Cİ əməkdaşı “Effektiv kommunikasiya” mövzusunda təlim-seminarda iştirak edib Fev 16, 2023 | 12:02 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə fevralın 16-da ETN-in Medianın inkişafı Agentliyi ilə birgə “Effektiv kommunikasiya” mövzusunda keçirdiyi təlim-seminarda iştirak edib.

Təlim-seminarı keçirməkdə əsas məqsəd elmi müəssisələrin və universitetlərin sosial media hesablarının təhlili, kommunikasiyanın düzgün təşkili və digər bu kimi mövzularla bağlı bilik və bacarıqları təkmilləşdirmək, media sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaq olub.

Açılış mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Elm və təhsil nazirinin müşavirləri Elnur Nəsibov və Nicat Məmmədli, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev və Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov çıxış ediblər.

Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova "Media savadlılığı", "Alibayov" Kommunikasiya və Konsultinq şirkətinin rəhbəri Vəli Əlibəyov "Uğurlu kommunikasiyanın qurulması, kommunikasiya alətlərindən düzgün istifadə", təlimçilər Toğrul Ələkbərov "Effektiv təqdimat bacarıqları", Fəxri Ağayev "Şəxsi və peşəkar inkişaf", Azər Nəzərov "Təhsil müəssisələri üçün PR və kommunikasiyanın əsasları", həmçinin Təhsil TV-nin rəhbəri Rəşad Cəfərov "Təhsil TV ilə əməkdaşlıq imkanları" mövzularında çıxış ediblər.

Təlim-seminar çərçivəsində müzakirələr aparılıb, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.