13 aprel 2026-cı il tarixində AR ETN Coğrafiya İnstitutu PHŞ ilə Azərbaycan Standartlaşma İnstitutunun əməkdaşları arasında görüş keçirilmişdir.
Görüşün əsas məqsədi əvvəlki dövrlərdə yaradılmış “Torpaqşünaslıq, agroekologiya və aqrokimya” sahələri üzrə Milli Standartların hazırlanması üzrə Texniki Komitənin (AZSTAND/TK 32) fəaliyyətinin müzakirəsi və iki qurum arasında əməkdaşlığın daha da genişləndirilməsi olmuşdur.
Görüş zamanı Coğrafiya İnstitutu PHŞ-nin direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani əməkdaşlığın genişləndirilməsi və gələcək perspektivlərin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətə hazır olduqlarını qarşı tərəfin diqqətinə çatdırmışdır.
Tərəflər arasında müzakirələr geniş və məhsuldar olmuş, gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.