AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – coğrafiya elmləri doktoru, dosent Stara Tarixazər və coğrafiya üzrə fəlsəfə doktoru, dosent Elina Kərinmova, eləcə də c.ü.f.d. mərhum Qalib Kərimovun müəllifliyi ilə “Qobustan: geomorfoloji şərait və resurslar” kitabı çapdan çıxıb.
CİS texnologiyalarından istifadə etməklə, Qobustan relyefini təhlil edən müəlliflər onun xarakteristikası və əsas özəlliyni rekreasiya baxımından qiymətləndiriblər. Ərazinin rayonlaşdırılması həyata keçirib, rekreasiya və turizm infrastrukturunun formalaşdırılması üçün xüsusilə sərfəli olan zonalar qeyd edilib.
Uyğun sahələrin mütəxəssisləri, universitet müəllimləri, doktorant, magistr və bakalavr təhsili alan tələbələr üçün nəzərdə tutulan kitab Qobustan ərazisində turizmin formalaşdırılması üçün investisiya layihələrinin təşkilində istifadə oluna bilər.