Elmi şuranın iclasında doktorantların elmi mövzularının adlarına yenidən baxılıb Apr 30, 2025 | 12:04 / ELMİ İCLASLAR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru  v.i.e. c.ü.f.d., dosent Zaur İmraninin sədrliyi ilə Elmi şuranın iclası keçirilib. Z.İmrani gündəlikdə duran məsələlər haqqında məlumat verdikdən sonra onların müzakirəsinə başlanıb.

Əvvəlcə Coğrafiya İnstitutunda akkreditasiya ilə bağlı məsələlərə baxılıb, İnstitut əməkdaşlarının qarşısında qoyulan tələblər iştirakçıların diqqətinə çatdırılıb.

Sonra doktorantların elmi mövzularının adları bir-bir yenidən nəzərdən keçirilib. 9 doktorantın mövzusunun adı özlərinin fikirləri nəzərə alınmaqla ayrı-ayrılıqda müzakirə olunub. Müzakirə zamanı onların müasir tələblərə cavab verməsi əsas götürülüb. Mövzuların adları  müəyyən dəyişiklik edildikdən  sonra təsdiq edilib.

Coğrafiya üzrə fəlsəfə doktorları Natəvan Cəfərova və  Xasiyət İsmətovanın birgə yazdıqları “Принципы применения ГИС технологий и данных дистанционного зондирования в экологический исследованиях” (Ətraf mühit tədqiqatlarında GİS texnologiyalarının və məsafədən zondlama məlumatlarının tətbiq prinsipləri) adlı monoqrafiyanın çapa təqdim edilməsi məsələsinə baxılıb. N.Cəfərova kitab haqqında məlumatla çıxış etdikdən sonra şura üzvləri müzakirə edərək monoqrafiyanın çapa verilməsini məsləhət görüblər.

 Daha sonra müzakirələrdən sonra coğrafiya elmləri doktoru, dosent Starə Tarixazərin «Геоэкологическая оценка территорий тюркского мира для устойчивого развития» (Türk dünyası ərazisinin davamlı inkişafının geoekoloji qiymətləndirilməsi) monoqrafiyasının  çapa təqdim edilməsinə qərar verilib.