AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, t.e.ü.f.d. İsmayıl Zeynalov ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin təşkil etdiyi, “NASA Yer Məlumatları Sistemindən istifadə edərək planlaşdırma və qərar dəstəyi üçün dəniz səviyyəsinin dəyişməsi alətləri” adlı təlimində onlayn formatda iştirak edib.
Bu iki hissədən ibarət giriş təlim seriyasında NASA məhsullarına və dəniz səviyyəsinin tarixi yüksəlişini qiymətləndirmək, dəniz səviyyəsinin proqnozlarını anlamaq, onların təsirlərini öyrənmək üçün mövcud vasitələrə diqqət yetirilib. İştirakçılar regional və qlobal dəniz səviyyəsinin dəyişməsinin səbəbləri ilə tanış olub və NASA məlumatlarının əldə edilməsi, vizuallaşdırılması və statistik təhlilinin aparılması üçün iqlim və analitik alətləri araşdırıblar.
İmtahanı müvəffəqiyyətlə başa vuran İ.Zeynalova NASA-nın sertifikatı təqdim olunub.