AR ETN Coğrafiya İnstitutu PHŞ ilə AR ETN Aqrar Problemlər İnstitutu arasında elmi-tədqiqat və tədris sahələrində əməkdaşlığın genişləndirilməsinə dair qarşılıqlı anlaşma memorandumu imzalanıb.27 aprel 2026-cı il tarixindən qüvvəyə minən sənəd institutlar arasında elmi potensialın gücləndirilməsini, birgə tədqiqatların həyata keçirilməsini, eləcə də fakültə, tələbə və əməkdaş mübadiləsinin təşviqini nəzərdə tutur.
Tərəflər, həmçinin tədris və tədqiqat məqsədilə bakalavr, magistr və doktorantura səviyyələrində tələbə qəbulunun dəstəklənməsi, professor-müəllim heyətinin qarşılıqlı iştirakının genişləndirilməsi istiqamətlərində əməkdaşlıq imkanlarını araşdıracaqlar.
Sənəd hər iki institutun rəhbərləri tərəfindən təsdiqlənib və tərəflər arasında uzunmüddətli elmi əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcını qoyur.