Novruzov Cəlal Əhdülrəhman oğlu

t.ü.f.d. Arxeologiya və Etnoqrafiya İnstitutu

Sadıqov Məmməd Oruc oğlu

dos. Azərbaycan Turizm və Menecment Universiteti

E-mail: [email protected]

Məmmədova Həlilə Nəcəf qulu qızı

Müəl. Azərbaycan Turizm və Menecment Universiteti E-mail: [email protected]

Salıfov Tural Mahmud oğlu

Müəl. Azərbaycan Turizm və Menecment Universiteti

E-mail: [email protected]

Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına

təsir edən təbiət abidələri və mineral-termal sularının rolu

Açar sözlər: rekreasiya, turizm, müalicə suları, termal və mineral sular, dağ landşaftı, düzən landşaftı, palçıq vulkanı, təbii şərait və coğrafi mövqe.

Ключевые слова: рекреация, туризм, лечебные воды, термальные и мине­ральные воды, горные ландшафты, полевые ландшафты, грязевой вулкан, при­родные условия и географическое положение

Keywords: recreation, tourism, water treatment, thermal and mineral water, mountain landscape, plain landscape, mud volcano, natural condition and geographical position.

 

 

Məqalədə Naxçıvan Muxtar Respublikasında Turizmin inkişafına təsir edən mineral, mineral-termal suları və təbii təbiət abidələrinin rolundan söhbət açılır. Ərazinin təbii-coğrafi və iqtisadi effektivliyi, turistlərin cəlb edilmə istiqamətləri göstərilir.

Naxçıvan Muxtar Respublikası təbiətinin rəngarəngliyi, təkrar olunmaz- lığı ilə fərqlənən misilsiz dünya gözəlliyinə məlum təbii ehtiyatların istər canlı və istərsə də cansız törəmələrinin cəmləndiyi ərazidir. Onların ən dəyərli və cazibədar qatını təşkil edən təbiət abidələrinin demək olar ki, əksər mənşə və növ müxtəliflikləri burada geniş təmsil olunur. Naxçıvan MR bu baxımdan Azərbaycan Respublikasının daha çox əsrarəngiz və maraq doğuran bölgəsidir. Belə ki, bu qədim diyar özünün mürəkkəb tipli iqlimi, torpaq və bitki örtüyü, heyvanlar aləmi, landşaft qatı, xüsusi qorunan təbiət əraziləri, mineral və termol sulan (faydalı qazıntılar) və s. kimi təbii ehtiyatların, müxtəlif mənşəli təbiət abidələrinin müxtəlifliyi, zənginliyi və özünəməxsus xüsusiyyətləri ilə məşhur­dur. Həmin abidələr mühüm elmi və əməli əhəmiyyət kəsb etməklə yanaşı bütün dövrlərdə insanların diqqətini cəlb edən və onların böyük marağına səbəb olan daha əlamətdar və məftunedici xüsusiyyətlərə malik nadir təbiət inciləridir.

Qeyd etmək lazımdır ki, ümumi qəbul olunmuş və eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edilmiş müddəaya əsasən “təbiət hadisəsi ifadəsi hüquqi statusa malik olan anlayış kimi qəbul olunur və ona bir qayda olaraq dövlət tərəfindən qorunan müəyyən elmi, tarixi və ya mədəni- maarif və estetik əhəmiyyətə malik təbiət obyektləri aid edilir (AR Nazirlər Kabinetinin Rifi 69, 12.07.2006-cı il tarixli qərarı). Bu əsasnaməyə uyğun olaraq ölkəmizdə dövlət tərəfindən biotik (canlı) təbiət abidələri kompleksində qorunan 400-ə qədər bitki növünün 202-si, 223 heyvan növünün 113-ü, 43 xüsusi qorunan təbiət ərazilərinin 4-ü, 60-dan çox abiotik (cansız) təbiət abidələrinin 4- ü Naxçıvan MR-in payına düşür [Azərb. Respub. Qırmızı Kitabı, 2013].

Təbiət abidələri bu baxımdan bu əfsanəvi və möcüzələrlə dolu qədim diyarda daha çoxdur. Ümumiyyətlə, bu ad altında dövlət tərəfindən mühafizə məqsədilə hələ qeydiyyata alınmamış öz əsrarəngiz və bənzərsiz, ecazkar və məftunedici, füsunkar görünüşü ilə nəzəri cəlb edən, insanlarda maraq və aludəlik, heyrət və şaşqınlıq, həyəcan və coşqunluq, təəccüb və heyranlıq, iftixar və nəciblik hissi doğuran, eləcə də müəyyən elmi və praktiki əhəmiyyətə malik diqqətəlayiq və unikal təbii törəmələr başa düşülür.

Tarixi abidə və inci adlandırdığımız təbiətin bu relikt, endemik və nadir törəmələri Yerin dərinliklərində və onun səthində baş vermiş, indi də davam etməkdə olan endogen (daxili) və ekzogen(xarici) proses və hadisələrin yara­dıcı (konstruktiv) və dağıdıcı (destruktiv) fəaliyyətinin maddiləşmiş şahidləri, onların yaddaş mənbəyi və informasiya daşıyıcısı rolunu oynayan xəzinə inciləridir.

Bu baxımdan Naxçıvan diyarı sakinlərinin məişət, təsərrüfat fəaliyyətinin və yaradıcılıq dühasının məhsulu olan buradakı zəngin və unikal arxeoloji, incəsənət və başqa tarixi-maddi-mədəniyyət abidələrinin ölkənin ulu tarixinin araşdırılmasında mövqeyi necədirsə, təbiət abidələrinin də onun maddi varlı­ğının inkişafı və təkamülü qanunauyğunluqları və şəraitinin öyrənilməsi, bər­pasında mövqeyi elədir. Bununla yanaşı təbiət abidələri, ümumi turizm səna­yesinin iqtisadi və ekoloji baxımdan daha gəlirli, səmərəli və perspektivli hesab olunan təbiət turizmi sahələrinin (xüsusilə geoloji və ekoturizmin) genişlənmə­sində və beləliklə də bölgənin dayanıqlı inkişafının təmin olunmasında mühüm əhəmiyyətə malik, estetik baxımdan turizm obyektləri keyfiyyəti kəsb edən nadir təbii törəmələridir.

Naxçıvan MR ərazisində təbiət abidələrinin müxtəlifliyi və zənginliyi onun səciyyəvi coğrafi mövqeyi, Yer qabığı təkinin və səthinin inkişafının özünəməxsusluğu endo və ekzodinamiki amillərin təzahürünün fərdi xüsusiy­yətləri, geoloji-geomorfoloji quruluşunun rəngarəngliyi və mürəkkəbliyi ilə əlaqədardır. Belə ki, respublikanın ərazisi Kiçik Qafqaz qırışıqlı-qaymalı orogenik sistemi meqastrukturunun Araz tektonik meqazonası daxilində Afrika- Ərəbistan və Avrasiya litosfer plitələrinin kolliziya (toqquşma) zonasında, müvafiq olaraq İran və Cənubi Qafqaz mikroplitələri arasında mövcud oluş riftogen çökəklər və adalar qövsü kimi geodinamiki struktur-morfoloji törəmələr üzrə [Геология Азербайджана, т. IV, 2005] uzun və mürəkkəb geoloji- geomorfoloji inkişaf tarixi yolu keçmişdir. Bununla əlaqədar olaraq bölgə əra­zisində Paleozoy erasının ortalarından (Devon əsri), Holosen də daxil olmaqla, Kaynozoy erasının sonlarınadək çox geniş geoloji zamanı əhatə edən maqmatik, dəniz, kontinental süxur və çöküntülərin geniş spektrinin yayılması ilə yanaşı, Daxili Kiçik Qafqaz geomorfoloji vilayətinin Arazyanı silsilələr və Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayətlərinin müvafiq olaraq, Dərələyəz, Zəngəzur, Şərur. Nehrəm, Ordubad geomorfoloji rayonları [Əlizadə EK., Tanrıverdiyev X.K. və b., 2014] hüdudlarında Alp-Himalay epigeosinklinal orogenik qurşağına xas olan demək olar ki, əksər relyef formaları - morfo­struktur, morfoskulpturlar inkişaf etmiş və faydalı qazıntılar əmələ gəlmişdir.

Azərbaycanın, o cümlədən də onun Naxçıvan diyarının təbiət abidələrinə bir sıra tədqiqat işləri həsr edilmişdir [Naxçıvan abidələri ensiklop., 2008]. Onların bəzilərində öz əzəməti, qeyri-adiliyi, əsrarəngizliyi, zahiri görünüşünün füsunkarlığı və estetik cazibədarlığı və eləcə də nadirliyi və morfoloji təzadlığı, özünəməxsus əlamətləri və başqa keyfiyyətləri ilə nəzəri diqqəti cəlb edən bəzi fərdləri YUNESKO-nun təbiət abidələri irsi siyahısına daxil edilməsi tələblərinə cavab verən abidələr hesab edilir. Diyarın təbiət abidələri mənşə baxımından biotik və abiotik olmaqla təbii və təbii-antropogen abidələrə ayrılır.

Təbii abiotik abidələrin morfostruktur və morfoskulptur kimi relyef formaları geomorfoloji; tektonik, stratiqrafik, hidroloji, mineragenik kimi törə­mələri geoloji; təbii-antropogen abidələrin dağ-qazma, dağ-mədən obyektləri dağ-texniki; pir, qala və s. obyektləri, müvafiq olaraq, ibadət və müdafiə-, sana­toriya-müalicə obyektləri, turizm-rekreasiya abidələrinə aid edilir. Təbii biotik abidələrin nadir endemik və relikt bitki növləri botaniki, heyvan növləri isə zooloji-, xüsusi qorunan təbiət əraziləri və landşaftlar xronoloji (yun. choros- yer, məkan) abidələrə; təbii-antropogen abidələrin bağ-park, plantasiya obyekt­ləri, müvafiq olaraq, rekreasiya və aqrokultur abidələrinə aid edilir. Bununla yanaşı həmin sadə, mürəkkəb, endogen, ekzogen, fərdi, kompleks əlamətləri ilə təmsil olunmuş abidələr taksonomik baxımdan tip, sinif, qrup (cins) və növlərə, statusu və ya Ümumdünya təbii irsi sistemində əhəmiyyət səviyyəsinə və tutduğu mövqeyinə görə qlobal (beynəlxalq), regional, milli, bölgə və lokal dərəcəli növlərə ayrılır.

Naxçıvan MR ərazisində aşkar edilmiş və biotik abidələr tipinin botanika və ya flora sinfinə aid olan, ‘‘Qırmızı kitab”a daxil edilmiş 200-dən çox nadir, endemik və relikt bitki növlərinin ölkə daxilində 52 növü yalnız ona məx­susdur.

Naxçıvan MR ərazisində geniş yayılmış, Azərbaycanın və eləcədə Naxçıvanın “Qırmızı kitab”larına salınmış dövlət tərəfindən mühafizə olunan nadir bitki növlərindən Kox şamı, zanbaqlar (Qaradağ, Yuliya, Eixler, Şmit), süsənlər (torlu Dmitri, paradoksal), Atropatan hisintellası, öldürgənlər (şam- danvari, Yevgeni), qırxbuğum cuzğun, adi əncir, Qrossheym südləyəni, Cənubi Qafqaz canavargiləsi, Karyagin və Nizami itburnusu, Naxçıvan və Prilipko paxladəni, ilankölgələr (İran, Soviç, yumurtavari), oraqmeyvə qalxanək, az şüalı zərəvşania, sarımsaqyarpaq pişikotu, Komarov və Koçi birəotu, Qross­heym təksaqqalı növləri milli və yalnız Naxçıvan “Qırmızı Kitabı”na salınmış digər növlər isə bölgə və lokal statuslu hesab edilir. Bununla yanaşı, burada diqqəti cəlb edən çoxlu sayda çoxəsrlik çinar, nalbənd (qarağac) və s. kimi əzəmətli ağac növləri mövcuddur.

Azərbaycan Respublikası ərazisində biotik abidələr tipinin zooloji və ya fauna sinifinə məxsus olan və ölkənin qırmızı kitablarına daxil edilmiş 223 heyvan növünün 113-ü Naxçıvan MR ərazisində qeydə alınmışdır [Azərb. Respub. Qırmızı Kitabı, 2013].

Digər tərəfdən Naxçıvan MR ərazisində kompleks və ya xronoloji təbiət abidələrinə aid edilən və ölkə ərazisindəki 894000 ha sahəsinin təqribən 4500 ha-sı onun payına düşən xüsusi qorunan təbiət əraziləri vardır. Burada akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Arpaçay, Arazboyu və Ordubad Dövlət Təbiət Yasaqlıqları ilə təmsil olunmuşdur. Bunların yaradıl­masında əsas məqsəd burada mövcud olan müxtəlif növ nadir, endemik, relikt heyvan və bitki nümunələrinin və eləcə də abiotik təbiət abidələrinin qorunması, bərpası və təbii ehtiyatlarından səmərəli istifadəsi, ekoloji monito­rinqin aparılması ilə yanaşı, ekoloji tarazlığın qorunması və eləcədə əhalinin coğrafi sahəsində maarifləndirilməsi, turizm üçün əlverişli şəraitin yaradılması və s. məsələlərlə əlaqədar tədbirlərin yerinə yetirilməsinin təmin edilməsidir.

Naxçıvan MR ərazisi onun geoloji quruluşunda iştirak edən süxur və çöküntülərin litoloji-petroqrafik tərkibi və struktur xüsusiyyətlərinin mürəkkəb­liyi, tektonik, maqmatik və mineragenik proseslərin bütün formalarda təzahürü və müxtəlifliyi ilə əlaqədar olaraq abiotik təbii ehtiyatların ən vacib tərkib hissəsini təmsil edən faydalı qazıntılarla zəngindir [Геология Азербайджана, т. VI, 2005].

Naxçıvan MR ərazisi təbii ehtiyatların mineral su sərvətləri ilə daha zəngindir. 250-dən çox mənbə ilə təmsil olunmuş həmin suların tərkibinin müxtəlifliyi və hər vahid sahəyə düşən sayı baxımından dünyanın ən zəngin bölgələrindən biri hesab olunur. Azərbaycanın mineral su ehtiyatının 60%-i Muxtar Respublikanın payına düşür. Burada aşkar edilmiş 6 tip, 16 sinif və 3^ növ mineral suların 98%-i karbon qazlı-hidrokarbonat tipli olmaqla əksəriyyə­tinin temperaturu 8-22°C arasında tərəddüd edir. Həmin sulardan aşağıdakılar daha böyük maraq doğurur.

Badamlı mineral suvu Şahbuz rayonu ərazisində eyni adlı kənddən 3 km cənub-şərqdə, dəniz səviyyəsindən 1274 m hündürlükdədir. Suyunun minerallaşma dərəcəsi 0,9-6,1 q/1, temperaturu 17-22°C-dir. Bulaq karbon qazlı, hidrokarbonatlı-xlorlu-natriumlu-kalsiumlu tipli “Narzan” qrupuna aiddir, müalicə əhəmiyyətlidir.

Sirab mineral suyu Babək rayonu ərazisində eyni adlı kənddən 3 km şimalda, dəniz səviyyəsindən 1100 m yüksəklikdədir. Kimyəvi tərkibinə görə az minerallaşmış karbon qazlı, hidrokarbonatlı-kalsiumlu-natriumlu “Narzan orta dərəcədə minerallaşmış hidrokarbonatlı-natriumlu “Borjomi”; yüksək dərə­cədə minerallaşmış karbon qazlı mərgümüşlü hirdokarbonatlı-xlorlu-natriumlu “Darıdağ” tiplidir. Müalicə əhəmiyyəti vardır.

Vayxır mineral suyu Babək rayonu ərazisində eyni adlı kəndin şima­lında, dəniz səviyyəsindən 1100 m yüksəklikdədir. Yatağın mərkəzi hissəsində­ki quyularda iki - orta dərəcədə minerallaşmış karbon qazlı hirdokarbonatlı- xlorlu-natriumlu-kalsiumlu “Yessentuki” tipli; az minerallaşmış karbon qazlı hidrokarbonatlı-kalsiumlu-natriumlu “Sirab” tipli mineral su aşkar edilmişdir. Sular müalicə əhəmiyyətlidir.

Darıdağ mineral mənbəyi Culfa rayonu ərazisində, rayon mərkəzindən 8 km şimal-şərqdə dəniz səvıyyəsmdən 800-900 m yüksəklikdə, Darıdağ platosunun ətəyində yerləşir. Darıdağ Sular yüksək minerallaşmış karbon qazlı, mərgümuşlu hırdokarbonatlı-xlorlu-natriumludur, temperaturu 53-57°C-dir.

Yataq əsasında karbon qazı istehsal zavodu və müalicəxana fəaliyyət göstərir.  Yuxarıda qeyd olunan mineral sularla yanaşı, Muxtar Respublikanın Sədərək rayonu  ərazisindəki Bahasu (Bahadursu), Dəhnə, Babək rayonu ərazisindəki  Cəhri, Əshabi-Kəhf, Sədərək rayonu ərazisindəki Dəhnə, Culfa rayonu ərazisindəki Dərəlik, Nəhəcir, Ağsal,  Gülüstan,  Şahbuz rayonu ərazisindəki Batabat, Gömür, Ordubad rayonu ərazisindəki Dəstə, Kəngərli rayonu ərazisindəki Şahtaxtı mineral sulan yüksək keyfiyyəti ilə səciyyələnən sənaye əhəmiyyətli sulardır.

Naxçıvan Muxtar Respublikası ərazisində xeyli müxtəlifliyi və zənginliyi ilə səciyyələnən abiotık təbiət abidələri kompleksində endogen və ekzogen relyef əmələgətiricı proseslərin fərdi və qarşılıqlı fəaliyyəti nəticəsində əmələ gəlmiş və  geomorfoloji təbiət abidələri sinfinə aid edilən tektonik, maqmatik, tektonik-maqmatik, lıto- və petroskulptur, karst və psevdokarst, nival-qlyasial, ariddenudasion mənşəli çoxlu sayda morfostruktur və morfoskulpturlarla təmsil olunmuş təbiət abidələri məlumdur. Onların estetik, elmi-dərketmə və təbiət turizmi əhəmiyyəti baxımından ən əlamətdar və ecazkar növlərini təcəssüm etdirən maqmatik mənşəli abidələr - ekstruzıv günbəzlər, intruziv günbəzvari yüksəklik və massivlər vulkan kraten, konusu və prizmatik sütunları Muxtar Respublika razısında daha geniş yayılmış və burada mövcud olan təbiət abidələrinin xüsusi maraq doğuran ən heyrətamiz və cəlbedici nümunələrini təcəssüm etdirirlər.

Naxçıvan MR ərazisində yer qabığının inkişafının xüsusi mərhələsini təş­kil edən maqmatızmın fəaliyyəti və onunla əlaqədar müvafiq morfostrukturların  və faydalı qazıntıların əmələ gəlməsi və paylanması qanunauyğunluq­larının aşkar edilməsi və öyrənilməsində informasiya daşıyıcıları mənbələri kımı mühüm əhəmiyyət kəsb edən maqmatik abidələr müxtəlif forma və ölçülərə malik olmaqla bir-birindən xeyli fərqlənir. Belə ki, burada Eosen matmatizminin qabbro-qranit-monsonit formasiyası süxurlarından təşkil olunmuş və Qafqaz regionunda ən nəhəng plutonik kütləni təmsil Mehri-Ordubad batoliti intiuziv silsilə, Olıqosen-Erken Miosen əsri maqmatizminin monsonit, sienodiorıt, qranosionit süxurlarından təşkil olunmuş və eyni adlı kalderin mərkəzin­də yerləşən Ləkətağ və qranodiorit tərkibli Şəkərsu Alangöz intruziv kütlələri günbəzvari massivlər, Eosen maqmatizminin diorit-porfirit tərkibli süxurlarından təşkil olunmuş intruziv  kütlələri isə Qapıcıq (3904 m), Qazangöldağ (3829 m), Uçurdag (2572 m) və s. kımi konus və ya Piramida şəkilli təbiət abidələri əmələ gətirir. Bu nəhəng və iri morfostruktur - abidələrlə yanaşı, Muxtar Respublika ərazisində Kaynozoy erasının Neogen dövrünün Miosen əsri maqmatizminin, əsasən, dasit-andezidasit kvarslı-diorit-porfır və qranodio­rit porfır süxurlarından təşkil olunmuş kiçik intruziv kütlələri (lakkolit bismalıt, sfenolıt, xanolıt, ştok, sill) maqmatik abidələrin günbəz növlərini əmələ gətirirlər.

Çoxlu sayda bu növ abidələrdən Şərur rayonu ərazisində Qızılqaya (1693m), Gəlinqaya (2769 m), Sarıdağ (1084 m); Kəngərli rayonu ərazisində Binədüz (883 m); Babək rayonu ərazisində Qaracalal (1478 m), Sürəməlik (1477 m), Buzqov (2470 m), Əshabi-Kəhf (1665 m), Ortakənd (1144 m), Qutandağ (1271 m), Məzrə (1072 m), Qızılqaya (1313 m), Misdağ (1270 m), Qızılboğaz (1180 m), Sarıdağ (1725 m); Şahbuz rayonu ərazisində Aracı (3067 m), Cindağ (2673 m), Quşqayası (1757 m), Qoturdağ (2046 m), Qaradağ (1756 m), Dibəkli (2678 m), Küküdağ (3120 m), Sarıdağ (1987 m), Zimel (2575 m); Culfa rayonu ərazisində Nəhəcir (1087 m), Əlincə (1812 m), Göydağ (2720 m), Ərəzin (1073 m), Qazancı (1646 m), Xanağa (1916 m), Xoşkeşin (1586 m), Göytəpə (1587 m), Bərdik (2048 m),İlandağ (2415 m), Sarıdağ (1181 m); Ordubad rayonu ərazisində Qaladağ və ya Biləv (1349 m), Əyridağ (2458 m), Elti (1593 m), Diridağ (2528 m), Uçurdağ (2572 m), Quşdaş (1845 m), Sarı- qaya (1723 m) və başqaları Muxtar Respublika ərazisinin maqmatik abidələri üçün səciyyəvidir.

Dünyada məlum günbəzvari maqmatik mənşəli təbiət abidələrinin ən möhtəşəm və əzəmətli nümunəsini təmsil edən, Ş.Ə.Əzizbəyova görə ekstruziv [Азизбеков Ш.А., 1961], M.İ.Rüstəmova görə isə [Геология Азербайджана, т. III, 2001] (lakkolit) intruziv kütləsinin əmələ gətirdiyi İlandağ (İnandağ, Haçadağ, Nəbi qalası) adlı fenomen Naxçıvan diyarının və eləcə də ölkəmizin şanlı tarixində həm də alınmaz qala rolunu oynamış arxeoloji abidə kimi də xüsusi maraq doğurur. Culfa rayonu ərazisində Əlincə və Qaradərə çaylarının suayrıcında (rayon mərkəzindən 20 km şimal-şərqdə) çayın sol sahilində yerlə­şən göylərə ucalan, Miosen əsrində Naxçıvan törəmə muldasını Ordubad sinklinoriumundan ayıran dərinlik tektonik qırılması boyu fəaliyyət göstərmiş kvarslı diorit-porfır və qranodiorit-porfır formasiyası maqmatizminin intruziv süxurlarından təşkil olunmuş bu əfsanəvi təbiət möcüzəsi nəhəngliyi ilə də hey­rət doğurur. Belə ki, 2144 m mütləq yüksəklikli, planda girdə formalı və yalnız sıldırım yamadı qayalıq hissəsinin uzun diametri təqribən 1500 m, qısa diametri 1000m, nisbi yüksəkliyi 800 m, relyefdə əmələ gətirdiyi ümumi yüksək­liyin isə uzun diametri 3000 m, qısa diametri 2000 m, ətraf düzənliyin səthin­dən nisbi yüksəkliyi 1500 m-ə çatan abidə bölgənin hər tərəfindən görünərək diqqəti cəlb edir.

İlandağ günbəzi təbiət abidəsi maqmatizmin plutonik (intruziv) fəaliyyə­tinin lakkolit formasında təzahür edən endogen proseslərin informasiya daşı­yıcısı mənbəyi kimi elmi, zahiri görünüşünə, morfoloji kəskinliyinə, möhtə­şəmliyi və ecazkar xüsusiyyətlərinə, eləcə də yüksək estetik cazibədarlığına görə isə unikal turizm obyekti kimi mühüm əhəmiyyət kəsb edir. Günbəzi əmə­lə gətirən lakkoliti təşkil edən maqmatik süxurların petroloji-litoloji tərkibinin müxtəlifliyi ilə əlaqədar olaraq onun zirvəsi fıziki-kimyəvi aşınma prosesləri və selektiv denudasiya nəticəsində fərqli olaraq parçalanmağa məruz qalmış, haça şəklini almış və xalq arasında Haçadağ adının yaranmasına səbəb olmuşdur. Burada bizim eradan əvvəl 820-810-cu illərdə Urartu çarlarına aid idioqrafik mixi yazılarının, çoxlu sayda və siklopik tikilinin qalıqlarının, arxeo­loji artefaktların aşkar edilməsi Naxçıvan diyarının və bütövlükdə ölkəmizin yenilməzlik və mərdlik simvoluna çevrilmiş, sirlərlə dolu bu ecazkar və unikal təbiət abidəsinin vaxtilə alınmaz qala olmasına dəlalət edir.

Qeyd olunan istər təbii, istərsə də bəşəri məziyyətləri baxımından YUNESKO-nun dövlət tərəfindən mühafizəsi zəruri olan və ümumdünya tarixi-mədəni diqqətəlayiq yerlər və təbiət abidələri irsi siyahısına daxil edilmək üçün qoyulan tələblərə tam cavab verir. Bütün bunları nəzərə alaraq, İlandağ günləri təbiət abidəsinin həmin siyahıya salınması və onun beynəlxalq statuslu abidələrə aid edilməsi zəruri və qanunauyğun hesab edilir.

Qeyd etmək lazımdır ki, Naxçıvan MR ərazisində geniş yayılmış yuxarı­da adları çəkilən maqmatik mənşəli, günbəz formalı təbiət abidələrinin əksəriy­yəti, xüsusilə də onların “qala” tərkibli söz birləşmələri ilə ifadə olunanları (məsələn, Culfa rayonu ərazisindəki və həmin abidələrin ən möhtəşəm və fəth olunmaz nümunəsini təmsil edən Göynük, Bərdik, Nəhəcirqala, Qazançıqala, Əlincə qala; Ordubad rayonu ərazisindəki Qaladağ və ya Babəkqala, Düylünqala, Əfqanqala, Qamırqala, Qaladaş, Qaravulgədik, Qaravulxana; Şərur rayonu ərazisindəki Qalacıq, Qızqala, Böyük və Kiçikqala və ya Danyeri, Danaq alası, Yaycıqala, Topaqla, Govurqala, Qarasu, Qızqalası, Şahbulaq, Qaravulxana, Qaravultəpə; Babək rayonu ərazisindəki Qalaiçi, Qaraqala, Donuzqala (Çalxanqala), Vayxırqala, Quyuludağ, Sumqalası, Qaravultəpə; Şahbuz rayonu ərazisindəki Köhnəqala, Ağdaban, Şapurqala, Qaravulxana; Sədərək rayonu ərazisindəki Koroğlu, Sədərək; Kəngərli rayonu ərazisin­dəki Qarabağlar, Bəzəkli, Qırmızıdaş, Govurqala və s.), müdafiə qalası və istehkamların, gözətçi və nəzarət-qaravulxana məntəqələrinin əsasım təşkil etməklə mühüm hərbi-strateji əhəmiyyətli rola malikdir.

Muxtar Respublika ərazisindəki səciyyəvi maqmatik mənşəli abidələrdən Səmavi Kitab “Qurani-Kərim”də adı çəkilən və əlamətdar olan Əshabi-Kəhf günbəzi həmçinin, ziyarətgah kimi maraq doğurur. Babək rayonu ərazisində, Qahab kəndindən 6 km cənub-şərqdə İlandağ və Nəhəcir abidələri arasında yerləşən və planda girdə formalı abidənin mütləq yüksəkliyi 1665 m, onu təşkil edən intruziv kütlənin əmələ gətirdiyi ümumi yüksəkliyin uzun diametri təqri­bən 2500 m, qısa diametri 1500 m, ətraf düzənliyin səthindən nisbi yüksəkliyi 600 m, intruziv günbəzin özünün uzun diametri təqribən 1300 m, qısa diametri 800 m, nisbi yüksəkliyi isə 300 m-ə qədərdir.

Günbəz bütövlükdə estetik baxımdan xeyli cazibədar petroskulptur qaya­lardan və psevdokarst və ya klastokarst mağaralarından ibarətdir. Onların yaranmasının əsas səbəbi günbəzi əmələ gətirən maqmatik kütlənin yer qabı­ğına daxil olduğu zaman onun kontaminasiyaya (lat. contaminatio-qarışma, çirklənmə) uğraması və ya ətraf süxur ksenolitlərini (yun. ksenos-yad,litos-daş) assimiliyasiya etməsi ilə izah edilir. Belə ki, həmin ekzotik qayalar və qədim insanların təqiblərdən sığınacaq tapdıqları əfsanəvi mağaralar ekzogen proses­lərin intruziv kütlənin özünü və xüsusilə də onun daxilindəki denudasiyaya müxtəlif dərəcədə davamlı yad süxur qalıqlarını mexaniki və qismən də kimyəvi aşındırması nəticəsində əmələ gəlmişdir. Endogen və ekzogen relyef əmələgətirici proseslərin şahidi, onların yaddaş mənbəyi və estetik-ekzotik baxımdan diqqətəlayiq abidə kimi mühüm elmi və praktiki əhəmiyyətlə yanaşı, o islam dünyasının ən müqəddəs məkanlarından biri kimi də böyük dəyərə malikdir.

Əshabi-Kəhf abidəsinin qeyd olunan keyfiyyətləri onun qlobal səviyyəli təbii-tarixi abidələr tipinə aid edilməsinə tam əsas verir.

Naxçıvan MR ərazisində yuxanda sözü gedən maqmatik mənşəli morfo-strukturlarla təmsil olunmuş təbiət abidələri ilə yanaşı, müxtəlif, xüsusilə də vulkanik, vulkanık-çökmə süxurların, qismən də kontinental çöküntülərin aşınması və selektiv denudasiyaya uğraması nəticəsində əmələ gəlmiş petro və lıtoskulptur mənşəli morfoskulpturlarla təmsil olunmuş təbiət abidələri də geniş yayılmışdır. Bunların sırasında Ordubad rayonu ərazisindəki Zəvvarlar, Carçı daşı, Gəlınqaya, Oğlan-qız, Abdal, Arsu, Gilançay, Biləv, Culfa rayonu ərazisindəkı Uçqardaş (Deşıkdaş), Qarğabazar; Babək rayonu ərazisindəki Toppuzdaş, Stinks; Şahbuz rayonu ərazisindəki Papaqdaş, Kükü qayalar qrupu Kən­gərli rayonu ərazisindəki Günorta daşı; Sədərək rayonu ərazisindəki Koroğlu estetik baxımdan daha cəlbedici ekzotik qayalar xüsusi maraq doğurur.

Həmin ekzotik təbiət abidələrinin ən əlamətdar nümunəsini təcəssüm etdirən Şahbuz rayonu ərazisində Nursu kəndi yaxınlığındakı Papaqdaş adlı möcüzədir. Papaqlı göbələyə oxşadığından bu adı almış ekzotik qayanın su ununun hündürlüyü 2 m, diametri 0,4 m, “papaq” hissəsinin diametri 1,5 m. qalınlığı 0,5 m-dır. Abidə Paleogen dövrünün Orta Eosen əsri vulkanizminin eksplozıv püskürmə fəaliyyətinin məhsulu olan piroklastik lava örtüyünün əvvəlcə erozıon-denudasion, sonralar isə eol (deflyasion) - denudasion aşın­ması nəticəsində əmələ gəldiyinə görə petroskulptur mənşəli hesab olunur. Papaqdaşı təşkil edən və ətrafında yayılmış süxurların struktur-petroloji xüsu­siyyətlərinə əsasən güman etmək olar ki, onun sütunu üzərindəki girdə formalı süxur qayması piroklastik lavaya nisbətən denudasiyaya daha çox davamlı olan və burada tez-tez rast gəlinən vulkan bombasından ibarətdir. Aşınmaya davamlılığı baxımdan yekcins olmayan piroklastik vulkanik materialın selektiv denudasıyasının klassik nümunəsini təmsil edən, öz heyrətamiz görünüşü ilə diqqəti cəlb edən, insanlar tərəfindən əfsanəvi görkəminə görə ziyarətgaha çevrılmiş bu möcüzəli qayanın ölkəmizdə analoqu olmadığını və eləcə də mühüm elmi və turizm əhəmiyyəti kəsb etdiyini nəzərə alaraq onu status baxımın­dan milli səviyyəli abidələrə aid etmək olar. Bununla yanaşı, Papaqdaşdan pir kimi istifadə edilməsi  və baxımsızlığı onun mühafizəsi məqsədilə təbiət abidəsi elan edilməsini zəruri edir.

Papaqdaş abidəsinə bənzər eyni mənşəli digər ekzotik qayalardan Culfa rayonu ərazisində, Kırna kəndi yaxınlığındakı Üçqardaş və ya Deşikdaş adlanan papaqlı göbələyə oxşar üç ekzotik  qayalar  qrupundan təşkil olunmuş maraqlı təbiət abidəsidir.

Muxtar Respublika ərazisində qeyri-maqmatik süxurlarda əmələ gəlmiş çoxlu sayda lıtoskulptur mənşəli morfoskulpturlarla təmsil olunmuş ekzotik qaya ar sırasında toppuza oxşadığına görə Toppuzdaş adlanan ekzotik qaya bu növ təbiət abidələri baxımından daha səciyyəvidir. Babək rayonu ərazisində Arazın sol sahili terrasında yerləşən və Paleozoy erasının Perm-Trias dövrünün, əsasən, karbonatlı süxurlarından təşkil olunmuş abidə düzənliyə basdırılmış sütunu xatırladır Erozıya-denudasıya proseslərinin destruktiv fəaliyyətinin Noxuddağ platosundan ayırdığı və sonralardan, əsasən, eol aşındırılması nəticəsində formalaşmış cazidar ekzotik təbiət abidəsinə çevrilmiş qaya həmin platonun indikindən daha geniş ərazim əhatə etməsinin şahidi kimi də maraq doğurur.

Ekzotlk təbiət abidələrinin ən maraqlı və estetik baxımdan cazibədar görünüşlü növlərindən bırı də Muxtar Respublika ərazisində kontinental- akkumulyativ çöküntülər üzrə əmələ gəlmiş və “torpaq piramidaları” adı ilə məşhur olan litoskulptur mənşəli morfoskulpturlarla təmsil olunmuşdur. Burada onların ən diqqətəlayiq nümunələri Ordubad rayonu ərazisində, Gilan və Düylün çaylarının suayrıcısını təşkil edən Daşbaşı platosunda müşahidə edilir Müxtəlif görünüşlü "piramidalardan” ibarət ekzotik abidə platonu örtən qalın tlüvioqlyasial çöküntülərin aşındırılaraq, dağılması ilə əlaqədar olaraq forma­laşmışdır. Denudasiya proseslərinin fəaliyyəti nəticəsində yaranmış qeyd olunan kiçik ölçülü ekzotik morfoskulpturlarla yanaşı muxtar respublika ərazisin­də şahid (qalıq) və ya masa dağlar adlanan kəsik konus və piramida şəkilli plato və yüksəkliklər (Nehrəm, Duzdağ, Plovdağ, Darıdağ vəs.) mövcuddur. Müxtəlif rəngli süxur laylarından təşkil olunmuş bu abidələr “bəzəkli dağ” ki­mi diqqəti daha çox cəlb edir.

Naxçıvan MR ərazisində elmi, eləcə də praktiki baxımdan maraq doğuran skulptur-denudasion törəmələrin bir növünü də buzlaqlanın fəaliyyəti nəticəsində əmələ gəlmiş morfoskulpturlar təşkil edir. Burada onların forma müxtəliflikləri arasında ekzarasıon troq dərələri, kar və sirklər və eləcə də akkumulyativ moren tirə və təpəcikləri daha əlamətdardır. Bunlardan Yağlıdərə və Sağarsu klassik troq dərələri ilə yanaşı, Əlincə, Nəsirvaz, Parağa və s. çayların yuxarıların troq dərələri, Salvard, Toğluqaya, Qazangöldağ, Səfərdərə və s. karları, Keçəldağ Küküdağ, Biçənək, Gilançay, Qapıcıq, Ayıçınqıl, Sarıdərə və s. sirkləri və onların ərazilərində buzlaq akkumulyasiyası nəticəsində əmələ gəlmiş moren tirələri təbiət abidələri kimi səciyyələndirilir.

Naxçıvan MR ərazisində geomorfoloji təbiət abidələrinin başqa maraqlı növünü təmsil edən karst mənşəli mağaralar kifayət qədər geniş yayılmışdır. Burada aşkar edilmiş 30-dək mağaralardan Ordubad rayonu ərazisindəki Kəreyil qalası mağarası və Kilit-Kotam mağaralar qrupu; Culfa rayonu ərazisindəki Alməmməd və ya Ərməmməd; Babək rayonu ərazisindəki Daşqala və ya Sirab Salaxana; Şərur rayonu ərazisindəki Hadıqaib, Qazma, Pisdər, Şoralı, Havuş piri; Kəngərli rayonu ərazisindəki Dərəşam, Damlama, Vəlibaba; Sədərək rayonu ərazisindəki Əjdəhan; Şahbuz rayonu ərazisindəki Fərhad evi mağaraları elmi və praktiki baxımdan əhəmiyyətli təbiət abidələri kimi daha çox maraq doğurur. Onların əksəriyyəti estetik mahiyyəti ilə yanaşı qədim insan düşərgəsi məkanları kimi də mühüm elmi əhəmiyyət kəsb edir.

Naxçıvan MR ərazisində geniş yayılmış müxtəlif yaşlı süxur və çöküntülərin struktur və litoloji-petroqrafik xüsusiyyətlərinin müxtəlifliyi və mürəkkəbliyi ilə əlaqədar olaraq onların əsasında əmələ gəlmiş yuxanda qeyd olunan mineragenik və geomorfoloji təbiət abidələri ilə yanaşı burada çoxlu sayda tektonik, stratiqrafik - paleontoloji və başqa məzmunlu geoloji təbiət abidələri də geniş yayılmışdır. Bunlar, əsasən, qırışıq (plikativ) və çat (dizyunktiv) tektonik strukturları, süxur laylarının stratiqrafik ardıcıllığı və ya qeyri-uyğun yatım xüsusiyyətlərini əks etdirən və ərazinin geodinamiki inkişaf şəraitinin informasiya daşıyıcıları rolu oynayan geoloji kəsilişlərdir. Belə kəsilişlərdən burada Culfa rayonu ərazisindəki Çaşırdağ, məxsusi Culfa; Ordubad rayonu ərazisindəki Biləv, Aza; Babək rayonu ərazisindəki Nehrəm, Cəhriçay, Duzdağ, Şorsu; Şərur rayonu ərazsindəki Gümüşlü, Şahbulaq kəsilişləri qeyd olunan geoloji məzmunlu abidələri təmsil edən kəsilişlərin klassik nümunələri kimi daha böyük maraq doğurur.

Naxçıvan MR ərazisində turizmin ən maraqlı və cəlbedici obyektlərindən sayılan hidroloji təbiət abidələri göllər və qismən də şəlalələrlə təmsil olunmuş­dur. Buradakı mövcud şəlalələrdən öz estetik cazibədarlığı və ölçü göstərici­lərinə görə Ordubad rayonu ərazisindəki Əylis və Pəzməri şəlalələri daha səciyyəvi təbiət abidələridir. Bununla yanaşı, əsasən, Zəngəzur və Dərələyəz silsilələrinin yüksəkdağlıq qurşağında qeydə alınmış 20-ədək göldən Şahbuz rayonu ərazisindəki üzən ada möcüzəli Batabat gölü, Cindağın şimal yamacındakı Gömür gölü, Kükü çayının yuxarılarında Qanlıgöl, Salvartı dağın yamacındakı eyniadlı göl, Sərpidağın ətəyindəki Taca gölü, Ordubad rayonu ərazisində Sağarsu çayının mənbəyindəki Göygöl, Qazangöl dağının ətəyindəki eyniadlı göl daha cazibədar və diqqətəlayiq abidələrdir.

Beləliklə, Naxçıvan Muxtar Respublikası ərazisinin sözügedən, lakin bütün müxtəliflikləri tam əhatə olunmayan siyahısı tam dəqiqləşdirilməyən təbiət abidələri ilə yanaşı mineral-termal su mənbələrinin unikal tarixi-mədəni- memarlıq abidələri və yeraltı ekosistem ilə zənginliyi özü planetimizin təkrar­sız təbiət abidəsini təcəssüm etdirən, xüsusilə də açıq səma altında geoloji muzey olan bu möcüzələr diyarının yüksək turizm potensialına malik olduğuna dəlalət edir.

ƏDƏBİYYAT

1.Azərbaycan Respublikası Qırmızı Kitabı, 2013

2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin M169, 12.07.2016-cı il tarixli qərarı

3.Əlizadə E.K., Tanrıverdiyev X.K. və b., 2014

4.Naxçıvan abidələri ensiklopediya, 2008

5.Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial -iqtisadi inkişafı Dövlət

6.Proqramı, Respublika qəzeti, Bakı, 2014

7.Babayev S.Ü. Qədim diyarın təbiəti, Bakı: 1970,210s.

8.Budaqov B.Ə. Azərbaycanın təbiət abidələri, Bakı: Elm, 1970, 180s.

9.Əl-bakuvi Ə. Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri Bakı, 1992,176s.

10.Naxçıvan Muxtar Sovet Sosialist Respublikaları, Bakı: Elm, 1975, 358s.

11.Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı, 2013

 

Новрузов Джалал Абдулърахман оглы

Садыков Мамед Орудж оглы

Мамедова Хал иля Наджафкулу кызы

 Салыфов Турал Махмуд оглы

РОЛЬ ПРИРОДНЫХ ПАМЯТНИКОВ И МИНЕРАЛЬНО ТЕРМИЧЕСКОЙ ВОДЫ В РАЗВИТИИ ТУРИЗМА В НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКЕ

РЕЗЮМЕ

Naxçıvan MR ərazisində təbiət abidələrinin və mineral-termal sularının müxtəlifliyi və zənginliyi onun səciyyəvi coğrafi mövqeyi, endo və ekzodinamik amillərin təzahürlərinin fərdi xüsusiyyətləri, geoloji-gemorfoloji qurulu­şunun rəngarəngliyi və mürəkkəbliyi ilə əlaqədardır.

Beləliklə, Naxçıvan MR ərazisinin sözügedən, lakin bütün müxtəliflikləri tam əhatə olunmayan siyahısı tam dəqiqləşdirilməyən təbiət abidələri ilə yanaşı mineral-termal su mənbələrinin unikal tarixi-mədəni-memarlıq abidələri və yeraltı ekosistem ilə zənginliyi özü planetimizin təkrarsız təbiət abidəsini təcəs­süm etdirən, xüsusilə də açıq səma altında geoloji muzey olan bu möcüzələr diyarının yüksək turizm potensialına malik olduğuna dəlalət edir.

Novruzov Djalal Ahdulrahman oglu
Sadiqov Mamed Orudj oglu
Mamedova Halila Nadjafqulu gizi
Salifov Tural Makhmud oglu

THE ROLE OF NATURAL MONUMENTS AND MİNERAL

AND THERMAL SPRINGS INFLUENCING DEVELOPMENT
OF TOURISM IN NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

SUMMARY

Diversity and richness of the natural monuments and mineral and thermal springs of Nakhchivan Autonomous Republic is related with its specific geographical position, individual features of the endo and exo-dynamic factors, diversity and complexity of geologic and geomorphic structure.

So, besides natural monuments of Nakhchivan Autonomous Republic, which haven t been listed completely and described with all diversities, its mineral and thermal springs, unique historical, cultural and architectural mon­uments and its richness with subsoil ecosystem prove that this land of miracles, open-air geological museum have great tourism potential.

 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, “Azərbaycan arxeologiyası və etnoqrafiyası ” M 1, 2017, səh. 125-135