e.ü.f.d., dos. Sadıqov M.O.
doktorant T.M.Sadıqov

Azərbaycan Turizm və Menecment Universiteti

Abstract: As is known, globalization has an influence on all activities throughout the world.  This concerns also tourism and recreational resources of the developed regions  where population spent leisure-time in open air and see beautiful landscapes within a short or long period. In the territory of Azerbaijan,  the efficient use of resources of resort tourism is among top­ical issues.

 

Key words: recreation,  tourism, globalization, natural science, natural resources, environment, housing.

 

Məlumdur ki, bu günlər dünyada qlobal problemlər baş alıb gedir. Eyni sürətlə də dünyada inkişaf edən rekreasiya və turizm təsərrüfatı aktivləş­məkdədir. Hu baxımdan Azərbaycanda sürətlə inkişaf edən rekreasiya və turizm təsərrüfatı insanların fiziki, iqtisadi, sosial-mədəni və psixoloji ehti­yatlarında doğan bir varlıqdır. Rekreasiya təsərrüfatının inkişafı əhalinin sosial-mədəni və sağlamlıq vəziyyətinin yaxşılaşmasına, orqanizmin möhkəmləndirilməsinə, əmək qabiliyyətinin, zehni əlaqənin artmasına və ümumi iqtisadiyyatın inkişafına təkan verir.

XX əsrin 50-ci illərindən sonra dünyada baş verən elmi-texniki tərəqqi ilə əlaqədar rekreasiya-turizm xüsusi əhəmiyyət kəsb etmişdir ki, bu da beynəlxalq əlaqələrin genişlənməsinə, nəqliyyat daşımalarının ucuzlaşma­sına, habelə rekreasiya-turizm bölgələrində mədəni istirahətin yüksəlmə­sinə səbəb olmuşdur. Bu gün ölkəmizdə rekreasiya-turizm xidməti əhalinin əmək vərdişini və onun məşğulluğunu genişləndirən, ölkəyə daha çox gəlir gətirən, investisiya cəlb edən əsas sahələrdən biridir.

Bu baxımdan rekreasiya ehtiyatları tükənməyən təbii sərvət olmaqla yanaşı təbii, sosial-iqtisadi, tibbi-bioloji, sosial-psixoloji və ekoloji-iqtisadi amilləri də özündə birləşdirir. Rekreasiya təsərrüfatı respublikamızın xarici ölkələrlə əlaqələrinin genişlənməsinə, sosial xidmət sahələrinin irəliləmə­sinə təkan vermişdir. Bu inkişaf təbii-iqtisadi şəraitlə yanaşı, nadir tarixi- mədəni abidələrimiz, milli-etnik dəyərlərimiz kimi kompleks amillərə söykənir. Lakin bu kompleks amillər öz məcrası ilə normal inkişaf edə bilmir. Belə ki, bugünki qlobal problemlər və onların törətdiyi təzadlar həqiqətən də ağılagəlməz dərəcədədir.

Tədqiqat obyektinə cəlb olunan və əsasən Böyük Qafqazın Azərbay­cana aid olan cənub yamacları və Xəzərsahili ərazisi şimaldan Rusiya, cənubdan İran sərhəddinədək nazik lent formalı dəniz sahili ərazini əhatə edir. Sahəsi 4250km2, əhalisi isə 4 milyon nəfərdən çoxdur. Ərazinin əlverişli coğrafi mövqeyi, bol sulu çayları, qumlu çimərlikləri, dəmir və şosse yollarının yaxşı təminatı, düzənlik və dağətəyi meyvə bağları və meşələri, bol günəş enerjisi, normal hava şəraiti, zəngin əmək ehtiyatları, tarixi-mədəni və təbiət obyektləri, inkişaf etməkdə olan iqtisadiyyatı (sənaye yönümlü) və s. onun gələcək iqtisadi tərəqqisini əsaslandıran amillərdir.

Bazar iqtisadiyyatına keçid şəraitində rekreasiya və turizm ehtiyatla­rından səmərəli istifadə olunması, sosial-iqtisadi infrastruktur sahələrinin inkişafı, əhalinin məşğulluğunun, həyat səviyyəsinin yüksəldilməsi, rekreasiya və turizm ehtiyatlarının kompleks qiymətləndirilməsi və ondan ilkisiz və səmərəli istifadə edilməsi müasir dövrün ən aktual və təkrarolun­maz məsələlərindən sayılır. Onu da qeyd edək ki, Azərbaycanın dağlıq və dağətəyi-düzən bölgələrinin rekreasiya-turizm ehtiyatlarının mənimsənil­məsini, sahil bölgəsinin rekreasiya və turizm ehtiyatlarını qiymətləndirərkən statistik məlumatlar (sənaye, xidmət sahələri və kənd təsərrüfatı malları) inzibati rayon sərhədləri daxilində götürülmüşdür. Buradan aydın olur ki, bu dar zolaq-lent şəklində uzanan ərazinin istehsal və xidmət infrastrukturundakı problemlər və son 30-40 ildə müasir qlobal problemlərin də artması məsələni daha da gərginləşdirmiş olur.

Qlobal problemlər konsepsiyasının işlənib hazırlanmasında yeni addımlar atılmaqdadır. Hər şeydən əvvəl bu problemlərin dairəsi genişlən­dirilmiş, sülh problemi ön sıraya çəkilmiş, sülhün digər problemlərin həll edilməsi üçün mühüm şərt olduğu əsaslandırılmışdır. Qlobal problemlərin Azərbaycanda həll edilməsi sahəsində on illərin beynəlxalq əməkdaşlığını ümumiləşdirərək qeyd etmək lazımdır ki, indi atom enerjisindən dinc məqsədlə istifadə edilməsi, xəstəliklərə, təbii fəlakətlərə və sel hadisələrinə qarşı mübarizə, savadsızlığın ləğv olunması, tarixi və mədəniyyət abidələrinin mühafizəsi, hava proqnozları xidməti kimi sahələrdə faydalı əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində bir çox döv­lətlər arasında əməkdaşlıq gündən-günə genişlənir. Dinc əməli əməkdaşlıq meydanının da genişləndirilməsini bütün yer üzünün xalqlarının həyati mənafeyi tələb edir.

Artıq başa düşülür ki, Azərbaycanın bərəkətli torpaq sahələrində və onun qiymətli rekreasiya-turizm ehtiyatları sahələrində, təbiətlə cəmiyyət arasındakı ziddiyyətlərin aradan qaldırılması olduqca vacibdir. Ziddiyyətlərin daha bir qrupunun sivilizasiyanın varlığının əsaslan ilə bağlı qlobal miqyaslı ziddiyyətlərin təhlili cildi nəticələr çıxarmaga imkan verir. Söhbət hər şeydən əvvəl ətraf mühitin, havanın, su hövzələrinin, Xəzər dənizinin çirklənməsindən, torpaq və rekreasiya turizm ehtiyatlarının tükənməsindən gedir.

Zəngin təbii-iqtisadi və rekreasiya xammal ehtiyatlarına malik olan ölkəmizdə artıq XX yüzilliyin 60-70-ci illərindən etibarən xalq təsərrü­fatının bir sıra sahələrində olduğu kimi rekreasiya-turizm təsərrüfatı sahəsində də inkişafa doğru dönüş yaranmışdır. Bu inkişaf sürətlə irəliləyərək XXI yüzilliyin birinci on illiyində öz nüfuz miqyasını bir qədər də artırdı. Ölkəmizdə istər dənizsahili və istərsə də dağətəyi və dağlıq ərazilərdə təbii-xammal ehtiyatlarından itkisiz və səmərəli istifadə yönümündə iri perspektivli plan və proqramlar tərtib olunmuşdur. Qloballaşma ilə əlaqədar olaraq bu layihə və proqramların həlli ərazidə çox ləng gedir. Bu problemləri kəskinləşdirən heç də elmi-texniki inqilab və insan fəaliyyətinin miqyasının artması nəticəsində təbii sistemlərin üzərinə həddən artıq yük düşməsi deyildir. Hələ Engels o zaman göstərmişdir ki, təbiətdən istifadəni bazar qüvvələrinin kor-koranə oyununa tabe etməyin nəticələri bir o qədər do fəlakətli olacaqdır. Beynəlxalq qay­dalara və mexanizmlərə tələbat dünya üzrə artdıqca ümumbəşəri sərvət kimi planetin ehtiyatlarından məqsədyönlü istifadə də ön plana keçir. Əlbəttə bu problemdən Azərbaycan da yan keçmir. Bu tip ümumbəşəri qlobal problemləri bir və ya məhdud dövlətlər qrupunun səyləri ilə həll etmək qeyri-mümkündür. Burada tək Azərbaycan yox, ümumdünya miqyasında əməkdaşlıq, dünya ölkələri və xalqlarının sıx, monolit və əməli fəaliyyəti zəruridir. Bundan əlavə, daha bir mühüm problem vardır ki, öz vacibliyinə görə o digər problemlərdən heç də az əhəmiyyətli deyildir. Mədəniyyəti qorumaq, onu qloballaşmaqdan müdafiə etmək məsələsinə həyatın özü ilə yanaşı insan cəmiyyəti də təsir edir.

Məlumdur ki, yuxarıda sadalanan problemlərin normallaşdırılmasında insan cəmiyyətinin sağlamlığı və onun sosial-iqtisadi vəziyyəti durur.

XX yüzilliyin ikinci yarısında baş verən mühüm sosial-iqtisadi və mənəvi-mədəni dəyişikliklər insanlarda asudə vaxtdan səmərəli istifadəyə ehtiyac yaratmışdır. Bu məqsədlə ilk növbədə rekreasiya potensialı öyrənilməli və insanların tələbatı nəzərə alınmalıdır. Bu baxımdan rekreasiya və turizm tələbatını üç növə bölmək məqsədəuyğundur:

1.İctimai tələbat. Buraya müxtəlif sosial təbəqələrin kurort və turizmə olan maraqları daxildir.

2.Qrııp-istehsal maraqlarına uyğun tələbat.

3.Ayrı-ayrı fərdlərin ümumi istirahət maraqlarına müvafiq tələbat.

Rekreasiya və turizm tələbatına yuxarıda qeyd etdiklərimizlə yanaşı, təbii, iqtisadi, tibbi-bioloji, demoqrafik, sosial-psixoloji amillər, həmçinin qiymət, gəlir, reklam, məsafə, kompleks xidmət və s. daxildir.

Rekreasiya bölgəsinin iqlim xüsusiyyətlərini qiymətləndirərkən həmin ərazi üçün komfort zona öyrənilir. Komfort bölgə coğrafi enliklərdən, yaşayış məntəqəsinin yüksək hündürlükdə salınmasından, insanların həyat tərzindən və s. asılıdır. Azərbaycan üçün komfort şərait 18-23°C arasında götürülür [11]. Küləyin sürəti və nisbi rütubət artdıqca komfort zonanın hədləri də ona müvafiq olaraq dəyişir. Azərbaycanın dağlıq və dənizsahili bölgələrində bir nəfərə düşən yaşıllıq normasını qiymətləndirərkən N.Şelomovun və K.Lyuomudrovun təklif etdiyi meşəparklardan, meşə və çimərliklərdən istifadə norması əsas götürülmüş, sahil bölgəsi üçün yerli xüsusiyyətlər nəzərə alınmışdır. Burada yaşıllıq bölgələrinin orta yükləmə dərəcəsi əsas götürüldüyündən biz də rekreasiya və turizm məqsədi ilə istifadə üçün yaşıllıq dərəcəsini 0,8m2/adam orta əlverişli (5 bal), O,52m2/adam nisbətən əlverişli (2 bal), 0,12m2/adam əlverişsiz (1 bal) kimi qeydə almışıq [11].

Ərazini əhalinin sıxlığı baxımından qiymətləndirərkən bölgələrin rekreasiya və turizm baxımından mənimsənilməsində qloballaşmanın təsiri nəzərə alınmamışdır. Bu problemin tədqiq edilib öyrənilməsi və rekreasiya- turizm təsərrüfatına tətbiq etmək çox vacib məsələdir. N.Şelomovun təklif etdiyi metodikaya uyğun olaraq hər km2-ə düşən əhalinin sayı əsas götürülür. Lakin burada qloballaşma problemi nəzərə alınmır. Buna görə də əhalinin daha sıx məskunlaşdığı ərazilər (hər km2-ə 500 nəfərdən çox) (5 bal), 300-400 nəfər əlverişli (4 bal), 150-300 nəfər orta əlverişli, 80-140 nəfər nisbətən əlverişli, 45-70 nəfər əlverişsiz kimi qiymətləndirilə bilər.

İl ərzində 100 min rekreantın ərzaq məhsullarına olan tələbatı respublikamızda olan fizioloji normalar həmçinin istirahət və kurort müəssisələrinin gündəlik ərzaq tələbatının orta kütləsi əsasında hesablanmış, orta bal göstəriciləri F.Əsgərovun irəli sürdüyü norma dərə­cəsinə uyğun qiymətləndirilmişdir. Beləliklə, yuxarıda qeyd etdiyimiz bal sistemini saxlamaqla rekreasiya və turizm ehtiyatlarının mənimsənilməsinin qiymətləndirilməsini aşağıdakı komponentlər üzrə aparılmasını daha məqsədəuyğun hesab edirik:

1.Əlverişli iqlim. Tədqiq etdiyimiz ərazidə bol günəş enerjisi təmin olunan beş iqlim tipi müşahidə olunur. İqlimin quru olması (Abşeron, Aran və Muğan-Salyan-Acınohur), günəşli saatların illik miqdarının çoxluğu, açıq küləksiz havaların mövsüm ərzində tez-tez təkrarlanması burada istirahət və turizm müəssisələrinin yaradılması üçün əlverişlidir. Lakin son illərin təcrübəsi göstərir ki, günəşdə baş verən neqativ partlayışlar nəticəsində dünyanın  qlobal problemlərinin siyahısını bir az da artırır. Əhali arasında dəri-zöhrəvi, saç tökülməsi, sonsuzluq və s. kimi xəstəliklərin peyda olması zəruri hal kimi qiymətləndirilir.  

Qeyd etməliyik ki, havanın temperaturu sahil boyu düzənliklərdə və çimərlik zonasında 20-25°C, dağətəyi və dağlıq zonada açıq və qismən açıq havaların təkrarlanması 69-72% təşkil edir, bu da yay aylarında Böyük Qafqazın dağlıq və dağətəyi bölgələrində istirahətin təşkili üçün əlverişli şərait yaradır.

Müqayisə üçün göstərək ki, Xəzər sahilinin iqlim göstəriciləri Qara dəniz sahillərinə nisbətən üstündür. Lakin Xəzərsahili zona günəşli saatların miqdarı və komfort günlərin sayına görə Aralıq dənizi sahillə­rindən geri qalır [7]. Bununla yanaşı iqlim göstəricilərinin mühüm elementi olan günəş radiasiyasının bolluğuna görə Xəzərsahili Aralıq dənizi sahillərindən üstündür. Buradan aydın olur ki, Xəzər sahillərində iqlimlə müalicə imkanları daha genişdir.

2.Narın qumlu çimərliklər. Bu tip çimərliklər birmənalı olaraq Xəzərin Azərbaycana aid bölgələrində təsadüf olunur. Buranın rekreasiya- turizm sərvətlərindən biri də narın qumluq sərvətləri ilə yanaşı onun min­eral-termal suları və revmokardiya xəstəliklərinin müalicəsi üçün istifadə olunan neftli palçıqların olmasıdır. Xəzər dənizinin Azərbaycan sahil zolağının dayazlığı, suyun şəffaflığı, duzluluq faizinin aşağı olması (10- 13%), mövsüm ərzində dənizdə suyun hərarətinin 18-24°C-yə çatması, dənizdə çimmə dövrünün 140-160 gün davam etməsi burada rekreasiya təsərrüfatının inkişafı üçün münasib şərait yaradır. Onu da qeyd edək ki, bu komfort mədəni istirahət və müalicəvi imkanlara neqativ təsir şübhəsiz ki, qlobal ekoloji münasibətlərin üstün olmasıdır. Çimərliklər ətrafında 1-10 km radiusda iri sənaye əhəmiyyətli daş, qum, gips və s. tikinti materialları obyektlərinin və sexlərin olmasıdır. Bunlar mütəmadi olaraq boyu rekreasiya və turizm ehtiyatlarının cəmləşdiyi və müəssisələrinin yerləşdiyi ərazilərə vurduğu iqtisadi zərərlə ölçülür [7].

3.Mineral sular və müalicəvi palçıqlar. Qeyd etmək lazımdır ki, Azərbaycanın mineral və termal sularına bir çox hallarda yüksək dağlıq, həmişəyaşıl meşə örtükləri alp-subalp çəmənlikləri olan ərazilərdə rast gəlmək olur ki, bu da həmin bulaq sularının ətrafında kurort və turizm təsərrüfatının inkişafı üçün imkanlar yaradır.

Respublikanın şimal-qərb bölgəsinin quru subtropik bölgəsində (Şabran-Siyəzən rayonları ərazisində) yerləşən mineral və termal sular - Zeyvə mineral bulaqları (debiti 2300 1/sut. çox), Düz-Bilici mineral bulaqları (debiti 3200 1/sııt.) daxildir. Burada karbonatlı və hidrokarbonatlı mineral suların ümumi debiti 5,5 min 1/sut-dan çox, orta temperaturu 10- 20°C-dir. Bu sular uroloji xəstəliklərin müalicəsində istifadə olunur.

Sulfıdli və hidrogen-sulfidli, orta temperaturu 25-37°C-yə çatan termal sular. Bunların ümumi debiti 1240 min 1/sutkadır.

Tədqiqat zamanı məlum olmuşdur ki, bu mineral və termal suların ərazidən, minerallaşma dərəcəsindən asılı olaraq orta temperaturu müxtəlifdir. Belə ki, Nabran soyuq bulaqlar qrupunda suyun temperaturu K-20° C, minerallaşma dərəcəsi isə çoxdur. Abşeronda yerləşən termal suların minerallaşma dərəcəsi az olsa da temperaturu 16-25° C-yə (Şıx çimərliyində 71° C) çatır [7].

Xlor-natriumlu və tərkibindən ayrıca hidrogen-sulfidli, suyunun tem­peraturu minerallaşma dərəcəsi 4-7 mlq/1 olan termal sular. Bu tip sular ürək-damar, ginekoloji xəstəliklərin müalicəsində də yaxşı səmərə verir.

Lənkəran zonasında yayılmış natrium-xloridli suların ümumi debiti 465 min 1/sut-dan çox, suyunun temperaturu 41-45° C-yə çatır.

Lənkəranda 400 yerli müalicə pansionatı, “İbadsu” və “Qotursu” da yerli əhəmiyyətli istirahət bazaları fəaliyyət göstərir.

4.Yodlu-bromlu və tərkibində üzvi maddələrin çoxluğu ilə seçilən mineral sular qrupu. Bu suların minerallaşma dərəcəsi 2-5 mlq/1, tem­peraturu isə 27-33° C-yə çatır. Ölkəmizin dənizsahili zonasının Suraxanı, Balaxanı, Neftçala rayonları ərazisində yayılmışdır ki, onların da ümumi debiti 1500 1/sut-dan çoxdur.

Müalicə palçıqlan. Sahil bölgəsində cox böyük ehtiyata malik müalicəvi palçıqlar mövcuddur. Əsasən Bakının Masazır, Böyük-Şor gölündə yayılmışdır.

Azərbaycan özünün rekreasiya landşaftları və formaları ilə diqqəti cəlb edir. Onun dənizsahili darısqal lent formalı ərazisinin landşaft quruluşu 26,5 m-dən 200m-ə qədər uzanan ovalıq və düzənliklər, çəmənliklər, meşə və meşə-çöllər, şoranlı səhralar, sonra isə başı üstə ucalan dağlar ərazinin estetik zənginliyi ilə turistləri cəlb edir. Burada mavi dəniz, qumlu sahil, təmiz hava, açıq səma, mülayim cənub küləyi ərazinin rekreasiya və turizm əhəmiyyətini daha da artırır. Nabran zonasında ərazinin təbiətlə dənizin qovşağında relikt meşəliklər, yaşı min ildən yuxarı olan xan çinarı, dağ palıdı və s. ağac növləri, ekzogen amillərin təsiri ilə yaranmış relyef formaları, dəniz sahillərində inkişaf etmiş müasir dəniz çöküntüləri, “yanardağ” kimi tanınan təbii məşəl bölgənin çox cazibədar mənzərələrindəndir. Xəzər sahilindəki zəngin təbiət abidələrinin ərazinin rekreasiya potensialında mühüm rolu vardır.

Sahil zonasında ümumi meşə sahəsinin (840km2) əsas hissəsini meşə- parklar təşkil edir. Respublikanın bu yerlərində rekreasiya və turizm müəssisələri yaradılarkən təbii resurslardan istifadə olunması məqsədəuyğundur. Qeyd  ki, burada məskunlaşan bəzi heyvan növlərinin çoxu qorunduğuna görə ovçuluq turizmi mövsümi xarakter daşımalıdır. Bütün bunları nəzərə alaraq Azərbaycanın sahil zonasında turizmin yeni perspektivli sahəsi olan fotoovçuluğun inkişafına diqqət daha da artırılacaqdır. Ümumiyyətlə, ovçuluq təsərrüfatlarının turistlərin daha çox gəldiyi Böyük və Kiçik Qafqazda və Talış dağlıq massivində təşkil olunması daha ümidvericidir. Çünki bütün rekreasiya və turizm ehtiyatlarının mənimsənilməsi və onların qiymətləndirilməsində neqativ rol oynayan qlobal problemlər yalnız Qəbələ radiasiya mərkəzindən başqa, demək olar ki, yox dərəcəsin­dədir Eyni zamanda turistlərə lazım olan bütün rekreasiya və turizm komponentləri məcmuəsini demək olar ki, qənaətbəxş hesab etmək olar.

Azərbaycanın Xəzərsahili zonasının zəngin təbiətinin qorunması məqsədilə 113 min hektar sahəni əhatə edən dövlət qoruğu (Qobustan, Şirvan, Qızılağac, Hirkan) və üç yasaqlıqda relikt və endemik bitki növləri (dəmirağacı, şabalıdyarpaq palıd, azat, Xəzər şanagülləsi və s.), o cümlədən Qobustanda ağac formalı ardıc, qoz, əncir, nar, Nabran və Lənkəran-Astara rayonlarının sahil zonasında isə yaşlı palıd və vələs ağacları yayılmışdır. Bu ərazilərdə son vaxtlar təbiətin ekoloji strukturunun pozulması, sahilə yaxın ərazilərdə quraqlığın baş alıb getməsi və torpaqların eroziyası, aşınması və duzlaşması, Aran iqtisadi rayonunun ərazisində və ona qonşu bölgələrdə ərazilərin səhralaşmasını bütövlükdə yuxarıda adı çəkilən bölgələrə şamil etmək olar.

Tarixi faktlar sübut edir ki, bəşəriyyət öz inkişafının müxtəlif mərhələlərində çoxlu mürəkkəb problemlərlə üzləşmişdir. Dünyada olduğu kimi Azərbaycanda da son 50-60 ildə təbiətdə leysan yağışlar, su daşqınları, torpaqların eroziyası, quraqlıq, yanğın hadisələri tez-tez baş verir. Bütün bu qeyd olunanlarla yanaşı, son zamanlar alimlər haqlı olaraq qeyd edirlər ki, burjuaziya inkişaf etdikcə, ticarət azadlığı, ümumdünya bazarı yarandıqca, sənaye istehsalı və buna uyğun olan həyat şəraiti, insanların dinc və firavan həyat sürməsi, sağlamlıq və uzun ömürlülüyün artması, insanların mütəmadi olaraq turizm səfərlərində iştirak etməsi hallan dəyərləndirilməlidir. Mütəxəsislərin fikrincə izafi dəyər dalınca qaçanların ərazidə saxlanması qeyri-mümkün olan üç əsas komponent aşağıdakılardır: “Təbii kapital”, insan substansiyası, maye-yanacaq və təbiətin dözümlülük həddidir.

Təbii ehtiyat və qlobal problemləri L.Samoylov 9 tipə bölür [11]:

1.Kortəbii fəlakətlərin, o cümlədən antropogen və qarışıq mənşəli (səhralaşma, eroziya, tükənmə, yer təkinin duzlaşması və s.) problemlərin aradan qaldırılması;

2.Təbii-xammal ehtiyatlarından (məhsuldar torpaqlardan, tikinti üçün ayrılmış ərazilərdən) səmərəli və qənaətlə istifadə olunması problemi;

3.Əhalinin artımı və onun idarə olunması problemi, cəmiyyətin maddi- texniki bazasının inkişafı ilə demoqrafik dinamikanın uyğunlaşdırılınası;

4.Kənd təsərrüfatı istehsalı və məhsuldarlığın artırılması problemi, “humanist istiqamətin”, “yaşıl inqilabın” təmin edilməsi, o cümlədən ərzaq problemi;

5.Qurunun məskunlaşmayan ərazilərinin əlverişli mənimsənilməsi problemi (tayqa, səhralar və yarımsəhralar, xam torpaqlar və ş.);

6.Enerji böhranının başlanması haqqında xəbərdarlıq, istilik enerjisi ehtiyatları qıtlığının artması, başqa sözlə desək, bəşəriyyətin enerjisi prob­lemi;

7.Ətraf mühitin qorunması və onun təkrar istehsal mexanizmi (ozon ekranı, oksigen balansı) və s. ekoloji problemlərə həsr olunmuş nəzarət işinin təşkili, hərbi məqsədlər üçün ətraf mühitdən istifadə və ekspansiya və s. üzərində monitorinqin təşkili;

8.Dünya okeanının mənimsənilməsi;

9.Dinc məqsədlərlə kosmosun mənimsənilməsi və onlardan istifadə edilməsi [11].

Artıq qeyd etdiyimiz kimi müasir qlobal ekoloji problemlərin meydana gəlməsi cəmiyyətlə təbiət arasında ziddiyyətlərin kəskinləşməsi ilə əlaqədardır. Burada ziddiyyətlərin kəskinləşməsinin əsas “səbəbkarı” ilk növbədə elmi-texniki inqilab, sonra isə ETİ nailiyyətlərindən istifadə olunmasının düzgün olmayan üsuludur.

Ümumiyyətlə, müasir şəraitdə elmi-texniki inqilabla ətraf mühit arasında ziddiyyətli təsir mövcuddur. Bir tərəfdən elmi-texniki inqilabın yaratdığı nəhəng texniki qüvvə və enerjinin köməyi ilə insanın ətraf mühitə “təzyiqi” daha da güclənir, digər tərəfdən isə elmi-texniki inqilabın mühüm nailiyyətləri təbiətin və cəmiyyətin “xidmətində duraraq” adamların art­maqda olan tələbatının tam ödənilməsində mühüm rol oynayır.

Məlumdur ki, XX əsrdə elmi-texniki inqilab nəticəsində insanların təbiətə təsirinin sürəti və miqyası fövqəladə dərəcədə artmışdır. Bu şəraitdə təbiətdə mənfi yırtıcı münasibət qlobal fəlakətin yaranmasına səbəb oldu. Nəticədə isə bəşəriyyət olduqca çətin vəziyyətə düşdü. Artıq elə bir vaxt gəlib çatmışdır ki, cəmiyyət öz varlığını, ehtiyatlarını idarə etməlidir, çünki tarix boyu insan lokal məhdudiyyətlərlə deyil, son hədd qarşısında aciz qalmişdir. Bütün bu sadalanan neqativ qüvvələrin və təzadların məcmusu nəinki xarici ölkələrdən, eləcə də Azərbaycandan kənar getməmişdir.

Azərbaycanda Kür çayı boyu Şəmkir rayonu ərazisindən Neftçala- Salyana qədər (təxminən 300km) sahə zəngin Tuqay meşələri ilə örtülü idi. Əhalinin kor-təbii istifadəsi və qayğı göstərməməsi bu meşə-kol sahələrini tamamilə məhv etdi. Nəticədə bu sahələrdə səhralaşma, şorlaşma-şoranlaşma baş verdi və quru kserofit bitki və kolluqlar əmələ gəldi. Bu tip misalları respublikanın Aran iqtisadi rayonu, Şabran-Siyəzən və Nabran, Bakı-Sumqayıt-Ələt və nisbətən Bakı-Neftçala-Salyan-Qumbaşı ərazilərində də göstərmək olar. Bu yaxınlarda prezident İlham Əliyev cənablarının məsləhəti və qayğısı nəticəsində Bakı-Qazıməmməd məntəqələri arası magistral Bakı-Tbilisi şosse və dəmir yolu xətləri boyunca on minlərlə ağac və kol bitkisi əkildi. Artıq bu ərazilərdə yay aylarında havanın sərinləşməsi duyulur. Çox yaxın gələcəkdə bu ərazilərdə yerli tələbata uyğun turist düşərgələri və pansionatlarının açılması qaçılmazdır.

Nəticə olaraq təbiətə daha düzgün münasibəti aşağıdakı kimi müəyyənləşdirmək olar:

a)Cəmiyyət və təbiətin qarşılıqlı münasibəti müəyyən iqtisadi-ictimai formasiya çərçivəsində baş verdiyində həmişə konkret tarixi xarakterə malik olması.

b)“Cəmiyyət-təbiət” sisteminin vəhdəti onların təkamülünün, koekolyusiyasının birləşməsinin təşkili.

c)Cəmiyyətlə təbiət arasındakı ziddiyyət həmişə olmuş və ziddiyyətlərin kəskinləşməsi insanın mənfi fəaliyyəti ilə, ziddiyyətlərin zəiflədilməsi insanların ağıllı, səmərəli fəaliyyəti ilə əlaqədardır.

d)Cəmiyyətin qanunauyğunluqlarının bəzən təbiətlə uyğun gəlməməsi.

e)İnsan tərəfindən “ikinci təbiəfi’in (mədəniyyət) yaradılması, onun real təbiətdən uzaqlaşdırmaması və s.

Ümumiyyətlə, cəmiyyətin təbiətə təsiri bir sıra istiqamətdə gedir:

1.Çirklənmə;

2.Tükənmə;

3.Təbii tsikllərin pozulması və s.

Təbiətin mühafizəsi də həmin istiqamətlərdə getməlidir. Bu günlər təbiət və təbii ehtiyatlar anlayışı olduqca geniş şəkildə işlədilən anlayış olması ilə yanaşı, həm də insanın bu və ya digər tələbatını ödəyən təbii məhsulları ifadə edir. Bir sözlə, ehtiyatlar həmişə insan fəaliyyətinin və ictimai istehsalın əsasını təşkil edir. Təbiətdə praktiki olaraq bütün ehtiyatlar təzələnir, bərpa olunur. Lakin bəzi ehtiyatların bərpa olunması imkanı demək olar ki, yoxdur. Hazırda Respublikanın rekreasiya və turizm
ehtiyatlarının düzgün, itkisiz mənimsənilməsi və qlobal problemlərin təsir dairəsinin aşağı endirilməsi təmin olunmalıdır.                                                   

Ədəbiyyat siyahısı:

  1. Azərbaycan SSR-in Xəzərsahili sosial-iqtisadi kompleksində məskunlaşma-rekreasiya məsələsi əsas bir sahə kimi. Qazaxıstan SSR- in I Coğrafiya Cəmiyyətinin materialları. Alma-Ata, 1985.
  2. Şükürov A. “Sosial ekologiya”, Bakı 1999.
  3. Məmmədov R., Bəhərçi T., Mehdiyeva V. “Qlobal problemlər və təbii mühit”, Bakı 2007.
  4. Məmmədov R., Bəhərçi T. “Azərbaycanın təbii sərvətlərindən istifadə”. OYU-nun elmi və pedaqoji xəbərləri, Ne 12, Bakı 2004.
  5. Bəhərçi T. “Müasir ekoloji şəraitin sosial-iqtisadi aspektləri”. OYU, Bakı 2001.
  6. Bəhərçi T. “Müasir şəraitdə insanla təbiətin qarşılıqlı münasibəti”. Dərs vəsaiti, OYU, Bakı 2000.
  7. Dərgahov V. “Azərbaycanın Xəzərsahili rekreasiya - turizm ehtiyat­ları”. Bakı, Sabah 2003.
  8. Салманов А., Сейфуллаев Б. «К вопросу оценки территории для курортно-рекреационных целей (на примере Апшерона)». Изд. АН Азерб. ССР серия наук о земле №5, Баку, 1978.
  9. Салманов А. «Курортные ресурсы приморской части Губа-Хачмазской зоны и пути ее развития» В сборнике трудов учен. АН Азер. ССР. Баку. 1972.
  10. Sadıqov M. “Azərbaycan SSR-in Böyük Qafqazın yarımrütubətli sub- regionunda kənd məskunlaşmasının formalaşması və inkişafının ardıcıllığı” Azərbaycan EA xəbərləri. Yer haqqında seriyası. Bakı 1987.
  11. Самойлов Л. «Глобальные проблемы общественного прогресса». Москва 1985.

 

Turizm qonaqpərvərlik tədqiqatları.

Beynəlxalq jurnal /İnternational journal. Şl 4, Ifn4, 2015 /

Volume 4, Number4, 2015. Səh.66-75