“Buzlaqların yox olma təhlükəsi” Okt 01, 2025 | 05:10 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi c.ü.f.d. Natəvan Cəfərovanın  Kaspiy qəzetində   “Buzlaqların yox olma təhlükəsi” adı altında müsahibəsi dərc edilib.

Qeyd edilib ki, BMT 2025-ci ili buzlaqların qorunması ili elan edib. Bu isə təsadüfi deyil, çünki qlobal istiləşmə bütün dünyada onların əriməsinə səbəb olur.

Coğrafiyaçı alim müsahibəsində Azərbaycanda buzlaqların vəziyyəti, onların  qorunması, əriməsinin ölkənin  kənd təsərrüfatına, hidroenergetika və su təchizatına təsiri, buzlaqların qorunması  haqqında  beynəlxalq və regional təşəbbüslər və s. kimi məsələlərə aydınlıq gətirib. Gürcüstanda “Cənubi Qafqazda Adaptasiya üzrə Regional Dialoq”  mövzusunda keçirilən tədbirdən  söhbət açan N.Cəfərova  bildirib ki, orada etdiyi   “Azərbaycanda iqlim dəyişikliyinin qar və buz örtüyünə təsiri: qiymətləndirmə, uyğunlaşma və siyasətlə bağlı cavab tədbirləri” mövzusundakı çıxışında dövlət siyasəti çərçivəsində buzlaqların vəziyyəti, monitorinqi və adaptasiya tədbirləri haqqında geniş məlumat verib. Onun sözlərinə görə 2000-ci ildən 2020-ci ilə qədər onların sahəsi sənayeşmədən əvvəlki səviyyələrlə müqayisədə 23%-dən çox azalıb. Hətta kiçik istiləşmə də əriməni sürətləndirir.

https://kaspiy.az/ledniki-na-grani-ischeznoveniya