İxtisas üzrə imtahanlar uğurla başa çatıb İyn 13, 2024 | 01:06 / ELMİ İCLASLAR

Azərbaycan Respublikası Prezidenti yanında AAK RH-nin 29 sentyabr 2020-ci il tarixli qərarına uyğun olaraq AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə ixtisas imtahanları keçirilib.

İnstitutun direktoru professor Zakir Eminovun sədrliyi ilə keçirilən imtahanlarda 1203.01 – kompüter elmləri ixtisasının texnika istiqaməti üzrə 4 nəfər, 3338.01 –sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə isə 1 nəfər olmaqla ümumilikdə 5 iddiaçı iştirak edib. Ayrı-ayrı ixtisaslar üzrə yaradılmış komissiya üzvləri onların bilik səviyyəsini müvafiq ballarla qiymətləndirib. Bütün iddiaçıların nəticələri məqbul qiymətləndirilib.

İmtahanlar uğurla başa çatıb.