“Qlobal əhəmiyyət kəsb edən Xəzər dənizinin problemlərinin həllində irəliləyişə nail olmaq üçün Bakıda keçiriləcək COP29 ən əlverişli platformadır”. Bu sözləri AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyasi şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov Xalq qəzetinə müsahibəsində deyib.
Alimin sözlərinə görə Coğrafiya İnstitutunda aparılan tədqiqatların nəticələrinə görə dənizin səviyyəsində müşahidə olunan qalxma və enmə regionun külək rejimində baş verən dəyişikliklərlə müşayiət olunur ki, bu da öz növbəsində dənizin hövzəsinə düşən yağıntılara və müvafiq olaraq çay axımlarına, həmçinin səthdən buxarlanmaya ciddi təsir göstərir. Tədqiqatdan alınan nəticələr Xəzər dənizinin səviyyəsinin gələcək uzunmüddətli proqnozlaşdırılmasında mühüm rol oynaya bilər.