İqlimşünas alim qlobal istiləşmə barədə müsahibə verib İyn 16, 2023 | 03:06 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov  Real TV-də qlobal istiləşmənin gözləntilərindən danışıb.   

İqlimşünas alim Ümumdünya Meteorologiya Təşkilatının 2024-cü ilin isti keçəcəyi haqqındakı proqnozu şərh edərək, iqlim dəyişikliklərinin astronomik amillərlə bağlı olduğunu qeyd edib. Lakin  əsas səbəb kimi antropogen amilləri önə çəkən S.Səfərov  atmosferə küllü miqdarda atılan karbon qazının miqdarının artmasının təhlükəli nəticələr verəcəyini proqnoz edib. O həmçinin yağıntıların, eləcə də şirin su ehtiyatlarının azalmasının, quraqlıq və daşqınların əmələgəlmə səbəbləri,  el nino və la nino effekti, Şimali Atlantika indeksi, qlobal istiləşmənin Azərbaycana təsiri və s. haqqında geniş məlumat verib.