Coğrafiyaçı alim televiziyada havanın çirklənməsi barədə danışıb Apr 22, 2022 | 05:04 / MÜHÜM HADİSƏLƏR

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov İTV kanalında yayımlanan “Səhər” proqramının qonağı olub.

Ümumdünya Yer Kürəsi Günü münasibətilə televiziyaya dəvət olunan alim havanın çirklənməsi haqqında geniş müsahibə verib. O bu günün qeyd olunmasının tarixi və əhəmiyyəti, ozon təbəqəsinin insan həyatındakı rolu, maqnit qasırğalarının orqanizmə təsiri və s. haqqında məlumat verib. Professor xəzri və gilavar küləklərini müqayisə edərkən qeyd edib ki, gilavar küləyində atmosfer təzyiqi aşağı düşür, oksigenin sıxlığı azalır. Xəzri küləyində isə əksinə - atmosfer təzyiqi qalxır, oksigenin sıxlığı artır. Bu səbəbdən qan təzyiqi yuxarı olan xəstələr şimal küləyi olmasına baxmayaraq, xəzri küləyində özlərini daha yaxşı hiss edirlər. Bu isə bir daha insanların atmosferdən asılılığını göstərir.