Xəzər dənizi dünyada ən böyük qapalı su hövzəsidir. Burada Yer kürəsində mövcud olan göl sula­rının 40 faizdən çoxu toplanmış­dır. Xəzərin ən mühüm xüsusiy­yəti "pasportu" onun su səviy­yəsinin daima qalxması və en­məsidir.

Xəzər dənizinin səviyyəsinin kəs­kin dəyişməsi Azərbaycan Respubli­kası sahil ərazisində ekoloji, sosial - iqtisadi, demoqrafiq və digər problem­lərin yaranmasına səbəb olmuşdur.

Dənizinin səviyyəsi son 100 ildə 3 dəfə kəskin dəyişmişdir.

Dənizin orta illik səviyyəsi 1929 - 1977 - ci illərdə 3,2 m enmiş, 1978 - 1995 - cı illərdə 2,5 metrə qədər yük­səlmiş, 1996 - 2023 - illərdə 2.00 m-ə qədər azalmış və hazırda da enməkdə­dir. Sonuncu qalxma prosesi nəticə­sində Respublikamızın təqribən 850 km uzunluqlu sahil xətti zonasında 50 min hektara qədər torpaq sahəsi su­basmaya məruz qalmışdır. Bu subas­ma ərazisinin 80 faizi dənizsahili əra­zimizin cənub hissəsinə - Kür çayı mənsəbindən - Astaraçay mənsəbinə qədər ərazilərin payına düşür.

Qeyd etmək lazımdır ki, Xəzərətra- fı 5 ölkə içərisində dənizin səviyyəsi­nin qalxıb - enməsindən ən çox ziyan çəkən Azərbaycan Respublikasıdır. Hal - hazırda Xəzərsahili ərazidə əha­limizin yarıdan çoxu, sənaye potenisa- lının isə 80 faizə qədəri yerləşir. Xəzər dənizinin səviyyəsi 1978 - 1995 - cı il­lərdə kəskin qalxması zamanı sahil zo­nasında yerləşən sənaye və kənd tə­sərrüfatı infrastrukturlarına xeyli zərər vurmuşdur. Təqribi hesablamalara gö­rə Respublikamızın xəzərsahili zona­sında yerləşən sənaye və kənd təsər­rüfatı obyektlərinə dəyən ziyanın məb­ləği 2 milyard ABŞ dolları məbləğində qiymətləndirilmişdir (o zamankı qiy­mətlərlə).

Xəzər dənizinin səviyyəsi 1996 - cı ildən başlayaraq enməkdədir. Bu pro­ses nəticəsində dəniz sahildən xeyli uzaqlaşmışdır (bəzi ərazilərdə 100, 200, 500, və 1000 metrə qədər). Əvvəl­lər su basmış torpaq əraziləri su altın­dan çıxaraq sahil zonasında neqativ ekoloji halların yaranmasına səbəb ol­muşdur. Təqribi hesablamalara görə Respublika üzrə bütün sahilboyu əra­zidə 38000 ha torpaq sahəsi dəniz al­tından çıxmışdır. Bu proses nəticəsin­də ən böyük ziyanlar dəniz gəmiçiliyi­nə, kənd təsərrüfatına, neft - qaz səna­yesinə, balıqçılıq təsərrüfatına, kurort - reakreasiya obyektlərinə s. sahələrə dəyir.

Əvvəllər) (20 - 25 il qabaq əsas lo- zunq "Xəzədən qorunaq (üstümüzə gəlir), indi isə onu qoruyaq (bizdən uzaqlaşır, çəkilir)

Xəzər dənizinin səviyyəsi hazırki durumundan (- 28,60 mBS, mütlək yüksəklik) 1.5 m aşağı düşərsə, yəni (-30 mBS) olarsa (bunun ehtimalı çox böyükdür) Azərbaycan dənizsahili zo­lağında aşağıdakı proseslər baş verə bilər:

  1. I. Nabran-Şabran sahil ərazisin­də bəzi yerlərdə dəniz 4-5 km geri çəkilə bilər.
  2. I Abşeron yarımadası ərazisin­də:
  • Yarımadanın şimal-şərq və şərq hissələrinin konfiqurasiyası xeyli dəyi­şəcək
  • Şimali və cənubi Abşeron kör­fəzləri xeyli dayazlaşacaq
  • Pirallahı adsı Çilov adası ilə bir­ləşə bilər
  • Qum adası Sultan burunu ilə bir­ləşə bilər.

III.  Cənub - qərb ərazisində:

  • Sanqaçal, Ələt, Pirsaat, Bəndo- van burunları arasındakı ərazilərdə bəzi sahələrdə dəniz 10-12 km - ə qədər geri çəkilə bilər.
  • Xüsusilə, Neftçala rayonunda sahilboyu kəndlərinin ərazilərində mü­hüm geomorfoloji dəyişikliklər baş ve­rə bilər
  • Lənkəran-Kerqanrud burnuna qədər ərazidə dəniz 2-3 km geri çəkilə bilər
  • Qızılağac körfəzinin xeyli ərazisi (yarıya qədər) tamamilə quruya bilər
  • Kür çayı deltasında dayazlıqlar və kiçik adaların yaranmasına səbəb ola bilər
  1. I Bakı buxtasında:
  • Buxtanın sahəsi və su həcmi 2 dəfəyə qədər azala bilər
  • Külək dalğalarının hündürlüyü 3 dəfəyəqədər, suqovma-gətirmə dalğa­larının hündürlüyü 2 dəfəyə qədər aza­la bilər
  • Buxta ilə dəniz arasındakı su mübadiləsi üç dəfəyə qədər azala bilər

Xəzər dənizinin su səviyyəsinin dəyişmə səbəbləri aşağıdakılardır:

Azərbaycan Respublikasında inzibati rayonlar üzrə dəniz altından çıxmış sahil əraziləri (ha)

 

 

iqlim, tektonik, antropogen və he- lio - kosmik faktorlar

  1. 1. İqlim faktoru. Xəzər dənizinin səviyyəsi su balansı tənliyi ilə təyin edilir. Belə ki, su balansının həm mə­daxil, həm də məxaricini müəyyən edən elementlər iqlim parametrləridir. Su balansı tənliyi metodundan dəniz səviyyəsinin çoxillik və mövsümi də­yişmələrini tədqiq etmək üçün istifadə edilir. Metodun əsasını istənilən qapa­lı su hövzəsində olduğu kimi onun sə­viyyəsi daxil olan (mədaxil) və oradan çıxan (məxaric) su miqdarları arasın­dakı münasibət təşkil edir. Belə ki, mə­daxil məxaricdən çox olduqda səviyyə artır, əks olduqda isə azalır. Xəzər də­nizinin su balansının mədaxilini çay axımları, atmosfer yağıntıları və yeratı axımlar, məxaricini isə bilavasitə də­niz səthindən buxarlanma və Qara-Bo­ğaz-Qol körfəzinə axım (nəticədə bu­xarlanmaya sərf edilir) sular təşkil edir. Burada əsas rolu çay axımları (məda­xilin 85 faizi) və buxarlanma (məxari­cin 95 faizi) oynayır.
  2. 2. Tektonik faktor. Bu konsepsi­yaya əsasən dəniz səviyyəsinin dəyiş­məsi 2 növ proseslə əlaqədardır;
  • Yer qabığının şaquli və üfüqi hə­rəkətləri, dib çöküntülərinin toplanma­sı, seysmik proseslər və yer təkindən daxil olan sular
  • Dib səth qatının sıxılması və ge­nişlənməsi -"qubka effekti"- (zəlzələ­lər, vulkanlar və ya digər tektonik pro­seslər) nəticəsində yeraltı suların art­ması (sıxılma) və azalması (genişlən­mə) ilə əlaqədardır.

Xəzər dənizi regionunda müasir tektonik proseslərin xarakteri göstərir ki, dəniz dibinin və sahillərinin şaquli və üfüqi hərəkətlərinin istiqamətli müx­təlif ərazilərdə əks xarakter daşıyır, bə­zi ərazidə qalxır, digər ərazilərdə isə enir. Bu hərəkətlərin sürəti 2,5-10 mm/il intervalında dəyişir, lakin səviy­yənin müasir dövrdə illik dəyişmələri bu qiymətdən xeyli çox olub orta he­sabla 8 -10 sm/il təşkil edir. Dib səth qatının deformasiyası prosesinə ("qub­ka effekti") gəldikdə isə onun qiymət­ləndirilməsi haqqında məlumatlar mövcud deyil, yalnız mülahizələr, fikir­lər söylənilir.

  1. 3. Antropogen faktorlar. Bu pro­ses insan fəaliyyəti ilə əlaqədar olub dənzin səviyyə dəyişmələrində rolu iq­lim faktoruna nisbətən çox azdır. Bu faktorun təsiri özünü 2 halda biruzə ve­rir:
  • Dənizi qidalandıran çayların su­larından əvəzsiz götürülməsi (istifadə­si) zamanı
  • Dəniz səthinin neft təbəqəsinin və digər çirkləndiricilərin təsiri altında olması zamanı

Dənizə daxil olan çay sularından əsasən su anbarlarının doldurulması, suvarma və digər məişət - təssərufat işlərində istifadə üçün götürülür, Nəti­cədə bu proseslər çay axımlarının azalmasına və səviyyənin aşağı düş­məsinə kömək etmiş olur. Son 50 ildə

Xəzər hövzəsi çaylarında yeni mühüm su anbarları inşa edilməyib. Su anbar­ları əsasən Volqa, Kür və Ural çayları hövzələrində tikilmişdir. Müxtəlif məq­sədlər üçün istifadə edilən suların miq­darı isə az olduğu üçün səviyyə dəyiş­mələrində rolu cüzidir.

Xəzər dənizini qidalandıran çayla­rın suyunda intensiv istifadə edilməsi 1941 - 1980 - cı illərdə olmuşdur. Bu müddətdə hövzədə (əsasən Volqa çayı hövzəsində) inşa edilmiş çoxsaylı (13 ədəd) su ambarlarının doldurulmasına təqribən 1000 kub km su sərf edilmiş­dir. Digər əvəzsiz götürülən sular da nəzərə alınmaqla çay sularından ildə 40 - 45 kub km su həcmi dənizə daxil olmamışdır. Hesab edilir ki, bu antro­pogen fəaliyyətlər olmasaydı dənizin səviyyəsinin (təbii şəraitdə) qalxması 1978 - ci ildən 10 - 15 il əvvəl baş ver­miş olardı.

Dənizdə karbohidrogen resursları­nın istismarı zamanı, gəmi nəqliyyatın­dan, sahil zonasında yerləşən sənaye və kənd təsərrüfatı obyektlərindən və digər mənbələrdən çirkləndiricilər da­xil olur. Dənizə tökülən neft və neft məhsulları və digər çirkləndiricilər də­nizin yalnız lokal ərazilərində neft tə­bəqələri yaradır ki, nəticədə səthdən buxarlanma azalır. Bu proseslər müəy­yən mənada öz növbəsində səviyyənin yüksəlməsinə kömək etmiş olur (bu- xarlanmanı azaldır). Lakin bu hadisələr dənizin lokal kiçik ərazisində (əsasən karbohidrogen kəşfiyyatı və istismarı obyektləri) və qısa müddətdə (bir neçə sutka) baş verdiyindən və həmçinin küləklər nəticəsində tez bir zamanda dağılaraq dibə çökdüyündən səviyyə­nin illik və hətta aylıq dəyişmələrində rol oynamır. Bu proseslər əsasən dəni­zin lokal sahəsində ekoloji vəziyyətinə müəyyən neqativ təsirlər göstərir.

  1. 4. Helio - kosmik faktorlar. Bu faktorlar əsas etibarı ilə Günəş - Yer əlaqələri fonunda özünü biruzə verir. Məlumdur ki, Günəş aktivliyində müx­təlif periodikliklər (ritimlər) (11, 22, 35, 120 illik) mövcuddur. Bu dövrlər zama­nı Günəşdən daxil olan enerjinin miq­darı artır. Dəniz səviyyəsi üzərindəki faktiki məlumatlar göstərir ki, səviyyə­nin illik gedişində 30 - 35 illik qalxma­lar müşahidə edilir. Bu prosesin mexa­

nizmi tam aydın olmasa da burada Gü­nəş aktivliyinin mühüm rolu ehtimal edilir.

Xəzər dənizi səviyyəsinin uzunmüddətli proqnozu haqqında

Yuxarıda qeyd etdiyimiz kimi də­niz səviyyəsinin dəyişmələrinin əsas səbəbkarı dənizin sutoplama hövsə- sində və akvatoriyasında baş verən iq­lim parametrlərinin tərəddüdləridir. Bu region (Şimali Avropa və Şimali Atlan­tika)) üzərində baş verən böyük miq­yaslı müxtəlif növlü atmosfer sirkulya­siyalarının (tsiklon və antitsiklonlar) təkrarlanması ərazinin rütubət rejimi və nəticədə dənizin su balansının əsas hissəsi olan çay axımlarını formalaşdı­rır. Hazırda bu prosesləri proqnozlaş­dırmaq elmin müasir inkişaf səviyyə­sində belə qeyri - mümkündr. Bu sə­bəbdən Xəzərin səviyyəsinin dəyişmə proqnozunu dəqiq vermək olmur. Ha­zırda hətta 3 günlük hava proqnozunun özunu doğrultması 85 - 90 faizi keçmir.

Xəzər dənizi səviyyəsi üzrə son 4 min ildə toplanmış məlumatlar (paleo­coğrafi, geoloji, arxeoloji, tarixi və inst­rumental) əsasında bərpa edilmiş əsri dəyişmələrində periodikliyin (dövrülük) mövcud olması müəyyən edilmişdir. Belə ki, dənizin səviyyəsi 200-230 il qalxır və həmin müddət qədər də enir və bir period 400-450 il təşkil edir. Son 4 min ildə toplanmış məlumatlar əsa­sında 8 belə periodiklik müəyyən edil­mişdir. Həmçinin bu dövrlük Şimali Avropa və Şimali Atlantika ərazilərinin iqlimində də öznü biruzə verir. Dənizin sonuncu ən yüksək səviyyəsi 1800- 1805-ci illərə təsadüf edir, o illərdən başlayaraq dənizin səviyyəsi ümümi halda enmə mərhələsindədir, Səviyyə­nin gedişindəki periodikliyi (200-230 il) nəzərə alsaq, onda səviyyənin XXI əsin ortalarına qədər azalmasını gözlə­mək olar. Həmçinin səviyyə üzrə son 180 ildə aparılmış instrumental ölçü qiymətlərinin təhlili göstərir ki, səviy­yənin ümümi enmə mərhələsində 30­35 illik epizodik qalxma dövrləri də mü­şahidə edilir. Bu dövrlərin əsasən Yer - Günəş əlaqələrinin təsiri nəticəsində baş verdiyi ehtimal edilir (günəşdə baş verən 35 illik aktivlik).

Son illərdə dənizin səviyyə dəyiş­mələri üzrə müxtəlif riyazi modellər əsasında etimallı pronozlar hazırlan­mışdır. Bu proqnozlar dənizin su ba­lansı tənliyinin həlli əsasında müxtəlif zaman müddətinə tərtib edilmişdir. Bö­yük ehtimallı (95-99 faiz) proqnozlar göstərir ki, dənizin səviyyəsi gələcək­də enməkdə davam edəcəkdir. (2030- 2040-cı illərə qədər)

Xəzər dənizinin səviyyə dəyişmə­ləri üzrə hazırda mövcud olah proq­nozların analizi göstərir ki, elmin müa­sir inkişaf səviyyəsində dənizin səviy­yəsinin dəyişmə amplitudunu və isti­qamətini dəqiqliklə müəyyən edən proqnozlar yoxdur. Bu mənada dəniz səviyyəsinin dəyişmələrinin təbii pro­ses olduğunu qəbul etmək, səviyyənin çoxillik (geomorfoloji, geoloji, tarixi in­strumental və s.) dəyişmələrini nəzərə almaq (qəbul etmək) lazımdır. Müəy­yən edilmişdir ki, dənizin səviyyəsi gələcəkdə də çoxillik dəyişmələrə mə­ruz qalaçaq və səviyyənin dəyişmə amplitudu (mənfi 25 - mənfi 31 m müt­ləq yüksəkik intervalinda yerləşəcək­dir). Dənizsahili zonasında insanların sosial - iqtisadi və ekoloji strategiyası səviyyənin yuxarıdakı dəyişmə diara- zonuna əsaslanmalı və adaptasiya (uyğunlaşma) olunmalıdır. Bu şərtlər daxilində Xəzər dənizi həmrəg olub yaşamaq (fəaliyyətdə olmaq) lazımdir.

Yadda saxlamaq və nəzərə almaq lazımdır ki, Xəzər dənizininin səviyyə­si həmişə dəyişib, dəyişir və gələcək­də də dəyişəcəkdir.

Əmir ƏLİYEV coğrafiya elmləri doktoru, professor

ELM qəzeti-PDF