| (1938 - 2022) |
Təvəllüdü: 01 sentyabr 1938 il
Təhsili: Azərbaycan Dövlət Universiteti, coğrafiya fakültəsi
Vəzifəsi: «Qurunun hidrologiyası və su ehtiyatları» şöbəsinin müdiri
Elmi dərəcəsi, elmi rütbəsi: Coğrafiya üzrə elmlər doktoru, baş elmi işçi
Dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 5406.01 – Hidrologiya
Elmi tədqiqat sahələri: Çayların su balansı və su ehtiyatlarının, çayların formalaşmasında iştirak edən yeraltı suların tədqiqi
Elmi nəticələri:
- Müşahidə materiallarına əsasən axımın hövzənin yüksəkliyinə görə 13 əlaqənin alınması və dəqiqləşdirilmiş illik axım xəritəsinin tərtibi;
- İllik axım ilə yeraltı axım arasında alınmış əlaqəyə əsasən yeraltı axımın təyini metodikasının təklif edilməsi və ilk yeraltı xəritəsinin tərtib edilməsi;
- Dağ ölkələri üçün ilk dəfə olaraq ərazinin rütubətliyi ilə buxarlanma və yeraltı axım arasında əlaqənin alınması və Azərbaycan ərazisinin landşaft qurşaqları üzrə hidroloji rayonlaşmanın aparılması;
- Axımın yay təbii tənzimlənməsinin təyin edilməsi və metodikasının təklif edilməsi; Azərbaycanın bütün inzibati, təbii – iqtisadi rayonların və landşaft qurşaqlarının su ehtiyatlarının təyin edilməsi;
- İnsanın təsərrüfat fəaliyyətinin çayların su ehtiyatları və axım rejiminə təsirinin öyrənilməsi.
Təltif və mükafatlar: «Tərəqqi» medalı
Əsas iş yeri və ünvanı: AMEA, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı şəhəri, H.Cavid pr., 115
Xidməti tel.: +99412 538 54 18
Elektron poçtu: [email protected]
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 55, o cümlədən 3 monoqrafiya
Əsas elmi əsərlərin adları:
- Взаимосвязь элементов водного баланса Большого Кавказа // АН Азерб. ССР, Баку, 1967
- Типы водного баланса Азербайджана // ТР. Аз НИИ водных проблем, т. ЫЫЫ, 1972. Снеговое питание рек Азербайджана // «Гидрометиздат», 1974
- Водный баланс Большого Кавказа // Элм, Баку, 1973
- Водный баланс Азербайджанской ССР // Элм, Баку, 1978
- Водные ресурсы Азербайджанской ССР // Элм, Баку, 1989
- Формирование речного стока его рациональное использование и пути перераспределения по территории Азербайджана // Известия НАН Азерб. ССР, №1, 2008