Cİ əməkdaşları AMEA RH-da təqdimat mərasimində iştirak ediblər May 08, 2024 | 03:05 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları  şöbəsinin müdiri, professor Rza Mahmudov və İnstitut Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı AMEA-nın Rəyasət Heyətində Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş, Gürcüstanın “Dalğa” televiziyasının və “ERA” film studiyasının birgə ərsəyə gətirdiyi “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimat mərasimində iştirak ediblər.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anar, Milli Məclsin deputatı Sadiq Qurbanov, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, əməkdar jurnalist Şahismayıl Şəmmədoğlu, Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin sədri Levan Mamaladze, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, elmi müəssisə və təşkilatların direktorları iştirak ediblər.

Tədbirdə çıxış edən alim  Ulu öndər H. Əliyev və Gürcüstanın sabiq prezidenti E. Şevardnadzenin siyasi əqidə dostluğundan və bu dostluğun hər iki xalqın, o cümlədən, Gürcüstanda yaşayan soydaşlarımızın həyatında böyük rol oynadığından, Gürcüstan  Azərbaycan dövlətlərinin tarixi münasibətlərində həlledici əhəmiyyətindən danışıb.