Cİ əməkdaşı ABŞ-da keçirilən təlimlərdə iştirak edib Okt 10, 2024 | 04:10 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, t.e.ü.f.d. İsmayıl Zeynalov ABŞ-ın Hyuston şəhərində Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) təşkil etdiyi “NASA Yer müşahidələrindən istifadə edərək karbon qazının ölçmələrinin iqlim dəyişmələrinə təsiri” adlı təlimdə onlayn formatda iştirak edib.

Dünyanın hər yerindən 350-ə yaxın iştirakçının cəlb edildiyi bu 3 hissədən ibarət təlim CO2 kosmik ölçmələri iqlim tədqiqatlarını dəstəkləmək üçün vacib bir vasitə rolunu oynayıb.

Təlimin moderatorları vebinarın  əvvəlki 2-ci  CO2 təliminə əsaslanaraq OCO-2 və OCO-3 ölçmələrinin daha dərindən araşdırılmasını və nümayişini təmin ediblər. Təlimdə həmçinin, məlumatların toplanması və təhlili vacib amillərdən olub.