“Fiziki coğrafiyanın əsaslarının müasir anlayışı” monoqrafiyası çapdan çıxıb İyl 23, 2025 | 10:07 / YENİ NƏŞRLƏR

Coğrafiya elmləri doktoru, dosent Starə Əbülfəz qızı Tarixəzərin “Fiziki coğrafiyanın əsaslarının müasir anlayışı” adlı monoqrafiyası dərç edilib.

 Kitabda müəllif obyekt və vəzifələri araşdırır, həmçinin Yerin quruluşu və əmələ gəlməsi şəraiti haqqında əsas məlumatları təqdim edir, coğrafi qabığın geosferlərinin təsvirini verir. Fəsillərdən biri ətraf mühit problemlərinə həsr olunub. “Bu, Maraqlıdır” bölməsində astronomiya, geologiya, klimatologiya və s. sahəsində dünya elmi tədqiqatlarına dair ən son məlumatlar yer alır. Çoxsaylı cədvəllər, xəritələr və illüstrasiyalar təqdim olunur.

Monoqrafiya ali məktəblərin coğrafiya fakültələrinin “Coğrafiya” ixtisası üzrə təhsil alan müəllim və tələbələri üçün nəzərdə tutulub. Digər ali təhsil müəssisələrinin ekoloji-coğrafi sahədə tələbələri və aspirantları üçün də maraqlı ola bilər.

Bakı: OPTIMIST, 2025, 482 s. 2-ci nəşr, yenidən işlənmiş və əlavələr.