Coğrafiyaçı alim “Yay Fest” Festivalında çıxış edib Avg 21, 2024 | 01:08 / MÜHÜM HADİSƏLƏR

AR Gənclər Fondunun və “İDEA" İctimai Birliyinin təşkilatçılığı  ilə Şamaxıda keçirilən Azərbaycanın “Yay Fest” ən böyük gənclər festivalında AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun  böyük elmi işçisi c.ü.f.d. Elnur Səfərov fəal iştirak edir.

COP29 könüllüləri üçün təşkil edilən “COP həftəsi”ndə  elmi işçi “Qlobal iqlim dəyişmələri fonunda Xəzər dənizinin səviyyə problemləri” mövzusunda çıxış edib. O, iqlim dəyışmələrinin Xəzər dənizi regionuna təsiri, xüsusilə dəniz səviyyəsinin enməsi problemi, onun gələcək perspektivdə proqnozu, iqlim dəyişmələrinin regional şəraitə, əsasən də Azərbaycan ərazisinə təsirindən danışıb, qlobal iqlim dəyışmələrinin su ehtiyatları və kənd təsərrüfatına təsirləri və bütün bu proseslərin nəticələri, xüsusilə ərzaq təhlükəsizliyi sahəsində yarana biləcək problemlərə toxunub.

Çıxış ətrafında aparılan müzakirələr zamanı ölkəmizdə keçiriləcək COP29-un böyük önəm daşıması xüsusi qeyd olunub.

İnteraktif formada təşkil olunmuş panel müzakirəsində YayFest içtirakçılarının sualları çavablandırılıb,  təkliflər  müzakirə olunub.