AR ETN Coğrafiya İnstitutunda növbəti elmi seminar keçirilib İyn 11, 2026 | 02:06 / ELMİ İCLASLAR

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunda növbəti elmi seminar təşkil olunub. Seminar coğrafiya elmləri doktoru Nəriman Paşayevin sədrliyi ilə keçirilib. Tədbirdə institutun alim və mütəxəssisləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.

  Seminarda İnstitutun “Turizm və rekreasiya coğrafiyası” laboratoriyasının doktorantı Sevər Kazımova “Quba rayonunun landşaftlarının təbii turizm-rekreasiya potensialının qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

   Məruzədə Quba rayonunun zəngin təbii-coğrafi şəraiti, landşaft müxtəlifliyi, turizm və rekreasiya ehtiyatları təhlil olunub, ərazinin təbii turizm potensialının qiymətləndirilməsi metodları və əldə olunan nəticələr təqdim edilib. Eyni zamanda, rayonun turizm imkanlarının səmərəli istifadəsi, ekoloji tarazlığın qorunması və dayanıqlı turizmin inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.

  Təqdimatdan sonra mövzu ətrafında geniş elmi müzakirələr aparılıb. İnstitutun alimləri tərəfindən doktoranta müxtəlif suallar ünvanlanıb, tədqiqatın elmi-praktik əhəmiyyəti yüksək qiymətləndirilib. Sonda işin daha da təkmilləşdirilməsi, metodoloji bazanın genişləndirilməsi və əldə olunan nəticələrin tətbiqi istiqamətində dəyərli təklif və tövsiyələr səsləndirilib.

   Elmi seminar qarşılıqlı fikir mübadiləsi və məhsuldar müzakirələrlə yadda qalıb.AR ETN Coğrafiya İnstitutunda növbəti elmi seminar keçirilib.

  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda növbəti elmi seminar təşkil olunub. Seminar coğrafiya elmləri doktoru, professor Nəriman Paşayevin sədrliyi ilə keçirilib. Tədbirdə institutun alim və mütəxəssisləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.

 Seminarda İnstitutun “Turizm və rekreasiya coğrafiyası” laboratoriyasının əməkdaşı, doktorant Sevər Kazımova “Quba rayonunun landşaftlarının təbii turizm-rekreasiya potensialının qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

   Məruzədə Quba rayonunun zəngin təbii-coğrafi şəraiti, landşaft müxtəlifliyi, turizm və rekreasiya ehtiyatları təhlil olunub, ərazinin təbii turizm potensialının qiymətləndirilməsi metodları və əldə olunan nəticələr təqdim edilib. Eyni zamanda, rayonun turizm imkanlarının səmərəli istifadəsi, ekoloji tarazlığın qorunması və dayanıqlı turizmin inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.

  Təqdimatdan sonra mövzu ətrafında geniş elmi müzakirələr aparılıb. İnstitutun alimləri tərəfindən doktoranta müxtəlif suallar ünvanlanıb, tədqiqatın elmi-praktik əhəmiyyəti yüksək qiymətləndirilib. Sonda işin daha da təkmilləşdirilməsi, metodoloji bazanın genişləndirilməsi və əldə olunan nəticələrin tətbiqi istiqamətində dəyərli təklif və tövsiyələr səsləndirilib.

    Elmi seminar qarşılıqlı fikir mübadiləsi və məhsuldar müzakirələrlə yadda qalıb.