AR ETN Coğrafiya İnstitutu PHŞ-nin Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri, c.e.d., dosent Səid Səfərov 23–26 aprel 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində səfərdə olub.
Səfər çərçivəsində o, Astana şəhərində keçirilən Regional Ekoloji Sammiti (RES-2026) çərçivəsində təşkil olunan, Xəzər dənizinin səviyyəsinin enməsi səbəblərinin araşdırılması, səviyyə tərəddüdləri üzrə ssenarilərin hazırlanması və uyğunlaşma tədbirlərinin işlənilməsi məqsədilə yaradılmış Azərbaycan–Qazaxıstan ikitərəfli İşçi Qrupunun iclasında iştirak edib.
Aprelin 24-də keçirilən iclas zamanı Səid Səfərov müzakirələrdə fəal iştirak edərək Xəzər dənizində müşahidə olunan səviyyə dəyişiklikləri və bu istiqamətdə elmi yanaşmalarla bağlı fikirlərini bölüşüb.
Səfər zamanı qazaxıstanlı həmkarlarla Xəzər dənizinin səviyyə problemləri üzrə fikir mübadiləsi aparılıb. Eyni zamanda, bu sahədə birgə elmi tədqiqatların aparılması və əldə olunacaq nəticələrin nüfuzlu beynəlxalq jurnallarda dərc edilməsi barədə ilkin razılıq əldə olunub.