“Azərbaycan ərazisinin hidroqrafik xüsusiyyətləri” adlı kitab nəşrə hazırlanır Apr 08, 2026 | 10:04 / MÜSAHİBƏLƏR

      Kitabın tərtibatçıları Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri professor Rza Mahmudov, coğrafiya üzrə fəlsəfə doktorları Ziyafət Ağayev və Mövlud Teymurovdur.

         Professor Rza Mahmudov AZƏRTAC-a açıqlamasında bildirib ki, 8 fəsildən ibarət bu monoqrafiya müasir dövrün tələblərinə uyğun hazırlanıb. Kitab plagiat yoxlanışından keçib və nəşrdə 2025-ci ilə qədər olan hidroqrafik məlumatlardan istifadə edilib.

     Qeyd olunub ki, bu monoqrafiya 1963-cü ildə professor Saleh Rüstəmovun hazırladığı “Azərbaycan çaylarının rejim xüsusiyyətləri” əsərindən sonra ölkə üçün xüsusi elmi əhəmiyyət daşıyan nəşrlərdən biridir.

    Monoqrafiyanın elmi redaktoru Bakı Dövlət Universitetinin professoru Fərda İmanov, rəyçiləri isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mütəxəssisləri, coğrafiya üzrə fəlsəfə doktorları Rafiq Versiyev və Rəşail İsmayılovdur.