17-18 iyul 2026-cı il tarixlərində Coğrafiya İnstitutu, Almaniyanın Yustus Libix Universiteti, Bakı Dövlət Universiteti və Tbilisi Dövlət Universitetinin qarşılıqlı əməkdaşlığı əsasında tərəflərin virtual seminarı təşkil olunmuşdur. “Yer sistemi elmi, təhsil və tədqiqat tərəfdaşlıqları vasitəsilə Cənubi Qafqazda BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun regional transformasiyanın təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunan “Davamlı İnkişaf Məqsədlərə inteqrasiya olunmuş coğrafiya təhsili və tədqiqatı üzrə əsas rəqəmsal seminar” adlı görüşdə İnstitutunun direktoru c.e.d., dosent Zaur İmrani, İnstitutun digər əməkdaşları və doktorantları iştirak etmişdir. Açılış nitqinə Azərbaycanda coğrafiya elminin inkişafı, təhsil və elm sahəsində əldə olunan nailiyyətlər, gələcəkdə atılacaq addımlar və onların əhəmiyyəti barədə məlumat verən Zaur İmrani iclasın gedişində həm Azərbaycan, həm Almaniya, həm də Gürcüstan tərəfindən çıxış edən alimlərin və doktoranların fikirlərinə və çıxışlarına öz münasibətini bildirərək yeni nəticələrin əldə olunması barədə danışıqların davam edəcəyini vurğulamışdır. 2 gün davam edən iclasın sonunda tərəfdaş təşkilatların layihə üzrə koordinatorları cari layihənin gedişatını müzakirə edərək gələcək əməkdaşlıq və yeni layihələrdə iştirak barədə danışıqlar aparılmışlar.