AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyasi şöbəsinin müdiri professor Əmir Əliyev başda olmaqla aparıcı elmi işçi c.ü.f.d. Nazim Əhmədov və mütəxəssis Ramin Atakişiyev Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə əlaqədar Neftçala rayonunda çöl tədqiqat işləri aparıblar.
Tədqiqatçılar Xəzər dənizinin səviyyə tərəddüdləri ilə əlaqədar sahildə baş verən prosesləri öyrənib, son illərdə səviyyənin kəskin surətdə aşağı düşməsi ilə əlaqədar sahil zonasının geomorfoloji vəziyyətini tədqiq ediblər.
Kür çayının mənsəbində ölçmə işləri və monitorinq aparan mütəxəssislər tərəfindən bu ərazidə Xəzər dənizinin 20 il ərzində 500 metr geriyə çəkilməsi müşahidə edilib.