Dünya okeanlarından sonra planetimizin ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi tarixən onun ətrafında yaşayan xalq­ların, Xəzər ətrafı dövlətlərin sosial-iqtisadi həyatında böyük əhəmiyyət kəsb etdiyi kimi, dənizin zaman üzrə səviyyə tərəd­düdü həmişə müvafiq problemlər yaratmış və yaratmaqdadır. Xəzər dənizinin minillik səviyyə tərəddüdünün paleoiqlim rekonstruksiyası göstərir ki, son 2 min ildə onun səviyyə amplitudası 12-metrə qədər təşkil edir. Səviyyənin Baltik dəniz səviyyəsinə görə ən aşağı mütləq minimumu eramızın beşinci əsrinin orta­larına (-34,5 m) ən mütləq maksimumu isə 1882- ci ilə (-25,2 m) təsadüf edir.

     Bununla belə geoloji tarixi dövrlər­də (17-13 min II bundan əvvəl) Xvalın transqresiyasında dənizin səviyyəsi müasir dövrə nisbətən 80 m artıq ol­muşdur. Mütəxəssislər həmin dövrlər­də bunu dənizin əsas su balans ele­mentlərinin dəyişməsi dənizə tökülən çay axımlarının, xüsusən Volqa çayı­nın illik axımının artması( illik axım həcmi həmin dövrlərdə 450-500 km3 təşkil etmişdir) ilə əlaqələndirirlər. Halbuki, qeyd etmək lazımdır ki Xəzə­rin səviyyəsinin azalma dövründə (1977-ə qədər) Volqa çayının orta illik axım həcmi 198 km3/il, artma dövrün­də isə (1995-ə qədər) 274 km3 il, sə­viyyənin stabil dövründə isə orta illik axım həcmi 240 km3/il təşkil etmişdir.

Xəzər dənizinin çoxillik səviyyə tərəddüdündə aşağıdakı xarakterik dövrləri ayrmaq olar:

  • Yuxarıda göstərildiyi kimi Xəzər dənizində son 2000 ildə ən yüksək səviyyə 1882-ci ildə (-25.2 m);
  • Ən minimal səviyyə müşahidə olunan dövr 1977-ci il (-29.05 m);
  • 1929-cu ildən 1977-ci ilə kimi səviyyənin davamlı düşmə dövrü;
  • 1977-1995 - ci illər ərzində sə­viyyənin yenidən artım dövrü (səviyyə yenidən artaraq - 26.04 m-ə çat­mış,yəni 2.65 metr artmışdır);
  • Səviyyənin stabilləşmə, zəif tə­rəddüdlər dövrü (1995-2005);
  • Səvivvənin düşmə dövrü (2005-dən hazır ki dövrə kimi)

     Xəzər dənizinin belə səviyyə tərəddüdlərinin əsas səbəbləri təbii ki, onun su balans (Y - çay axımı, x-yağıntı, Z– buxarlanma) elementləri (90%-ə qədəri)  və müvafiq olaraq bu balans elementlərinə zaman üzrə təsir göstərən iqlim dəyişmələridir.   Səviyyənin dəyişməsinə zəif təsir göstərən ikinci dərəcəli amillər geofiziki, tektonik proseslər hesab edilir. Bununla belə Xəzər dənizinin səviyyəsinin formalaşmasına tərəddüdünə təsir göstərən amilləri kompleks şəkildə dörd qrupa bölmək olar:1. Kosmogeofiziki amillər,2. Hidrometeoroloji proseslər, 3. Geoloji- qeodinamik proseslər,4.  Antropogen amillər.

   Hidrometeoroloji proseslər dənizin səviyyə dəyişməsinə təsir göstərən əsas amillər hesab olunur və  bu   bütün tarixi dövrlərdə su balans elementlərində özünü göstərir . Qlobal iqlim dəyişmələrinin təsirindən Xəzər hövzəsində orta çoxillik temperaturlar 1980-2024-cü illərdə 0.030C sürətlə +1.20C-ə qədər artmışdır. Dənizin su sətində bu artım hətta +1.40C təşkil etmişdir. Bunun nəticəsi kimi 1992-ci ildən 2023-cü ilə kimi Volqa çayının

dənizə illik axımı 2.5 km3 -ə qədər azalmış və bu azalma ildə 0.64 sm/il təşkil edir. 2003-2023-cü ilə qədər olan dövrdə dəniz səthinə düşən ya­ğıntılar 38 mm qədər azalmışdır ki, bu səviyyənin təxminən 4 sm azalması deməkdir.

Dənizin su balans komponentləri isə, müxtəlif müəlliflər tərəfindən özü­nü daha yaxşı göstərən iqlim modeli­nə Climate Forecast System (CFS) əsasən hesablanmışdır.

Lakin, xəzərşünas alim, V. Məli­nin fikrinə görə belə modellərin çatış­mayan cəhəti ondan ibarətdir ki, bura­da su balans tənliyində dənizdən Qa­ra- Boğaz- Qol körfəzinə olan axım nəzərə alınmayır. Belə ki, Qara-Bo- ğaz-Qol körfəzinə dəniz suyunun axı­mının qarşısını almaq üçün 1980-ci il­də tikilən şlüz-bənd 1992-ci ildə Türk­mənistan tərəfindən dağıdıldıqdan sonra boğazın en kəsik sahəsi əvvəl­ki, vəziyyətə nisbətən iki dəfədən çox artmışdır. Bunun nəticəsində yalnız 1996-2015-ci ildə körfəzə 18.9 km3 dəniz suyu axırdı ki, bu da təxminən 4,85 sm səviyyə azalması deməkdir. Bu isə ümumi səviyyənin düşməsinin 72%-i digər su balans elementləri isə cəmi 28%-i təşkil edirdi. Bunun da 14% buxarlanmanın, 10% çay axımı­nın, 4% isə yağıntıların payına düşür­dü. Rusiyanın xəzərşünas alimi, prof. V. Malinin fikrinə görə Xəzər dənizinin özünəməxsus fiziki-coğrafi, iqlim, hidroloji və s. xüsusiyyətlərə malik olması, müasir iqlim modellərinin nəinki, dəniz akvatoriyasında hətta onun sutoplayıcı hövzəsində ayrı-ayrı prosesləri, o cümlədən temperaturun fəza-məkan dəyişmələrini adekvat əks etdirə bilməməsinə səbəb olur. Bunu təsdiq etmək üçün prof. V.A. Lobanov öz tədqiqatlarında  CMIP5  layihəsindən (Coupled Model Intercomparison Project, Phase 5) 10  ən yaxşı iqlim modelini təhlil edib. Bu modellər əsasən atmosfer-okean-quru arasında qarşılıqlı prosesləri nəzərə almaqla 1960-2022-ci illərin oxşar empirik məlumatları ilə müqayisəli təhlilə əsaslanır. Tədqiqatda bütün modellər sistematik olaraq havanın orta çoxillik temperaturunun 30C-dən 120C qədər artmasını göstərir. Bununla belə hətta faktiki müşahidə olunan orta aylıq temperaturlarla modellərə görə hesablanmış temperaturlar arasında korrelysiya əmsalları( r=0.2) olduqca aşağı olur. RCP 4.5 və RCP 8.5 iqlim senarilərinə görə XXI-ci əsrin sonlarına yaxın dənizin səviyyəsinin müvafiq olaraq  9 - 18 m aşağı düşməsi göstərilir və təssüfki, bəzi tədqiqatçılarda  buna istinad edirlər.. Təbii ki,bir sıra müəlliflər göstərir ki, belə modelləri işləyənlər alınmış nəticələrin fiziki dəqiqliyini nəzərə almırlar. 

Əgər bu nə­ticələr modellərə əsasən orta çoxillik temperaturların 30C ilə 120C arasın­da artmağına əsaslanırsa bu absurd nəticələrdir və bunun uzunmüddətli proqnozlar kimi özünü doğrultma eh­timalı olduqda aşağı olur. Belə proq­nozlar elmi proqnozlardan çox fantas­tik sensasion proqnozlara oxşayır. Əlavə təsdiq üçün demək olar ki, son 2000 ildə Xəzər dənizinin səviyyəsi cəmi 12 metr, son 300 ildə isə 5 m amplitudunda dəyişmələrə məruz qal­mışdır. Belə iqlim modelləri Xəzər də­nizinin su toplayıcı hövzəsinin hid- roiqlim proseslərinin, hava kütlələri­nin zaman-məkan dəyişmələrini, bu dəyişmələrdə müxtəlif yarana biləcək senariləri özündə tam əks etdirə bil­mir. Bu da səviyyənin dəyişmələri ilə bağlı sensasion proqnozların verilmə­sinə səbəb olur. Əlavə olaraq göstər­mək olar ki dənizin səviyyəsinin aşa­ğı düşməsi onun morfometrik elemen­tlərinin dəyişməsinə bu isə öz növbə­sində buxarlanmanın azalmasına və səviyyənin stabilləşməsinə səbəb olur. Eyni zamanda Xəzər dənizinin səviyyəsinin stabiləşməsi bir sıra rus alimlərinin fikrincə 30.6 m-də baş ve­rə bilər. Çünki bu səviyyədə Xəzər də­nizindən Qara-Boğaz-Qol körfəzinə suyun axımı dayanacaqdır (Körfəzin mütləq səviyyəsinə görə) və həmin tədqiqatçıların fikrinə görə dənizin sə­viyyəsi -31,0 metrdən aşağı düşmə­yəcəkdir.

Xəzər dənizinin problemlərinin kompleks həlli məqsədilə Xəzər ətrafı ölkələrin, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) digər müvafiq Beynəlxalq təşkilatların birgə təşəb­büsü ilə 1994-cü ildə Cenevrə şəhə­rində ÜMT-nin iqamətgahında keçiri­lən tədbirdə "Xəzərin hidrometeorolo­giyası və çirklənməsinin monitorinqi’’ adlı Beynəlxalq Koordinasiya Komitə­si yaradıldı. (CASPAS) Hər II rotasiya ilə Xəzər ətrafı ölkələrin birində keçiri­lən bu qurumun əsas məqsədi Xəzər dənizini mövcud problemlərdən qoru­maq üçün ölkələrarası qarşılıqlı əmək­daşlıq nəticəsində müvafiq senarilərə uyğun dənizin hidrometeoroloji şərai­tini, ekoloji problemlərini kompleks öyrənməkdən və mühafizə etməkdən ibarətdir.

Xəzər dənizinin səviyyəsinin onun su balans elementlərindən, xü­susən Xəzərə tökülən çay axımların­dan korrelyativ asılılığı çoxillik tədqi­qatlarda öz təsdiqini tapmışdır. Lakin, bəzi illərdə Volqa çayının illik axım həcminin artmasına baxmayaraq Xəzərin səviyyəsində artım müşahidə edilmir. Bu təbii ki, belə bir asılılığın olmasını şübhə altına salmır, əksinə belə hal  ən azı həmin dövrlərdə səviyyənin aşağı düşməsinə imkan vermir.   Buda   yenə səviyyənin Volqa çayının illik axımından asılılığının göstəricisidir. 2011-ci ildə Volqa çayının illik axın normadan  48,9 km3  az  olmuş və buna müvafiq səviyyə 25 sm aşağı düşmüşdür.  2017 və 2020-ci illərdə isə Volqa çayının illik axım həcmlərinin müvafiq olaraq artması (278 km3 və 282 km3) nəticəsində səviyyədə azalma  müşahidə edilməmişdir. 2011, 2015, 2021 və 2022-ci illərdə çay axımlarında azsulu dövrlər olduğundan   dənizin səviyyəsi ümumən 112,3 santimetrə qədər düşmüşdür. Yalnız 2021-2023-cü illərdə səviyyə 55sm-ə qədər azalmışdır.Neft Daşları məntəqəsinə görə 2024-cü ilin iyununda səviyyə minimal həddə düşərək -28,67 metr olub,illik azalma isə,-29,04m. olmuşdur ki, buda 1977-ci ildə müşahidə olunan ən minimal səviyyəyə uyğundur.

 

Rza MAHMUDOV

ARETN Cİ-nun şöbə müdiri, c.e.d., professor

ELM, №12, 11 aprel 2025