Coğrafiya İnstitutunun gənc alimi beynəlxalq konfransda məruzə ilə çıxış edib Fev 06, 2026 | 12:02 / KONFRANSLAR

    04 fevral tarixində AR ETN Coğrafiya İnstitutunun “Turizm və rekreasiya coğrafiyası” laboratoriyasının elmi işçisi c.ü.f.d. Turanə Hüseynova Milli Aviasiya Akademiyasının təşkil etdiyi “Fevral məruzələri 2026: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” XI Beynəlxalq Elmi-praktiki gənclər konfransında iştirak etmişdir.

    Gənc alim və tədqiqatçıların bir araya gəlməsi, yeni elmi ideya və təcrübələrin paylaşılması, eyni zamanda elmi nəticələrin təqdimatının həyata keçirilməsi nəzərdə tutulan “İqlim dəyişmələri və aviasiya meteorologiyasının problemləri” plenar iclasında c.ü.f.d. Turanə Hüseynova “Qəbələ rayonunda təbii-iqlim amilinin turizm sektoruna təsiri” mövzusunda məruzə etmişdir. Məruzədə Qəbələ inzibati rayonunda təbii-iqlim amilləri kontekstində buzlaqların və daimi qar örtüyünün azalmasının turizm fəaliyyətinə təsirinin qiymətləndirilməsi, mövcud risklərin müəyyənləşdirilməsi və turizmin iqlim dəyişmələrinə adaptasiya imkanlarının təhlil edilməsi barədə geniş məlumat vermişdir. MAA-nın “Aviasiya meteorologiyası” kafedrasının müdiri t.e.d., prof. Nazim Hüseynov, Kafedranın  professoru c.e.d. Rza Mahmudov və baş müəllimi c.ü.f.d. Camal Hüseynovun rəhbərliyi ilə təşkil olunmuş konfransda məruzələr dinlənilib, elmi diskussiya aparılmışdır.