Coğrafiya İnstitutunun əməkdaşları Gəncə-Daşkəsən iqtisadi rayonunda torpaqların aqrobioekoloji tədqiqini aparıblar İyn 09, 2026 | 03:06 / MÜHÜM HADİSƏLƏR

 AR ETN Coğrafiya İnstitutunun əməkdaşları tərəfindən Gəncə-Daşkəsən iqtisadi rayonunda torpaqların aqrobioekoloji xüsusiyyətlərinin öyrənilməsi məqsədilə çöl-tədqiqat işləri həyata keçirilib.

Tədqiqat obyekti kimi Goranboy rayonunun Ağcakənd qəsəbəsində yayılmış dağ boz-qəhvəyi torpaqlar seçilib. Təşkil olunan ekspedisiya zamanı torpaqların aqrobioekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə ərazidə torpaq nümunələri götürülüb.

Tədqiqatlar Coğrafiya İnstitutunun “Torpaqların münbitliyi” laboratoriyasını əməkdaşları – a.e.ü.f.d., dosent Yeganə Manafova, a.e.ü.f.d., dosent Xuraman Zeynalova, k.e.i. Elnarə Abasova,   Səbinə Rəhimova və Nuridə Nəbiyevanın iştirakı ilə aparılıb.

Sahə işləri zamanı xam torpaq sahəsində genetik qatlar üzrə, həmçinin taxıl və tütün bitkiləri altında yerləşən əkin sahələrinin şum qatından (0–30 sm dərinlikdən) torpaq nümunələri toplanıb. Götürülmüş nümunələr üzərində laborator şəraitdə aqrofiziki və aqrokimyəvi analizlərin aparılması nəzərdə tutulur.

Araşdırmanın əsas məqsədi dağ boz-qəhvəyi torpaqların münbitlik göstəricilərinin, aqroekoloji vəziyyətinin və kənd təsərrüfatı istehsalında istifadə imkanlarının müəyyənləşdirilməsidir. Tədqiqat nəticələrinin regionda torpaq ehtiyatlarından səmərəli istifadəyə, torpaq münbitliyinin qorunmasına və elmi əsaslandırılmış aqrotexniki tədbirlərin hazırlanmasına töhfə verəcəyi gözlənilir.Coğrafiya İnstitutunun əməkdaşları Gəncə-Daşkəsən iqtisadi rayonunda torpaqların aqrobioekoloji tədqiqini aparıblar.

AR ETN Coğrafiya İnstitutunun əməkdaşları tərəfindən Gəncə-Daşkəsən iqtisadi rayonunda torpaqların aqrobioekoloji xüsusiyyətlərinin öyrənilməsi məqsədilə çöl-tədqiqat işləri həyata keçirilib.

Tədqiqat obyekti kimi Goranboy rayonunun Ağcakənd qəsəbəsində yayılmış dağ boz-qəhvəyi torpaqlar seçilib. Təşkil olunan ekspedisiya zamanı torpaqların aqrobioekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə ərazidə torpaq nümunələri götürülüb.

Tədqiqatlar Coğrafiya İnstitutunun “Torpaqların münbitliyi” laboratoriyasını əməkdaşları – a.e.ü.f.d., dosent Yeganə Manafova, a.e.ü.f.d., dosent Xuraman Zeynalova, k.e.i. Elnarə Abasova,   aparıcı mühəndislər Səbinə Rəhimova və Nuridə Nəbiyevanın iştirakı ilə aparılıb.

Sahə işləri zamanı xam torpaq sahəsində genetik qatlar üzrə, həmçinin taxıl və tütün bitkiləri altında yerləşən əkin sahələrinin şum qatından (0–30 sm dərinlikdən) torpaq nümunələri toplanıb. Götürülmüş nümunələr üzərində laborator şəraitdə aqrofiziki və aqrokimyəvi analizlərin aparılması nəzərdə tutulur.

Araşdırmanın əsas məqsədi dağ boz-qəhvəyi torpaqların münbitlik göstəricilərinin, aqroekoloji vəziyyətinin və kənd təsərrüfatı istehsalında istifadə imkanlarının müəyyənləşdirilməsidir. Tədqiqat nəticələrinin regionda torpaq ehtiyatlarından səmərəli istifadəyə, torpaq münbitliyinin qorunmasına və elmi əsaslandırılmış aqrotexniki tədbirlərin hazırlanmasına töhfə verəcəyi gözlənilir.