan xəzdərili

heyvanların sayı 2006-cı ildən 2015-ci ilə kimi 36,87% artaraq 146163 başa çatmışdır. Təsərrüfatlarda olan ov quşlarının sayı isə bu dövrdə 67,6% azalaraq 2015-ci ildə 1565 min baş təşkil etmişdir. Lakin quşların kütləvi miqrasiya dövründə (xüsusən payız, yaz) onların sayı 100 dəfələrlə artır (Azərbaycanda ətraf mühit, meşəçilik, balıqçılıq və ovçuluq təsərrüfatları, 2015, səh.69-71). Köçəri su quşlarının əhəmiyyətli hissəsi respublikanın Qızılağac, Ağgöl, Korçay, Qum adası, Abşeron milli parkı və s. kimi su hövzələrində qışlayır. Ovçuluq təsərrüfatlarının özlərində də ov heyvanlarının artırılması mümkündür. Məsələn, Türkiyədə kütləvi surətdə kəklik, bildirçin və s. inqubatorlarda artırılır, bir az böyüdükdən sonra sahələrə buraxılır. Rusiyada Moskva ətrafında hərbi ovçuluq təsərrüfatında hər il minlərlə çay ördəkləri süni yolla artırılaraq bir az böyüdülür və təsərrüfatın sahələrinə buraxılır. Bu təsərrüfatlara ov məqsədilə gələn turistlərə hər cür şərait yaradılır, onlar bütün ləvazimatlarla təmin olunur, onlara ov itləri verilir və mütəxəsislər onları təlima- tlandırır. Gələn gəlirlər isə təbiəti mühafizə işlərinə, təsərrüfatların saxlanmasına və inkişafına xərclənir. Azərbaycan xalqının ənənəvi olaraq ovçuluğa meylliyi, asudə vaxtını səmərəli keçirməsi, istirahəti üçün bu sahənin inkişaf etdirilməsi məqsədəuyğundur. İcazə verilən vaxtda, yerdə, miqdarda ov ovlanması insanların sağlamlığı, əhval-ruhiyyəsinin yüksəldilməsi üçün də əlverişlidir və iqtisadi cəhətdən ovçuluq turizmi təsərrüfatı üçün də əhəmiy­yətlidir. Dünya standartlarına uyğun yaxşı təşkil olunmuş ovçuluq- turizm təsərrüfatları əcnəbi ov həvəskarlarının da ölkəmizə gəlməsinə, nəzarət altmda ov etməsinə və valyuta gətirməsinə səbəb ola bilər. Ovçuluq təsərrüfatlarında ovun məhdudlaşdırıl­ması qeyri-qanuni ovlama, brakonyerlik kimi halların çoxalmasına da səbəb olur. Rəsmi statistika göstərir ki, son illərdə ovçuluq qaydalarının pozulması halları, bu sahədə inzibati orqanlar və məhkəmələr tərəfindən baxılan işlərin sayı artmışdır (Azərbay­canda ətraf mühit, meşəçilik, balıqçılıq və ovçuluq təsərrüfatları, 2015, səh.72). Müşahidələr göstərir ki, qeyri-rəsmi müvafiq hallar daha çoxdur.

Çox təəssüf ki, bəzi yırtıcı heyvanların ovlanmasına qadağa qoyulması onların sayının kəskin çoxalmasına, ev heyvanlarının artımına mənfi təsir edir. Son illərdə (2006-2015) ovçuluq təsərrüfatlarında olan xəzdərili heyvanların sayı 36,8% çoxalaraq 146163 baş olmuşsa, bu dövrdə canavarların sayı 41,2%, çaqqalların sayı isə 2,2 dəfə çoxalaraq mütləq sayları müvafiq olaraq 17640 və 39146-ya çatmışdır (Azərbaycanda ətraf mühit, meşəçilik, balıqçılıq və ovçuluq təsərrüfatları, 2015, səh.70). Bu vəhşilər ev heyvanlarına ziyan vurmaqla yanaşı, həm də digər ov heyvanlarının körpələrini məhv etməklə onların artımına ciddi mane olur. Ona görə də

ovçuluq-turizm təsərrüfatlarında bütün sivil ölkələrdə olduğu kimi (məsələn, Rusiyada) canavarların, çaqqalların və ala qarğaların sayı tənzimlənməli, di­gər fərdlərin çoxalmasına mane olmayacaq səviyyədə saxlan­malıdır. Azərbaycanda ovçuluq-balıqçılıq turizminin inkişaf etdirilməsi üçün Türkiyənin, Rusiyanın və digər ölkələrin bu sahədə olan təcrübələri öyrənilməli, respublikamızın turizm və ekologiya nazirliklərinin və ovçuluq təsərrüfatlarının koordinasiya olunmuş fəaliyyəti hesabına bu sahənin dirçəldilməsi məqsədəuy­ğundur. Bu əhalinin sağlamlığı, asudə vaxtım səmərəli keçirməsi, xarici və yerli turistlərin rekreasiya təsərrüfatlarına daha çox cəlb edilməsinə səbəb olmaqla yanaşı, iqtisadi cəhətdən də səmərəli olar.

 

Ədəbiyyat

  • 1 .Azərbaycanın statistik göstəriciləri 2013. Bakı, 2013, səh.804.
  • 2.Azərbaycanın statistik göstəriciləri 2016. Bakı, 2016, səh.
  • 3.Azərbaycanda ətraf mühit, meşəçilik, balıqçılıq və ovçuluq təsərrüfatları, Bakı 2015, səh.
  • 4.Patterns of Azerbaijan. Hunting and fıshing 2012

Turizm və qonaqpərvərlik tədqiqatları beynəlxalq jurnalı, nömrə 3, 2017. səh.46-53