Coğrafiyaçılar Şəki-Zaqatala rayonlarında tədqiqat işi aparıblar Noy 04, 2022 | 02:11 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin rəhbəri, a.ü.f.d. Ənvər Əliyev başda olmaqla, şöbənin kiçik elmi işçiləri Ağayeva Firuzə, İsmayılova Şəhla və elmi işçi Nicat İmamverdiyev oktyabrın 10-dan 20-dək Şəki-Zaqatala rayonlarında çöl tədqiqatında olublar.

Müxtəlif təbii və antropogen amillərin ərazinin ekoloji vəziyyətinə təsir xüsusiyyətlərini öyrənən İnstitut əməkdaşlarının əsas məqsədi  şöbənin “Böyük Qafqazın cənub yamacının şimal-qərb hissəsinin ekoloji problemlərinin tədqiqi”  üzrə elmi hesabatının hazırlanması olub. İlk dəfə olaraq Şəki və Zaqatala şəhərlərinin II və III dərəcəli yollarında, eləcə də ərazidən keçən avtomagistralın (M-5) bəzi hissələrində nəqliyyat vasitələrinin təbii mühitə təsir xüsusiyyətləri öyrənilib.

Ekspedisiya zamanı tədqiqatçılar metodiki göstəricilərə əsasən müvafiq materialların toplanmasına nail olublar.