İyunun 4-5 tarixlərində AR ETN Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və təbiətdən istifadə" laboratoriyasının müdiri c.e.d. İsmayılov Mirnuh və institutun elmi katibi c.ü.f.d. Səidə Zeynalova Masallı Dövlət Regional Kollecində müəllim və tələbələrlə görüşdə iştirak etmişlər. Görüş "Gurşad" jurnalının təqdimatı çərçivəsində təşkil edilib. Mirnuh İsmayılov redaksiya heyətinin üzvüdür. Kollec direktoru Rövşən Qurbanovun giriş sözündən sonra Mirnuh İsmayılov və Səidə Zeynalova tələbə və müəllim heyəti qarşısında dayanıqlı inkişaf və ekoloji problemlər mövzusunda məruzə ilə çıxış etmişlər və verilən sualları cavablandırmışlar.
Jurnalda Mirnuh İsmayılovun “Masallı rayonunun coğrafiyası” məqaləsi də müzakirə edilib.