14 sentyabr 2026-cı il tarixində AR ETN Coğrafiya İnstitutunda əməkdaşların işə davamiyyəti və iş rejimi ilə bağlı iclas keçirilib.
İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı bildirilib ki, Nazirlər Kabinetinin 10 sentyabr 2026-cı il tarixli müvafiq məktubuna əsasən, nəqliyyat sıxlığının azaldılması məqsədilə 15 sentyabr tarixindən etibarən iki ay müddətində dəyişkən iş qrafiki tətbiq olunacaq.
Sınaq müddətində əməkdaşlar üç fərqli iş rejimi üzrə çalışacaqlar: 08:00–17:00 (30%), 09:00–18:00 (40%) və 09:30–18:30 (30%).
Qeyd olunub ki, iş rejimləri müəyyən edilmiş bölgüyə uyğun olaraq rəsmiləşdiriləcək və əməkdaşların davamiyyətinə nəzarət təmin olunacaq.
Görüşdə əmək intizamı və kollektivdaxili münasibətlərin möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İclasda, həmçinin 3 oktyabr 2026-cı il tarixində institut əməkdaşları üçün Qəbələ və İsmayıllı rayonlarına təşkil olunacaq gəzinti barədə məlumat verilib. Bildirilib ki, gəzintinin məqsədi əməkdaşların asudə vaxtının səmərəli təşkili, kollektivdaxili ünsiyyətin və həmrəyliyin gücləndirilməsidir.