Coğrafiya İnstitutunun əməkdaşı COP29 tədbirində məruzə edib Noy 25, 2024 | 01:11 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov Bakıda keçirilən COP-29 tədbirində “Kür və Araz çaylarında transsərhəd çirklənmə və su idarəçiliyi” mövzusunda tədqimatla çıxış edib.

O, Gürcüstan, Ermənistan, Türkiyə və İran ərazisində Kür və Araz çaylarının çirklənməsi, çay sularını ağır metallarla və kimyəvi birləşmələrlə çirkləndirən mənbələr haqqında məruzə edib, qonşu ölkələrdə inşa edilmiş və istifadəyə verilməsi planlaşdırılan su anbarlarının həmin çayların su ehtiyatlarına, çirklənmənin dərəcəsinə təsiri barədə məlumat verib. R.Kərimov Kürün və Arazın, onların qollarının məişət-çirkab suları, sənaye sahələrinin tullantıları, əkin sahələrində istifadə edilən pestisidlər ilə çirklənməsini diqqətə çatdırıb. Elmi işçi su idarəçiliyi və su ehtiyatlarından istifadəyə dair üç Qafqaz ölkəsi arasında üçtərəfli razılaşmanın hələ də mövcud olmadığını, belə bir sənədin gələcəkdə imzalanmasının su və digər ekosistemlərin qorunması nöqteyi-nəzərindən zəruri olduğunu qeyd edib.