AR ETN Coğrafiya İnstitutunda dissertasiya işinin müzakirəsinə həsr olunmuş elmi seminar keçirilib İyn 08, 2026 | 12:06 / ELMİ İCLASLAR

5 iyun 2026-cı il tarixində AR ETN Coğrafiya İnstitutunun  doktorantı Ayşən Məmmədovanın “Azərbaycanda təbii-coğrafi və sosial-iqtisadi şəraitin insan sağlamlığına təsiri” mövzusunda hazırladığı dissertasiya işinin müzakirəsi keçirilmişdir.

Müzakirə Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.23 Dissertasiya Şurasının bazasında yaradılmış BFD 1.23 Birdəfəlik Dissertasiya Şurasının Elmi seminarında baş tutmuşdur. Seminar zamanı iddiaçı tərəfindən aparılmış elmi tədqiqatın əsas nəticələri təqdim edilmiş, dissertasiya işinin aktuallığı, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Elmi seminar iştirakçıları tərəfindən dissertasiya işinə dair rəy və təkliflər səsləndirilmiş, müəllif tərəfindən verilən suallar ətraflı cavablandırılmışdır. Müzakirələrin yekununda tədqiqat işinin elmi səviyyəsinin qənaətbəxş olduğu vurğulanmış və dissertasiya işinin növbəti mərhələyə – müdafiəyə təqdim edilməsi məqsədəuyğun hesab edilmişdir.

Yekun qərara əsasən, Ayşən Məmmədovanın “Azərbaycanda təbii-coğrafi və sosial-iqtisadi şəraitin insan sağlamlığına təsiri” mövzusunda dissertasiya işi müdafiəyə tövsiyə olunmuşdur.