Coğrafiya İnstitutunda Ümumdünya Mülki Müdafiə Günü qeyd edilib Mart 01, 2024 | 04:03 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda 1 Mart Ümumdünya Mülki Müdafiə Günü qeyd edilib.

Mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev çıxışında bildirib ki, Ümumdünya Mülki Müdafiə Təşkilatı 1931-ci ildə yaradılan “Cenevrə regionu assosisasiyası” əsasında təsis edilmişdir ki, hazırda bu təşkilata 100-dən çox ölkə daxildir. Azərbaycan 1993-cü ildən ÜMMT-nin fəal üzvüdür. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş ÜMM Günü hər il kütləvi humanitar tədbir kimi qeyd edilir.

Qərargah rəisi bu günün keçirilməsinin məqsəd və vəzifələri haqqında danışarkən qeyd edib ki, mülki müdafiənin başlıca vəzifəsi əhalinin mühafizəsidir. İctimaiyyətin diqqətini bir daha əhali və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi məsələlərinə, bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin işini və fədakarlıqlarını lazımınca qiymətləndirmək  isə əsas məqsəddir.