AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib.
Fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan 7 doktorantın təhsillərini tamamları barədə hesabatları dinlənilib. Attestasiya komissiyasının üzvləri onların dissertasiya işlərinin yerinə yetirilməsinin vəziyyətini araşdıriblar. Komissiya onlardan 6-sının təhsilini başa vurması, 1-inin isə attestasiyadan keçməməsi barədə qərar qəbul edib.
Fəlsəfə doktoru hazırlığı təhsili üzrə II kursdan III kursa keçən 7 doktorantın da hesabatı dinlənilib. Onların tədqiqatları qənaətbəxş hesab edilib və növbəti kursa keçmələri barədə qərar verilib.
Fəlsəfə doktoru hazırlığı üzrə 1 dissertant yaşayış yerini xaricə dəyişdiyi üçün onun dissertanturadan xariç olunması qərara alınıb.
Elmlər doktoru hazırlığı üzrə 4 dissertantın illik hesabatı dinlənilib və onlar növbəti kurslara keçirilib.