c.ü.f.d. dos., Məmməd SADIQOV,
magistrant Könül QULİYEVA
Azərbaycan Turizm və Menecment Universiteti
konul.guliyeva. atmu@mail. ru
Dünya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə beynəlxalq turizm xarici iqtisadi əlaqələrdə ən dinamik inkişaf edən sahələrindən birinə çevrilmişdir. O, son 5 ildə dünya ticarətindən daha sürətlə inkişaf edir. Dünya miqyasında ixracat kateqoriyasına aid olan beynəlxalq turizm, kimya və yanacaqdan sonra artım tempinə görə üçüncüdür. Dünya üzrə ÜDM-un formalaşmasında turizmin payı 10%-dir [8, s.3]. Məlumdur ki, o, yalnız turizm obyektlərini deyil, həmçinin nəqliyyat, ictimai iaşə, əyləncə sənayesi və s. özündə ehtiva edən iqtisadiyyatın aparıcı sferasıdır. Turizm müxtəlif dərəcədə regionun, dövlətin inkişafına və əhalinin rifahına təsir edir. Yeni iş yerlərinin açılması, turizmin sürətli inkişafı nəticəsində multiplikativ effektin təsir dairəsinin genişlənməsi, büdcə gəlirlərinin artması, yerli məhsulların ixracı və ümumi iqtisadi sabitliyin bərqərar olmasında turizm mühüm təsirə malik olan iqtisadi sahə kimi çıxış edir. Sadalanan səbəblərdən asılı olaraq bu gün dünyanın bir çox dövlətlərində turizmə böyük maraq göstərilir. Son illərdə Azərbaycan da bu dövlətlərin sırasında yer alır. Belə ki, ölkəmizdə turizm sənayesinin inkişafına xüsusi diqqət yetirildiyinin şahidi oluruq. Beynəlxalq turizm mübadiləsində Azərbaycan aktiv şəkildə iştirak etməyə başlamışdır.
Ölkəmizin dünya turistləri üçün cəlbedici məkana çevrilməsi üçün böyük potensialı vardır. Malik olduğu turizm potensialı ölkə ərazisində müxtəlif turizm növlərini inkişaf etdirməyə imkan verir. Turizmin inkişaf etdirilməsində ölkənin təbii turizm ehtiyatları aparıcı amil hesab olunur. Təbii turizm ehtiyatlarının zənginliyi və çoxçeşidliliyi turizm bazarında istehlakçılara fərqli növlərdə - rekreasiya, müalicə, qış, idman, ekoloji turizmdə turməhsul hazırlamağa şərait yaradır və ölkəni turistlər üçün cəlbedici edir.
Azərbaycanın təbii-iqlim resursları özünəməxsusluğu ilə seçilir. Kiçik sahil zonasında müxtəlif landşaft qatlarına rast gəlinir. Həmçinin, ölkə ərazisindəki 250-dən çox göl, təxminən 8000-dən çox çay və Xəzər dənizi Azərbaycanın zəngin akvatoriyasını formalaşdırır. Xəzər dənizinin sahil xətti 100 km-lərlə uzanır. Dəniz suyunun şəffaflığı, duzluluq faizinin aşağı olması (10-13%), həmçinin, mövsüm ərzində (may-sentyabr) dənizdə suyun hərarətinin 18-24°C çatması ölkəmizdə dənizsahili istirahətin təşkilini mümkün edir [4, s.70]. Çimərlik turizmi əsasən Abşeron yarımadası və Yalama-Nabran zonasında inkişafdadır. Amma Azərbaycanın cənubunda da dəniz istirahətinin inkişafı üçün böyük perspektivləri var.
Lənkəranda, Xəzər dənizinin sahillərində 3S turizm növünü yüksək səviyyədə inkişaf etdirmək mümkündür, çünki burada turistlər dəniz, dağ və meşənin gözəlliyini bir arada görmək şansını əldə edirlər. Lənkəran bölgəsinin dənizkənarı sahilləri san nanın qumu ilə zəngindir. Kimyəvi tərkibinə görə insan sağlamlığı üçün faydalı hesab edilir [5, s.42].
Ölkədə çimərlik turizminin inkişafına dair 2017-ci ilin martında prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam verilmişdir. Bu sərəncamda hüquqi bazanın təkmilləşdirilməsi, çimərlik infrastrukturunun yaradılması, ətraf mühitin mühafizə tədbirləri və s. məsələlər öz əksini tapmışdır. Bu sahədə çimərlik turizm növü üzrə ixtisaslaşan ölkələrin, xüsusilə İspaniyanin təcrübəsindən istifadə edilməsi məqsədəuyğun olardı. Bu baxımdan, çimərliklərin sanitar-gigiyena vəziyyətinin yaxşılaşdırılmasını, ölkə daxili çimərliklər üçün təsnifat və dəyərləndirmə sisteminin yaradılması və onlara statusların verilməsini qeyd etmək olar.
Sağlamlıq turizmi Azərbaycanda böyük potensiala malik olması ilə fərqlənir. Azərbaycanda termal və mineral suların 1500 mənbəyi, müalicəvi əhəmiyyəti olan palçıq vulkanlarının 4, tibbi əhəmiyyəti olan neftin isə mənbəyi vardır. İstisu, Turşsu, Badamlı, Qalaaltı, Şıxbumu, Suraxanı suları tanınmış müalicəvi su mənbələrindəndir. Eləcə də Azərbaycanın ən mühüm kurort resurslarından biri Naftalan neftidir. Naftalan neftindən yel xəstəliyinin, damarlarda və hərəkət orqanlarında olan xəstəliklərin, həmçinin maddələr mübadiləsinin pozulması, dəri və ginekoloji xəstəliklərin müalicəsi zamanı istifadə olunur [2, s. 14].
Azərbaycanda mövcud olan mineral bulaqların ətrafında kurort təsərrüfatının formalaşdırılması mümkündür. Bu baxımdan xüsusilə, Naxçıvanı qeyd etmək olar. Müalicə turizminin inkişafı ä m Naxçıvanda geniş imkanlar vardır. Belə ki, Naxçıvan Muxtar Respublikasının ərazisində kimyəvi tərkibinə və temperaturuna görə fərqlənən 250-ə yaxın su mənbəyi var. Onların müalicəvi xüsusiyyətləri qədimdən məlumdur. Müasir dövrdə qədim diyarda müalicə turizminin təşkili və idarəolunmaası məsələlərinin həlli bu sahənin inkişafı üçün əsas şərtlərdən biridir. Bu sahədə bazar iqtisadiyyatı şərtləri əsasında da işin təşkil olunması zərurəti yaranıb. Bu isə mütərəqqi menecmentin tətbiqini, muxtar respublikanın bütün resurslarından səmərəli istifadəni özündə ehtiva edir [10].
Dünya palçıq vulkanlarının yarısı ölkəmizin ərazisində fəaliyyət göstərir və maraqlı təbiət abidəsi kimi onlar turistlərin maraq dairəsindədir. Palçıq vulkanlarının həm də sağlamlaşdırıcı tərəfi vardır. Belə ki, Abşeronda bir sıra palçıq vulkanlarının-Axtarma-Qaradağ və Daşgilin sağlamlaşdırıcı xüsusiyyətləri müəyyən edilmişdir. Bu amil onların yaxınlığında kurort təsərrüfatının yaradılmasına imkan verir.
Ölkəmizdə toxunulmaz təbiətə malik ərazilər ekoturizm baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanın füsunkar təbiəti, gözəl landşaft müxtəlifliyi, təbii təbiət abidələri, fauna və flora aləmi milli parkları, qoruq və yasaqlıqları və s. ekoloji turizmin inkişafının əsas resurslarıdır. Təbiətin biomüxtəlifliyini qorumaq və ekoloji turları təşkil etmək üçün Azərbaycanda yaradılan milli parkların sayı ondur [1, s.33-36]. Milli parklarda turist cığırlarının təşkili, ölkə əhalisinin ekoturizm qında məlumatlılığının artırılması, palçıq vulkanları kimi qeyri-adi təbiət obyektlərini müşahidə etmək üçün xüsusi ekoturların təşkili, ekoloji turizm potensialının təbliği məqsədilə marketinq strategiyası yasının formalaşdırılmasını ölkə ekoturizmində əsas amil kimi dəyərləndirmək olar.
Qeyd etmək lazımdır ki, ekoturizm xüsusilə dağlıq və iş imkanları geniş olmayan ərazilərdə yerli iqtisadiyyatın inkişafına təkan verə bilər. İlk növbədə turistlərin gecələməsi, qidalanması və marın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olan suallar regional səviyyədə həll olunmalıdır. Ekoturizm marşrutu hazırlayarkən bu və ya digər ərazinin təbii xüsusiyyətlərini öyrənmək lazımdır.
Azərbaycan idman turizminin inkişafı baxımından müxtəlif resurslara sahibdir. Ölkəmizdə müxtəlif hündürlüyə və quruluşa malik dağ silsilələri və zirvələri bir-birini əvəz edir. Lakin onlardan turizm məqsədi üçün çox az istifadə olunur [6, s.l 8]. Qobustan qayalarında qayayadırmanma iman növü inkişaf etdirilə bilər. Balakən, Göygöl, Şamaxı rayonlarının yüksək dağlıq əraziləri yamac paraşütü idman növünün inkişafı üçün qiymətlidir. Çünki bu rayonların ərazisi heyranedici mənzərələri ilə diqqəti cəlb edir. İdmanın turizminin bu növündə mənzərə amili üstünlük kimi dəyərləndirilir. Qəbələ-Oğuz, Bakı-Nabran, istiqaməti üzrə isə veloturlar təşkil edilə bilər.
Ölkəmizdə son dövrlərdə işgüzar turizmə xüsusi maraq müşahidə olunur. Azərbaycanda iqtisadi stabilliyin olması və əhalinin rifah səviyyəsinin yüksəlməsi işgüzar turizmin inkişafına təkan verdi. Bu gün Bakı işgüzar turizmin əsas mərkəzlərindən birinə çevrilib. İşgüzar turizmlərin yarımnövlərindən biri sərgi və yarmarkalardır və onlar Azərbaycanda işgüzar turizm sənayesinin əsas elementi kimi çıxış edir. Hər il ölkəmizdə 20-dən artıq sərgi təşkil olunur. Dövlət səviyyəsində buna
xüsusı diqqət yetirilir və yaxın zamanlarda Azərbaycanın işgüzar turizm bazarında aparıcı yerlərdən bırını tutacagı danılmazdır.
Şərq ilə Qərbin qovuşduğu coğrafi ərazidə mədəni turizmin inkişaf imkanları genişdir. Ölkəmiz zəngin mədəni irs nümunələrinə malikdir. Azərbaycan əsrlərdir ki, millətin kökünü, bünövrəsini təşkil edən bu ırsı qoruyub saxlayır və onu gələcək nəsillərə ötürür. Ölkənin mədəni-tarixi potensialı mədəni turizmin əsasını təşkil edir. Bildiyimiz kimi, mədəni turizm digər millətlərin mədəniyyəti, tarixi, adət-ənənələri və mədəni irsi ilə tanış olmaq məqsədilə turistlərin həyata keçirdikləri beynəlxalq səyahətin bır növüdür. Digər ölkələrin və regionların tarixi və mədəniyyəti ilə tanış olmaq istəyi turistlərin ən əsas maraq dairəsində olmaqla yanaşı, eyni zamanda turizm fəaliyyəti bunu əmin edən ən yaxşı metod kımı qiymətləndirilir. Öyrənmək, daima yeni məlumat əldə etmək insan yarlığının ayrılmaz xüsusiyyətlərindən biridir. İstirahətin hər hansı bir millətin mədəni dünyasının öyrənilməsi ilə paralel şəkildə həyata keçirilməsi turizmin yaratdığı imkanlardan biri kimi dəyərləndirilir.
Azərbaycan mədəni turizm baxımından maraqlı turizm obyektlərinə malikdir. Respublika ərazisində 6308 tarix və mədəniyyət abidəsi var [9]. Lakin onlardan əksəriyyəti lazımi səviyyədə araşdırılmamışdır. Ölkəmizdə turizm məqsədilə geniş şəkildə istifadə olunan tarixi abidələrə Qız qalası, İçərişəhər, Qobustan, qayaüstü rəsmlər, Atəşgah, Yanar dağ, Beşbarmaq, Şəki xan sarayı nümunə göstərilə bilər.
2000-cı ildə İçərişəhər dövlət tarixi-memarlıq qoruğu, o cümlədən Şirvanşahlar saray kompleksi və Qız qalası, 2007-cı ildə Qobustan dövlət tarixi-bədii qoruğu UNESCO-nun Dünya Mədəni irs siyahısına daxil edilmişdir [9]. Bakı şəhərində yerləşən Məhəmməd məscidi, Bazar meydanı, Kiçik Karvansara, Xınalıq kəndindəki Əbu-Muslim və Xıdır Nəbi məscidləri, Şəkidəki Kiş alban məbəd!, Şəkıxanovların evi Naxçıvanda Möminə Xatun türbəsi, Xanəgah memarlıq kompleksi, Qaxda Kürmük məbədi, Gəncədə Nizamı Gəncəvinin məqbərəsi və yüzlərlə tarixi-memarlıq əhəmiyyəti olan digər abidələrimiz mədəni turizmin inkişafına zəmin yaradır. Respublikamızda mədəni lirizmin yeni istiqaməti kımı kino ilə bağlı olan yarımnövü-kinoturizmi inkişaf etdirmək mümkündür.
Kinoturızm hər hansı bır filmin çəkildiyi məkanlara səfər etməyi özündə ehtiva edir və istirahətin yeni istiqamətlərindəndir. Gedilən yer hər hansı bir təbii obyekt, bina və ya bütünlükdə bir şər ola bilər. Film sənayesinin təsiri altında formalaşan bu turizm mədəni-dərketmə turizminin ən maraqlı növlərindən hesab olunur. Kınoturizm destinasiyanın təşviq olunmasının ən effektiv növlərin ən sayıla bilər. Belə kı, o, kınomuzeylər, çəkiliş edilən məkanlara turlar və həmçinin filmlə əlaqəli ərazilərin nümayişi kimi yeni turizm məhsullarının inkişafına təkan verir.
Məlumdur kı, ölkəmiz uzun müddət Sovet Sosialist Respublikanın tərkibində olmuşdur. Azərbaycan o illərdə musiqi və kino sahəsində ölkənin inkişaf etmiş respublikalarından idi. O, həmişə Azərbaycanı sırlı, kolorit hesab edən məşhur kinorejissorların diqqətini cəlb etmişdir.
«У самого синего моря», «Человек амфибия», 1966-ci ildə çəkilən, uşaqların sevimli filmi “Айболит-66», 1968-ci ildə çəkilən və çox məşhurluq qazanan «Бриллиантовая рука», «Всадник без головы» rejissor tərəfindən ekranlaşdırılan, Sumqayıtda çəkilişləri aparılmış “Это сладкое слово-свобода», SSRİ, Fransa, İsveçrə və İspaniyanın birgə istehsalı olan “TerepaH-43” kimi filmlər Azərbaycanda çəkilən və öz həmin dövrün ən uğurlu ekran işləri siyahısına daxil olmuşdur Azərbaycan turoperatorları kınoturizm məhsulu kimi bu filmlərin çəkildiyi məkanlara ekskursiyalar təşkil edə bilər. Keçmiş Sovet dövlətlərindən gəlmiş turistlərə təklif edilən mədəni-dərketmə turlarına filmlərin çəkilişinin həyata keçirildiyi məkanları daxil etmək və sırf kinoturizm cəhətdən onlara yanaşmaq, həmçinin müəyyən dərəcədə animasiya əlavə etmək mümkündür.
Müstəqillik qazandıqdan sonra da ölkəmizdə Çəkilişləri aparılmış filmlərə “И целого мира мало» (1999), «Бременские музыканты», «Дронго», «Махмуд и Марьям», «Али и Нино» nümunə göstərilə bilər.
Bundan əlavə, Zaqatalaya, Xınalıq kəndinə, İvanovka, Lahıc və Nic qəsəbələrinə mədəni turizmin bır qolu kımı etnoqrafik turları daha yüksək səviyyədə təşkil etmək olar.
Azərbaycan Respublikası Prezidenti 2013-cü ildə Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təşkili və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramının qəbulu ilə bağlı sərəncam imzalanmışdır. Proqramın məqsədi tarix və mədəniyyət abidələrinə diqqətin artırılması, onların bərpası, qorunması, milli mədəni irsin öyrənilməsi, təbliği və bu irsin gələcək nəsillərə ötürülməsidir [9].
Son illərdə Azərbaycanda hadisə turizmi inkişaf mərhələsindədir. “Avroviziya Mahnı müsabiqəsi", “I Avropa Oyunları”, “Formula 1” yarışları, “Qəbələ Beynəlxalq Musiqi Festivalı”, “IV İslam Həmrəyliyi Oyunları”, “Bakı Beynəlxalq Caz Festivalı” ölkənin beynəlxalq aləmdə tanıdılması, ölkəyə turist axınının formalaşmasında mühüm əhəmiyyət daşımışdır. Gələcək illərdə bu tədbirlərin sayının artacağı və silsilə xarakter daşıması lazımdır. Dünya təcrübəsinə nəzər yetirsək, bu növ tədbirlərin yalnız paytaxt şəhərlərdə deyil, ölkənin regionlarında keçirildiyinin şahidi oluruq. Bu, daha məqsədəuyğundur və regionun turizm potensialının öyrənilməsinə, beynəlxalq səviyyədə dünyaya təqdim edilməsinə töhfə verə bilər. Bəzi ölkələr məhz hadisə turizminə görə il ərzində milyonlarla turist qəbul edir. İspaniya bunun ən parlaq nümunəsidir.
İspaniyada flamenko ölkənin adət-ənənəsinin bir hissəsi kimi çıxış edir. Əndəlüsün bu rəqsin beşiyi hesab olunur. Lakin onun bu və ya digər formalarda İspaniyanın demək olar ki, bütün regionlarında yayılıb, inkişaf etmişdir. Jerez de la Frontera, Suma Flamenca, Biennial de Flamenco ölkəsinin müxtəlif ərazilərində İspan rəqsinə həsr olunmuş və hadisə turizminin əsas resursları sayılan festivalların adlarına nümunə kimi qeyd oluna bilər.
Rəqs sənəti xalqın iqtisadi, ictimai və mənəvi həyatında meydana gələn dəyişikliklərlə əlaqədar olaraq yeni məzmun və istifadə vasitələri əldə edir [10]. Azərbaycan xalq rəqsləri tariximizlə sıx formada əlaqəlidir, onun milli xüsusiyyətlərini, həm də həyat və məişətini özündə təcəssüm etdirir, Odur ki, rəqs sənəti ölkə tarixində daima yüksək əhəmiyyət daşımışdır. Azərbaycanda qədim rəqs
nümunəsi kimi yallının adı çəkilə bilər.
Bir neçə min il yaşı olan klassik kollektiv rəqslər-yallının beşiyi-Naxçıvanın Şərur düzü hesab edilir. Bu bölgəyə məxsus 100-dən artıq yallı növü vardır: [7, s.163] Tənzərə, Qazı-qazı, Dördayaq, Arazı, Xələfi, Üçaddım, Hoynərə və s.
Bundan əlavə, mədəni turizmin digər növü kimi-musiqi xəzinəmizin incilərini geniş auditoriyaya atdırmaq məqsədilə tar və kamança festivalı təşkil edilə bilər.
Qastronomik turizm də turistlərin maraq dairəsində olan növlərdən sayılır.
İqlim müxtəlifliyi, fərqli dinlərə və millətlərə məxsus insanların bir arada yaşaması, Azərbaycan mətbəxinin də rəngarəngliyinə təsiri olmuşdur. Onu qeyd etmək lazımdır ki, təkcə Lənkəran mətbəxində düyüdən 42 növ aş, ətdən 23 növ xörək, o cümlədən 7 növ quş əti və 9 növ balıq əti və un məmulatlarından 20 çeşid şirniyyat hazırlanır [5, s.34].
Son illərdə Azərbaycanın qastronomik turizm ehtiyatlarını dünyaya tanıtmaq məqsədilə dünya təcrübəsi nəzərə alınaraq müxtəlif festivallar keçirilir: Qubada Alma, Balakəndə Beynəlxalq xurma festivalı, Lənkəranda II Çay, Çəltik və Sitrus meyvələri, Qəbələdə IV Beynəlxalq Mürəbbə Festivalı, Bakıda Beynəlxalq Plov Festivalı, Göyçayda Nar festival və s. Festivalların həyata keçirilməsi böyük zəhmət, maliyyə və insan resursları tələb edir. Ancaq ölkənin tanıdılması və turist axınlarının kütləvi hal almasında onun müsbət təzahürləri daha qısa zamanda özünü göstərir. Həmçinin onlar ölkə büdcəsinə kifayət qədər valyuta daxil olmasını təmin edir. Belə ki, İspaniya qastronomik turizmdən gələn gəlir 6,5 mlrd, avro təşkil edir [11]. Məlumdur ki, İspan mətbəxi dünyada populyardır və o, qastronomik turizmin inkişaf etdiyi əsas ölkələrdən biridir.
İspaniyada şərab və kulinariya turizmi üzrə xüsusi assosiasiya var. O, kommersiya maraqları olmayan milli professional təşkilatdır. Bu təşkilat (Spanish Wine and Food Tourism Association) ölkəni təmsil edən, şərab və qida turizmində ixtisaslaşan turizm professionallarının maraqlarını birləşdirir. Bu təşkilatın məqsədi İspaniyaya gələn turistləri qastronomiya mədəniyyətinə əsaslanan keyfiyyətli turizm məhsulunun yaradılması və bu növ turizmdə unikal təkliflə qarşılamaqdır [12]. Hər il İspaniyada şərab, eləcə də pendir, zeytun, dəniz məhsulları və s. festivallar təşkil edilir.
Ölkəmizdə qastronomik turizmlə bağlı festivalları planlaşdırarkən İspaniyanın nümunə kimi görülməsi məsləhətdir.
İlk olaraq daxili məlumatlandırma aparılmalı, hər regionun qastronomik turizm imkanları araşdırılmalı, təhlil edilməli və bu imkanları özündə cəmləşdirən kitabça hazırlanmalıdır. Daha sonra isə turizm mütəxəssisləri tərəfindən bu imkanların əsasında qastronomik marşrutlar hazırlanmalıdır. Milli mətbəxin təbliği güclü olmalıdır. Keçirilən festivallar və hazırlanan qastronomik turlar haqqında internet saytları fəaliyyət göstərməli, festival təqvimi hazırlanmalıdır. Həmçinin, qastronomik turizmdə müsabiqələrin təşkili ölkə əhalisinin bu sahəyə marağını yüksəldə bilər. Çünki hər hansı bir ölkədə turizmin inkişafı ilk növbədə dövlətin və o dövlətdə yaşayan vətəndaşların turizmə necə yanaşmasından asılıdır.
Bildiyimiz kimi, turizm bazarı müxtəlif ehtiyaclara, davranışlara və alıcılıq təcrübələrinə malik olan alıcılardan ibarətdir. Onların maraqları daima dəyişir. Turistlər yeni xidmətlərin olmasını arzu edirlər. Tematik parklar turistlərə yeniliklərin, fərqli təəssüratların bəxş edildiyi məkandır.
Tematik parklar dünyada əyləncə turizmi sənayesində mühüm yer tutur. Tematik park-ailəvi istirahətin və əyləncənin həyata keçirildiyi məkandır. Müxtəlif yaş kateqoriyalarına daxil olan insanların marağını cəlb etmək üçün o, həm də informativ-dərketmə xarakteri daşımalıdır. Əksər zamanlarda tematik parklar yaşıllıq ərazilərdən, işgüzar və inzibati mərkəzlərdən uzaqda yaradılır. Tematik parkların möhtəşəm nümunələrinin sırasında İspaniyadakı Port Aventuranı qeyd etmək olar. Bu tematik park 1995-ci ilin yayında fəaliyyətə başladı. Port Aventura 115 hektarlıq ərazidə yaradılan 30 attraksion, 5 tematik zona-Aralıq dənizi, Polineziya, Çin, Meksika və Vəhşi Qərb, eləcə də turistlərə xidmət göstərən otuz restorandan ibarətdir.
Azərbaycanda da İspaniya təcrübəsi nəzərə alınmaqla ədəbi mövzuda - Azərbaycanın şifahi və yazılı ədəbiyyat nümunələrində olan personajların vasitəsilə Xeyir və Şər, mədəni-tarixi mövzuda isə Şərq və Qərb (Avroasiya) tematik zonalarından ibarət olan tematik parklar təşkil etmək mümkündür.
Nəticə olaraq qeyd etmək lazımdır ki, turizm resurslarının mövcudluğu Azərbaycanda turizm bazarının inkişafına və onun dünya ölkələri ilə olan iqtisadi münasibətlərinə əhəmiyyətli dərəcədə təsir edir. Bir şərtlə ki, ölkədə bu sferanın inkişafına aktiv dövlət siyasəti həyata keçirilsin. Onun əsas istiqamətlərinə səyahət edənlərin hüquqlarının qorunması, yerli turizm məhsulunun istehsalı, yerli və beynəlxalq turistlərin təhlükəsizliyinin təmin edilməsi daxildir. Azərbaycanda da son dövrlərdə turizmlə bağlı mühüm işlər görülür. Mövcud turizm potensialından səmərəli istifadə etməklə yaxın gələcəkdə Azərbaycan dünyada ən cəlbedici turizm ölkələrindən birinə çevriləcəkdir.
Ədəbiyyat:
1.Ə. T. Əsgərov, B.Ə. Bilalov, Ç.G.Gülalıyev. Ekoloji turizm, Bakı, 2011, s.
2.Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi, Bakı, 2016
3.А.Ю. Александрова, «Международный туризм» (учебник для студентов вузов), Москва: Аспект Пресс, 2015, 460 c
4.Sadıqov M., Salıfov T. //“Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalı, Na4, Bakı: “A7.AV MMC”, 2015, s.352
5.Məmmədov R., Lənkəran rayonunda turizm ehtiyatlarının təhlili.// “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalı, №3, Bakı: PROTEX QURUP 21 MMC, 2016, s.196
6.Hüseynov N., Yamac paraşütü (paraplan) idman növü və onun Azərbaycana tətbiqi formaları.// Azərbaycan turizmi bu gün və sabah: V Respublika elmi-praktiki konfransı, Bakı, 2016
7.Eyvazlı O., Naxçıvan şəhərində icmal ekskursiya imkanları.// Azərbaycan turizmi bu gün və sabah: V Respublika elmi-praktiki konfransı, Bakı, 2016
8.UNWTO Tourism Highlights, 2017 Edition
9.President.az/articles/10705
10.http://www.anl.az/down/meqale/baki_xeber/2015/aprel/430237.htm
11.http://serqqapisi.az/index.php/humanitar/turizm/l5862-nakhch-vanda-zhenish-mualidzae-turizm- potensial-vard-r
12.1905 .az/ru/qastronomiceskiy-turizm/
Xülasə
Tədqiqatın əsas məqsədi Azərbaycanda turizmin inkişafının vacib göstəricisi kimi turizm resursları və onların müxtəlif turizm növlərinin inkişafındakı rolunun araşdırılmasıdır. Məqalədə bəzi turizm növlərinin inkişafında İspaniyanın timsalında dünya təcrübəsinin nəzərə alınması məsələlərinə baxılır.
Açar sözlər: turizm, turizm ehtiyatı, Azərbaycan, turizm növləri, inkişaf
Abstract
The main purpose of the research is to study the role of tourism resources and their role in the development of various tourism types, as an important indicator of tourism development in Azerbaijan. The article considers the use of Spanish experience in the development of some tourism types.
Keywords: tourism, tourism resources, Azerbaijan, tourism types, development
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi.
"Azərbaycan Respublikasında turizm-rekreasiya zonalarının yaradılması perspektivləri"
mövzusunda Respublika elmi-praktiki konfransının materialları.
Bakı, 22 dekabr 2018-ci il. Səh 42-46.